şirmayı sözü azərbaycan dilində

şirmayı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şirmayı • 60.0000%
  • Şirmayı • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2010 •••••• 0.09
2011 •••••• 0.09

şirmayı sözünün leksik mənası və izahı

  • 1 is. [fars. şirmahi] 1. Fil sümüyü və ya ona bənzər maddə. Şirmayı dillərdə süzür barmaqlar; “Səadət nəğməsi” yaradır bahar. S.Vurğun. Minayə … incə, uzun barmaqlarını pianonun şirmayısı tökülmüş dillərinin üstündə oynadır. Ə.Əbülhəsən. // Sədəf. [Buğacın] belində zərif naxışlı tirmə qurşağa taxılmış ağ şirmayı dəstəkli, qırmızı məxmər qınlı bir bıçaq var idi. M.Rzaquluzadə. 2. sif. məc. Sədəf kimi, ağappaq. Şirmayı dişlər. Şirmayı dəri. – Şirmayı rəngli maşının; Rulundan yapışıb; Şirmayı barmaqlı əllər; Sürür maşını küçələrlə. N.Rəfibəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / şirmayı

şirmayı sözünün etimologiyası

  • 1 Güman olunur ki, “morj” anlamında işlədilən şirmahi” (“şir balığı” və ya “şir kimi olan balıq”) sözünün əsasında əmələ gəlib, farscadır. Fars dilində mah “ay” deməkdir, mahı isə “balıq”. Şirmahi sözü farslarda balıqlardan birinin adını bildirir. Həmin sözün 2-ci mənası “fil sümüyü” deməkdir. Şirmayı da bizim dildə “fil sü­mü­yü” kimi başa düşülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şirmayı

şirmayı sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. перламутр II прил. перламутровый. Şirmayı düymələr перламутровые пуговицы, şirmayı daraq перламутровая расческа, pianonun şirmayı dilləri перламутровые клавиши пианино, şirmayı saz перламутровый (отделанный перламутром) саз

    Azərbaycanca-rusca lüğət / şirmayı

şirmayı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. şirmahi] сущ. 1. филдин кӀараб ва я адаз ухшар затӀ; // седеф, магьи; 2. прил. пер. седеф хьтин, лаплацу (мес. сарар, хам, ранг).

    Azərbaycanca-ləzgicə lüğəti / şirmayı

şirmayı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

fars. əsli: şirmahi Fil sümüyü və ya ona bənzər maddə; sədəf. Pərişan tellərində Şirmayı şana dolanır. Bəxtəvər gümüş kəmər Dönür hər yana, dolanır.                (“Səyyad və Sədət”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan qadın adlarının izahlı lüğəti.

fil sümüyündən hazırlanmış sədəf; parlaq, ağappaq.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"şirmayı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şirmayı nədir? #şirmayı sözünün mənası #şirmayı nə deməkdir? #şirmayı sözünün izahı #şirmayı sözünün yazılışı #şirmayı necə yazılır? #şirmayı sözünün düzgün yazılışı #şirmayı leksik mənası #şirmayı sözünün sinonimi #şirmayı sözünün yaxın mənalı sözlər #şirmayı sözünün əks mənası #şirmayı sözünün etimologiyası #şirmayı sözünün orfoqrafiyası #şirmayı rusca #şirmayı inglisça #şirmayı fransızca #şirmayı sözünün istifadəsi #sözlük