Şirzad sözü azərbaycan dilində

Şirzad

Yazılış

  • Şirzad • 99.7125%
  • şirzad • 0.1725%
  • ŞİRZAD • 0.1150%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmməd Şirzad
Şirzadov Məmməd Firudin oğlu— (d.23 may 1946, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) - rəssam-boyakar. == Fəaliyyəti == 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1990-cı ildə Saratov Dövlət Unversitetini bitirmişdir. 1995-ci ildən Türkiyədə yaşayır, Afyon Universitetinin incəsənət fakültəsində çalışır. == Sərgiləri == Naxçıvanda, Bakıda, Tiflisdə, Moskvada, Almaniyada, Finlandiyada, Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon şəhərlərində fərdi yaradıcılıq sərgiləri açılmışdır. Məmməd Şirzadın yaradıcılığında portret, peyzaj janrları xüsusi yer tutur. Rəssamın qədim Naxçıvan torpağı ilə bağlı silsilə tabloları var. Türkiyə etüdləri də xüsusi diqqət çəkir.
Şirzad Abdullayev
Şirzad Əyyub oğlu Abdullayev (16 oktyabr 1970, Ağdaş rayonu) — Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini (2018–2020), Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru (2008–2018). == Həyatı == Şirzad Əyyub oğlu Abdullayev 1970-ci il oktyabr 16-da Azərbaycanın Ağdaş rayonunda anadan olub. Orta təhsilini də burada aldıqdan sonra Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib. Ailəlidir 3 övladı var. == Təhsili == 1987-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. 2005-ci ildə Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda, 2007-ci ildə Varton Daşınmaz Əmlak Mərkəzində, 2008-ci ildə MTF Luksemburq institutunda əlavə təhsil alıb. == Elmi fəaliyyəti == Şirzad Abdullayev 1999-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetində "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasının kommersiya banklarında kredit resurslarının yaranması və istifadəsi problemləri" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri namizədi elmi adı alıb. 2003-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetinin ixtisaslaşmış şurasında "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasında bank resurslarının idarə olunması" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri doktoru elmi adını alıb.2012-ci ildə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə professor adını alıb. 3 monoqrafiya, 4 dərs vəsaiti, 2 proqram və 1 metodiki göstəriş, o cümlədən 50-ə yaxın elmi məqalənin müəllifidir. == Pedaqoji fəaliyyəti == 2001–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi" kafedrasında baş müəllim, 2002–2007-ci illərdə dosent, 2007–2013-cü illərdə professor vəzifəsinin icraçısı, 2013–2020-ci illərdə isə professor kimi fəaliyyət göstərib.
Şirzad Abutalıbov
Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru. == Həyatı == Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu. == Yaradıcılığı == Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər, İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala, A.Məmmədov “Həmyerlilər”də Gümüşov, Y.Əzimzadə "Anacan"da Qulu, Mirzəğa Atəş "Cırtdan"da Arıq, Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram, Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze, İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran, C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid, M.F.Axundov "Hacı Qara"da Kərəməli, M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir, S.Qurbanov "Özümüz bilərik"də İbişov,Ü.Hacıbəyov "Ər və arvad" Qulu,G.Xuqayev "Arvadın əri özüməm" Kazbek,N.Xəzri "Atıllaın atlıları" Kral,A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan v sairə rollarda oynayıb. == Fəxri adları, mükafatlar, nailiyyətlər == 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasinin xalq artisti (2008) 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şirzad Eyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.
Şirzad Fətəliyev
Şirzad Fətəliyev — Azərbaycan musiqiçisi, balaban ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == 1972-ci ildə Şamaxı rayonunu Muğanlı kəndində musiqiçi ailəsində anadan olmuşdur. İlk musiqi dərslərini atası ustad Nizam Fətəliyevden alıb, sonralar digər ustad sənətkarlı dinləmiş bəhrələnmişdir.
Şirzad Hüseynov
Şirzad Abasəli ağa oğlu Berqman Hüseynov (14. 05. 1906, Bakı – 10.05.1971, Bakı) — opera müğənnisi, Azərbaycanın əməkdar artisti (1943). Üzeyir Hacıbəyovun operalarında Zeyd, İbn Səlam ("Leyli və Məcnun"), Koroğlu, Eyvaz ("Koroğlu"), Kərəm ("Əsli və Kərəm") və s. yaddaqalan obrazlar yaratmışdır. 1941–1945-ci illərdə cəbhə bölgələrində, Uzaq Şərq və İranda Hacıbəyovun əsərlərindən ibarət repertuarla konsertlər vermişdir. == Həyatı == Şirzad Berqman 1906-cı ildə Bakı şəhərində, Abasəli ağa Berqmanın ailəsində anadan olmuşdur. Abasəli Berqman öz ailəsi ilə birlikdə Bakı dağlı məhəlləsinə Xızı-Bermek dağlı mahalından köç etmişdir. Onun ailəsində ilk oğulun dünyaya gəlməsi həm onu, həm də bütün Berqman nəslinin böyük sevincinə səbəb olmuşdur. Berqmanlar artıq 50 ildən çox idi ki, çar Rusiyasına hərbçilər kimi xidmət edirdilər, lakin Şirzad Berqman hamının ondan gözlədiyi yolu yox, məhz öz istədiyi arzusunun davamçısı olmuşdur.
Şirzad Mirzəyev
Şirzad Mirzə oğlu Mirzəyev (1 avqust 1996; Göygöl, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirzad Mirzəyev 1996-cı il avqustun 1-də Göygöl şəhərinin anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şirzad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şirzad Mirzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şirzad Qəznəvi
Şirzad Qəznəvi - Qəznəvilərin on ikinci sultanı. III Məsud Qəznəvinin ölümündən sonra oğulları arasında başlayan vətəndaş müharibəsini dövründə hakimiyyətə gətirilmiş və bir il keçmədən qardaşı Arslanşah tərəfindən qovulmuşdur.
Şirzad Əyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.
Şirzad (Qəznəvi hökmdarı)
Şirzad Qəznəvi - Qəznəvilərin on ikinci sultanı. III Məsud Qəznəvinin ölümündən sonra oğulları arasında başlayan vətəndaş müharibəsini dövründə hakimiyyətə gətirilmiş və bir il keçmədən qardaşı Arslanşah tərəfindən qovulmuşdur.
Şirzad Mirzəyev (əsgər)
Şirzad Mirzə oğlu Mirzəyev (1 avqust 1996; Göygöl, Azərbaycan— 2 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirzad Mirzəyev 1 avqust 1996-ci ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 1 övladı var. == Hərbi xidməti == 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Şirzad Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.70 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••• 1.57
2004 •• 0.67
2005 •• 0.67
2006 •• 0.90
2007 •••••• 2.54
2008 ••••• 2.19
2009 •••••••••••••••••••• 10.08
2010 ••••••••••••••••••• 9.44
2011 •••••••••••••••••••• 10.12
2012 ••••••••••••••••• 8.60
2013 ••••••••• 4.52
2014 •••••••• 3.60
2015 ••••••••••••••••• 8.51
2016 ••••••••••••••• 7.29
2017 ••••••••••• 5.37
2018 •••••••••• 4.79
2019 •• 0.56
2020 •••• 1.72

şirzad sözünün etimologiyası

şirzad sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

şir balası, şirdən törəyən; igid, qoçaq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şirzad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şirzad nədir? #şirzad sözünün mənası #şirzad nə deməkdir? #şirzad sözünün izahı #şirzad sözünün yazılışı #şirzad necə yazılır? #şirzad sözünün düzgün yazılışı #şirzad leksik mənası #şirzad sözünün sinonimi #şirzad sözünün yaxın mənalı sözlər #şirzad sözünün əks mənası #şirzad sözünün etimologiyası #şirzad sözünün orfoqrafiyası #şirzad rusca #şirzad inglisça #şirzad fransızca #şirzad sözünün istifadəsi #sözlük