Şirini sözü azərbaycan dilində

Şirini

Yazılış

  • Şirini • 52.0000%
  • şirini • 48.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن)(Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı."Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir.
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. == Təsvir == Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2009 0.16
2010 ••• 0.36
2011 •• 0.17
2012 •• 0.26
2013 •• 0.29
2014 ••• 0.34
2020 0.13

şirini sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. şirinlik, dadlılıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şirini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şirini nədir? #şirini sözünün mənası #şirini nə deməkdir? #şirini sözünün izahı #şirini sözünün yazılışı #şirini necə yazılır? #şirini sözünün düzgün yazılışı #şirini leksik mənası #şirini sözünün sinonimi #şirini sözünün yaxın mənalı sözlər #şirini sözünün əks mənası #şirini sözünün etimologiyası #şirini sözünün orfoqrafiyası #şirini rusca #şirini inglisça #şirini fransızca #şirini sözünün istifadəsi #sözlük