* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 17.13 |
2003 | ••••••••••••••••••• | 21.65 |
2004 | ••••••••• | 10.44 |
2005 | ••••••••••••• | 14.85 |
2006 | •••••••••••• | 13.29 |
2007 | •••••••••• | 11.42 |
2008 | •••••••••• | 11.45 |
2009 | •••••••••••••••• | 17.92 |
2010 | •••••••••••••••••••• | 23.24 |
2011 | ••••••••••••••••• | 18.62 |
2012 | •••••••••••••••• | 18.41 |
2013 | •••••••••••••••••• | 19.84 |
2014 | •••••••••••••• | 15.96 |
2015 | ••••••••••••••• | 16.33 |
2016 | •••••••••• | 10.93 |
2017 | ••••••••• | 10.08 |
2018 | •••••••••• | 10.94 |
2019 | ••••••••••••• | 14.88 |
2020 | •••••••••• | 10.74 |
1 sif. [fars.] 1. Ağızda şəkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli (acı ziddi). Şirin armud. Şirin meyvə. – [Tapdıq] bir stəkan şirin çay içdi. Ə.Vəliyev. Respublikamızda şirin nar, göy nar, mələkeş narı … və sair qiymətli yerli nar sortları da becərilir. İ.Axundzadə. // Şəkərlə, balla, mürəbbə və s. ilə hazırlanan. Şirin qoğal. Şirin yeməklər. 2. zərf məc. Ləzzətlə, böyük həvəslə, iştaha ilə, şirin-şirin. …Rəna elə şirin yatmışdı ki, qulağının dibində top da atılsaydı oyanmazdı. E.Sultanov. [Səlim] gələrkən qonaqlar şirin yeməklə məşğul idilər. S.Hüseyn. [Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əl suyu verməkdə, aş bişirməkdə ustadır. Mir Cəlal. 3. İçməli, içməyə yarar (su haqqında). [Növrəstə:] Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Ə.Haqverdiyev. // Tərkibində duz olmayan (şor ziddi). Şirin su balıqları. 4. məc. Xoş, səfalı, dadlı, zövqverici, ləzzətli. Şahın ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sində həyat necə şirin və əzizdir, xüsusən ki, … təxti-səltənətin üstündə. M.F.Axundzadə. // məc. Çox qiymətli, çox əziz. [Alı:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq Qərib”. İstədi, can verdim, qədir bilmədi; O şirin canına qurban olduğum. Ə.Cavad. 5. məc. Ürəyəyatan, xoşagələn, xoş. Şirin söz. Şirin danışıq. – [Rüstəmin] indi də üzgözü gülür, səsi şaq-şaq şaqqıldayır, ağzından şirin və mehriban sözlər çıxırdı. M.İbrahimov. [S.Vurğunun] hər məclisdə şirin sözü, söhbəti vardı; Dolaşırdı nəğmələri ellər içində. Ə.Kürçaylı. □ Şirin dil – ürəyəyatan, xoşagələn. [Şahbaz bəy:] Necə şirin dil ilə yaxasın qıraq çəkir, dəxi niyə titrəyirsən? M.F.Axundzadə. Mirzə Möhsün tarixə yaxşı bələd, hafizəsi düzgün, söhbəti və dili şirin, qoca bir müəllimdir. Qantəmir. 6. məc. Xoş, səfalı, fərəhli, məsud. Şirin tələbəlik illəri. Şirin ailə həyatı. – Uşaqlıq! Nə şirin, nə təmiz, gözəl aləmsən. Mir Cəlal. // məc. Qızğın, canlı, maraqlı. Lütfəli bəy və bir neçə bəylər oturub şirin söhbət eyləyən vaxtda Nəbi içəri girir. “Qaçaq Nəbi”. Qarı şirin söhbətlə hamının diqqətini cəlb etmişdi. S.Qədirzadə. [Fərəc kişi:] Şirin (z.) işlədiyimiz yerdə birdən-birə fısıldayıb durdu. Q.İlkin. // məc. Xoşagələn, mehriban, riqqətli. [Nadir] … yorğan-döşəkdə yatdığını və anasının mehriban rəftar və şirin sözlərindən təsəlli tapdığını xatırladı. B.Talıblı. Gəncliyin qəribə xəyalları [Nuriyəyə] şirin vədlər verirdi. İ.Əfəndiyev. □ Şirin gəlmək – xoş gəlmək, ləzzət vermək, ürəyə yatmaq. …Orada sakin olanların malı quldurlara çox şirin gəlir. Ə.Haqverdiyev. 7. Bəzi yeməli bitkilərin adlarının tərkib hissəsi. Şirin biyan. Şirin bibər. 8. Çox gözəl olmadığı halda, olduqca sevimli, cazibəli görünən; qanışirin, suyuşirin. Şirin qız. Şirin uşaq. ◊ Şirin cana qəsd eləmək – 1) öldürmək. Əyibdi qəddimi qaşların tağı; Qəsd eləyib şirin cana gözlərin. Sarı Aşıq; 2) zar. Çox işləməklə, çalışmaqla özünə əziyyət, əzab vermək. [Fərəcov Yusifə:] Şirin cana yaman qəsd eləmisən ha! B.Bayramov. Şirin dil tökmək, şirin dilə tutmaq – şirin sözlərlə aldatmağa, yola gətirməyə çalışmaq. [1-ci kəndli:] Eşidirsən, nə şirin dillər tökür? Ə.Haqverdiyev. Xumar [Mehrinin] yan-yörəsinə keçdi, şirin dilə tutdu, rəfiqəsinin boynuna sarıldı. V.Şıxlı. Şirin ət – bədənin hər hansı bir yerinin yumşaq, qalın əti. Qıçın şirin əti. Qolun şirin əti. – Qarşı-qarşıya duran iki qəbilə müməssilərinin sol əllərini qaldıraraq, baş barmaqlarının şirin ətini cızdılar və çıxan qanı … yeddi daşa yaxdılar. Çəmənzəminli. Şirin yuxu görmək, şirin yuxuya getmək, şirin yuxuda olmaq – xoş; rahat, ləzzətlə yatmaq mənasında. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Xasay şirin bir yuxudan ayılmış kimi geri qanrılaraq anasına tərəf baxdı. Ə.Vəliyev. Bülbül, fəğan etmə bu gecə yarı; Şirin yuxudadır hələ nazlı gül. N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / şirin1 Farscadır, şirni sözü ilə qohumdur. Bizdə onun yerinə dadıq (dadlı) və sücik (həm şərab demək olub, həm də şirin mənasında işlədilib) sözlərindən istifadə olunub. Süci feili “şirin olmaq” mənasını verib və ondan sücik kəlməsi əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şirin3 ŞİRİN (müxtəlif mənalarda) Acısı xeyli şirin, meyxoşu dadlı olur; Onunçün quş tək uçur, aşiq qanadlı olur (M.Rahim); BAL (məc., dan.) Ərini oxşayır bal sözlərdə; Süzgün baxışlarla, şux gözlərilə (M.Rahim); BAL KİMİ O vaxtlar bu sacın çörəyi bal kimi olardı (S.Rəhimov); DADLI [Piri baba:] Onun balı çox dadlıdır (S.S.Axundov); QƏND (məc.. dan.) Üzünü bir dəfə görən bənd olur; Dost üçün hər zaman suyu qənd olur (M.Rahim); NUŞ (kl.əd.) Mən zəhr bildiyim məni-miskinə nuş imiş (Füzuli).
Azərbaycan dilinin sinonimlər lüğəti / şirin1 ŞİRİN – ACI Qızım, gəl, qəndi doğra, yeməkdən qabaq bizə bir yaxşı şirin çay verərsən, gəlinin şirnisini içərik (M.İbrahimov); Qarnını doydurdu, sonra acı çay istədi (Mir Cəlal). ŞİRİN – ACI Sinəm qalın bir kitab kimi acı, şirin xatirələrlə doludur (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / şirin2 I прил. 1. сладкий: 1) имеющий приятный вкус, свойственный сахару, мёду и. т. д. Şirin alma сладкое яблоко, şirin üzüm сладкий виноград, şirin çaxır сладкое вино, şirin çay сладкий чай, şirin tam сладкий привкус, baltək şirin сладкий как мёд 2) приготовленный с сахаром, медом, вареньем и т.п. Şirin qoğal сладкий пирог, şirin yemək сладкое кушанье 3) вкусный. Zəhmətlə qazanılmış (halal) çörək daha şirindir заработанный хлеб слаще, şirin tikə сладкий кусок 4) перен. спокойный, крепкий. Şirin yuxu сладкий сон 5) перен. приятный, доставляющий удовольствие, наслаждение. Şirin xəyallar сладкие грёзы, şirin arzular сладкие мечты, şirin xatirələr сладкие воспоминания 6) перен. исполненный довольства, счастья, радости. Şirin həyat сладкая жизнь, şirin dəqiqələr сладкие минуты 7) перен. приятный на слух. Şirin nəğmə сладкая песня, şirin səs сладкий голос, bülbülün şirin cəh-cəhi сладкие трели соловья 8) перен. умильный, приторно-угодливый. Şirin təbəssüm сладкая улыбка, şirin sözlər: 1. сладкие слова; 2. сладкие речи; şirin dillə (sözlərlə) сладкими речами 9) в составе названий некоторых растений, плодов, пищевых продуктов и т.п. Şirin nar сладкий гранат, şirin bibər сладкий (не горький) перец, şirin əvəlik сладкий конский щавель (кумекс), şirin kartof сладкий картофель (батат) 2. пресный: 1) лишенный определенного, характерного вкуса вследствие отсутствия или небольшого количества соли. Şirin su пресная вода 2) содержащий, имеющий такую воду. геогр., гидрогеол. Şirin göl пресное озеро 3. перен. милый, приятный, задушевный. Şirin uşaq милый ребёнок, şirin adam задушевный человек II нареч. сладко: 1) с аппетитом. Şirin yemək nəyi сладко есть что 2) крепко, спокойно. Şirin yatmaq сладко спать 3) приятно, задушевно; чрезмерно ласково. Şirin danışmaq сладко говорить, şirin söhbət etmək сладко беседовать; şirin şey сладкое: 1. кушанье, приготовленное с сахаром, с медом, и. т. п. Sizə şirin şey yemək olmaz вам нельзя есть сладкое 2) перен. о ком-, о чем-л. самом дорогом. İnsan üçün ən şirin şey onun canıdır (həyatıdır) самое дорогое для человека – это жизнь, ana üçün ən şirin şey onun balasıdır для матери самое дорогое – это её ребёнок; şirin ət мышцы, мякоть; söhbətin şirin yerində в самый разгар беседы, şirin yuxuya getmək уснуть сладким (крепким) сном ◊ şirin dilini işə salmaq (şirin dil tökmək, şirin dilə tutmaq) пустить в ход свой сладкий язык, уговаривать сладкими речами, умолять; şirin vədlər vermək давать сладкие (пустые) обещания; şirin cana qəsd etmək: 1) работать не покладая рук, не щадя себя; усердствовать 2) поэт. убивать. (взглядом и т.п.); şirin dil ilanı yuvasından çıxarar ласковый телёнок двух маток сосёт; acı həqiqət şirin yalandan yaxşıdır лучше горькая правда, чем сладкая ложь (горькая правда лучше сладкой лжи)
Azərbaycanca-rusca lüğət / şirin1 I. s. 1. sweet; 2. fresh; ~ şeylər sweet things; ~ söhbət pleasant / delightful talk / conversation; ~dil sweet mouthed, smooth-spoken; ~su fresh water; ~ çay sweet tea; ~ çaxır sweet wine; ~ (məlahətli) səs sweet voice; ~ yuxu sweet sleep; Şirin söhbət gedirdi There was an interesting talk II. z.: ~ danışmaq to speak* kindly / pleasantly; ~ yatmaq to be* fast asleep, to be* in a sweet sleep, to sleep* soundly
Azərbaycanca-ingiliscə lüğət / şirin1 sif. sucré, -e ; dou//x, -ce ; ~ çay thé m sucré ; ~ yuxuda olmaq dormer paisiblement ; ~ su eau f douce ; ~ çaxır vin m doux ; özünü ~ salmaq faire le (la) sucré (e) ; ~ vədlər vermək promettre monts et merveilles
Azərbaycanca-fransızca lüğət / şirin1 [fars.] прил. ширин (1. верцӀи, кӀуьгьуь; дадлу, лезетлу; şirin armud ширин чуьхвер; şirin çay ширин чай; halva halva deməklə ağız şirin olmaz. Ata. sözü “вирт-вирт” лугьуналди сив верцlи жедач; 2. нареч. пер. шириндаказ, лезетдалди, иштягьдалди, ширин-ширин; 3. хъвадай (яд); 4. пер. верцӀи; хуш, хуш къведай, лезетлу (мес. ихтилат); şirin dil ширин мез; // гзаф къиметлу, гзаф азиз (мес. ччан); şirin gəlmək ширин атун, хуш атун, лезет гун; 5. рикӀиз чими, рикӀиз хуш, хуш къведай, ширин якӀарин; şirin uşaq ширин аял); ** şirin cana qəsd etmək ширин чандиз къаст авун а) кьин, яна кьин (жува); б) пер. зар. гзаф кӀвалахуналди, зегьмет чӀугуналди вичиз азият гун, азаб гун; şirin dil tökmək, şirin dilə tutmaq ширин мез акъудун, ширин мецив кьун, мез-гъвел ягъун, ширин гафаралди рекьив гъиз, алцурариз алахъун; şirin ət ширин якӀар (бедендин хъуьтуьл, яцӀу якӀар); şirin yuxu görmək, şirin yuxuya getmək, şirin yuxuda olmaq ширин ахвар акун, ширин ахварал фин, ширин ахварал хьун (ширин-ширин, лезетдалди ксун манада).
Azərbaycanca-ləzgicə lüğəti / şirinf. 1) şəkər, qənd dadı; 2) m. xoşagələn, ürəyəyatan, bəyənilən; 3) m. xoş, unudulmaz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətişəkər və ya bal dadı verən; xoşagələn, ürəyəyatan.
Azərbaycan qadın adlarının izahlı lüğəti.