Şiz sözü azərbaycan dilində

Şiz

Yazılış

  • Şiz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şiz qalası
Şiz qalası və ya Gəncək qalası — İranın şimalında yerləşən Şiz (Qazaka, Gəncək, Təxti Süleyman) şəhərinin müdafiə qalası. Atropatenanın Parfiya vassallığında olduğu dövrdə inşa edilmiş qala, Sasani şahlarının sifarişi ilə əsaslı bərpa edilmişdir. == Tarixi == Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır.Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir.Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir. O deyir: "Ola bilsin ki, Sasanilər qalanı tikdikdə parfiyalıların tikinti üslubundan istifadə etmişlər." Müəllifə görə Azərbaycan və İran ərazisində olan dairəvi binalar Beynəlnəhreyndəki eyni tipli binalardan daha qədimdir. == Memarlıq xüsusiyyətləri == Şiz qalası 12400 m². əraziyə malikdir. Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18–20 m hündürdə yerləşir.
Almalı Şizər
Almalı Şizər (fars. شیزر‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 362 nəfər yaşayır (133 ailə).
Çin şizandrası
Şizantus
Yunancadan tərcümədə cinsin adı "yarılmış gül" deməkdir. Bu, gülün yarılmış formada olması ilə izah edilir. Cinsdə 11 növ vardır. Gülçülükdə onların iki növündən istifadə olunur. Vizeton şizantusu (S.x.wisetonensis) lələkvari şizantusun və qrexema şizantusunun çarpazlaşdırılması nəticəsində alınmışdır. Bitkinin hündürlüyü 80 sm-ə çatır, çiçəkləri müxtəlif rəngli, formalıdır, zoğların uclarında salxımlara yığılmlşdır. Qrexema şizantusu (S.grahamii) əvvəlki növdən xırda, çəhrayı-bənövşəyi gülləri ilə fərqlənir. Şizantusun toxumlarını torpağa əkməklə çoxaldırlar. Cücərtiləri şitil edib başqa yerlərdə əkirlər, zəif cücərtiləri isə saxlayırlar. Onların müxtəlif rəngli çiçəkləri olur.
Şizaz əd-Dəbbi
Şizaz əd-Dəbbi (ərəb. شظاظ الضبي; ö. 67/686) Əməvilər dövründə yaşamış məşhur quldur və ərəb şairidir. == Həyatı == Şizaz əd-Dəbbi Əməvilər dövründə fəal olan quldur şairlər və ya sa'alik arasında təsnif edilir. Dövrün şairlərindən Malik b. ər-Rəybin dostudur. Onların hər ikisinin birlikdə quldurluq etdiyi məlum olub. Şizaz bu qədər quldurluq etdiyi üçün "Şizazdan daha çox oğru" mənasını verən "Elessu min Şizaz" ifadəsi ortaya çıxıb. == Həmçinin bax == Ayyıldız, Esat. "Emevî Dönemi Şairi Mâlik b.
Şize dağı
Şize — Krasnodar diyarının Abinski rayonunda yerləşən dağ. Dağ Erivan stansiyasının şimal-qərbindədir. Şize Qruzinka silsiləsinin ən yüksək zirvəsidir. Zirvə forma baxımdan yastıdır, şərqdən qərbə doğru alçalır. Cənub yamacı Abin çayı dərəsinə baxır. Dağda hündürlüyü 80–100 metr, uzunluğu 1,5 km olan qayalıq əraziləri mövcuddur. == Tarixi == Böyük Vətən müharibəsi illərində dağ güclü döyüşlərin getdiyi ərazi olub. Qruzinka silsiləsinin şimal yamaclarından Novorossiysk müdafiə xətti keçirdi. Faşistlərin bu ərazidə xüsusi hazırlıqlı üçüncü dağ diviziyası döyüşürdü. 1942-ci ilin 26 sentyabrında diviziya darmadağın edilmişdir.
Şizofrenik
Şizofrenik — Alman psixoloji triller müəllifi Vulf Dornun 2010-cu ildə nəşr etdiyi sayca ikinci roman. == Məzmunu == Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxmış, bundan az sonra isə atası dəhşətli avtomobil qəzasında ölmüşdü. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu müəmmalı hadisələr onu rahat buraxmır. Yan bu kabuslardan qurtulmaq və yenidən normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır ...Psixiatr Yan Forstner klinikada baş verən hadisənin izinə düşməsi ilə onun mərhum atası və qardaşının sirrli yox oluşu məsələsini də açacaqdır. Hadisələrin düyüm mərkəzi həm indi özünün, həm də əvvəllər atasının psixiatr kimi işlədiyi klinikadır. Prof.Dr.Raimund Fleischerin gənc yaşda aşiq olduğu qıza bənzəyən qızları klinikada istismar etməsi və qızın qəfil ölümü Yan Forstnerin atası Bernhard tərəfindən aşkar edilir. Fleischerin hadisələri ört-basdır etməsi və iş məsləkdaşı, dostu Bernhardı susdurmaq üçün Yan Forstnerin qardaşını qaçırır.
Şizofrenik (roman)
Şizofrenik — Alman psixoloji triller müəllifi Vulf Dornun 2010-cu ildə nəşr etdiyi sayca ikinci roman. == Məzmunu == Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxmış, bundan az sonra isə atası dəhşətli avtomobil qəzasında ölmüşdü. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu müəmmalı hadisələr onu rahat buraxmır. Yan bu kabuslardan qurtulmaq və yenidən normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır ...Psixiatr Yan Forstner klinikada baş verən hadisənin izinə düşməsi ilə onun mərhum atası və qardaşının sirrli yox oluşu məsələsini də açacaqdır. Hadisələrin düyüm mərkəzi həm indi özünün, həm də əvvəllər atasının psixiatr kimi işlədiyi klinikadır. Prof.Dr.Raimund Fleischerin gənc yaşda aşiq olduğu qıza bənzəyən qızları klinikada istismar etməsi və qızın qəfil ölümü Yan Forstnerin atası Bernhard tərəfindən aşkar edilir. Fleischerin hadisələri ört-basdır etməsi və iş məsləkdaşı, dostu Bernhardı susdurmaq üçün Yan Forstnerin qardaşını qaçırır.
Şizofreniya
Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların sadəcə bir şəxsiyyəti vardır. İnsanlarda müxtəlif şəxsiyyət dəyişkənliyi olan hal əlaqəsiz şəxsiyyət pozğunluğu adlanır. Bir şəxsin şizofreniyadan əziyyət çəkdiyini müəyyənləşdirən xüsusi tibbi testlər yoxdur, beləliklə diaqnoz xəstədə özünü göstərən simptomlara uyğun olaraq qoyulur. Bu həmçinin xəstə ilə söhbət edən həkim yaxud psixoloqdan da asılıdır. Bu xəstəliyə tutulan şəxslər adətən qeyri-normal sosial davranışlar göstərir və reallığı təyin etməkdə çətinlik çəkirlər.
Şizoid şəxsiyyət pozuntusu
Şizoid şəxsiyyət pozuntusu — belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur.
Şizomidlər
Şizomidlər (lat. Schizomida) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Şizuka İşiqami
Şizuka İşiqami (石上 静香, Ishigami Shizuka, d. 14 sentyabr 1988) — Yaponiya səs aktrisası. Əvvəllər 81 Produce ilə əməkdaşlıq etsə də, hazırda Pro-Fit ilə əməkdaşlıq edir.
Şizuki Tadao
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. == İlk illəri və karyerası == Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi.Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur. == Elmi töhfələri == Şizuki Naqasaki limanında əldə etdiyi elmi materiallar üçün şərhlər yazmış və Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etmişdir.
Şizuo Miyama
Şizuo Miyama — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şizuo Takada
Şizuo Takada (yap. 高田 静夫 Takada Şizuo; d. 5 avqust 1947) — yaponiyalı keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş futbol üzrə dünya çempionatında İspaniya-Əlcəzair oyununda, 1990-cı ildə İtaliyada təşkil olunmuş mundialda isə Yuqoslaviya-BƏƏ matçında baş hakimlik etmişdir.
Şizuoka
Şizuoka — Yaponiyanın şəhəri.
Şizuoka prefekturası
Şizuoka prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 7 780 klometr kvadrat, əhalisi 3 775 000 nəfərdir. Mərkəzi Şizuoka şəhəridir.

"şiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şiz nədir? #şiz sözünün mənası #şiz nə deməkdir? #şiz sözünün izahı #şiz sözünün yazılışı #şiz necə yazılır? #şiz sözünün düzgün yazılışı #şiz leksik mənası #şiz sözünün sinonimi #şiz sözünün yaxın mənalı sözlər #şiz sözünün əks mənası #şiz sözünün etimologiyası #şiz sözünün orfoqrafiyası #şiz rusca #şiz inglisça #şiz fransızca #şiz sözünün istifadəsi #sözlük