şişləri sözü azərbaycan dilində

şişləri

Yazılış

  • şişləri • 98.7805%
  • Şişləri • 1.2195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraciyər şişləri
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80–90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Metastatik qaraciyər şişləri
Metastatik qaraciyər şişləri — Qaraciyər orqanizmdə limfa düyünlərindən sonra ən çox metastaz olan orqandır. Metastatik şişlər qaraciyərin birincili bəd xassəli şişlərindən 20 dəfə çox rast gəlir. Mədə-bağırsaq şişlərinin hamısı, diğər şişlərin yarısından çoxu qaraciyərə metastaz verir.
Qalxanabənzər vəzi şişləri
Qalxanabənzər vəzin xərçəngi — Qalxanabənzər vəzin xərçəngi ABŞ-də bütün kanserlərin 1%-ni təşkil edir, illik rast gəlmə tezliyi 1 milyonda 40 nəfərdir. Hər il 1 milyon nəfərdən 6-sı Qalxanabənzər xərçəngindən vəfat edir. Qalxanabənzər xərçənginin 90–95%-i folikulyar hüceyrələrdən inkişaf edən yüksək differensasiyalı şışlərdir. Bu qrupa papilyar, folikulyar və Hürthle hüceyrəli xərçəng daxildir. Medulyar xərçəng tiroid kanserlərinin 6%-ni (bunların 20–30%-i ailəvi MEN tip 2a və 2b xəstələridir). Anaplastik xərçəng aqressiv bəd xassəlidir və 1 % təşkil edir. Belə xəstələrə ən çox yod çatmazlığı olan bölgələrdə rast gəlinir.

"şişləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şişləri nədir? #şişləri sözünün mənası #şişləri nə deməkdir? #şişləri sözünün izahı #şişləri sözünün yazılışı #şişləri necə yazılır? #şişləri sözünün düzgün yazılışı #şişləri leksik mənası #şişləri sözünün sinonimi #şişləri sözünün yaxın mənalı sözlər #şişləri sözünün əks mənası #şişləri sözünün etimologiyası #şişləri sözünün orfoqrafiyası #şişləri rusca #şişləri inglisça #şişləri fransızca #şişləri sözünün istifadəsi #sözlük