şişmeyvə sözü azərbaycan dilində

şişmeyvə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şişmeyvə • 66.6667%
  • Şişmeyvə • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şişmeyvə
Şişmeyvə (lat. Phlojodicarpus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Tükcüklü şişmeyvə
Tükcüklü şişmeyvə (lat. Phlojodicarpus villosus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
Şişmeyvə göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Sibir şişmeyvəsi
Sibir şişmeyvəsi (lat. Phlojodicarpus sibiricus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Yeraltı orqanları qısa, şaquli, çoxsaylı kökümsov və mil köklərə malik olmaqla, uzunluğu 15-25 (50) sm-ə bərabərdir. Gövdəsinin hündürlüyü 15-70 sm, sadə və ya budaqlanan, qabırğalı, çılpaq və qısa tükcüklüdür. Kök üstündə olan yarpaqları çoxsaylı, lələkvari 3 bölümlü, göyümtül-yaşıl rənglidir. Yarpaq lövhəcikləri uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkilli olub, uzunluğu 5-30 sm, eni isə 2-10 sm olub, xətti-neştərşəkilli və itiucludur. Gövdə yarpaqları olduqca az, (2-4 ədəd) əksəriyyəti kiçik, güclü genişlənmiş və uzunsov qınlı olub, bənövşəyi rənglidir. Mürəkkəb çətir çiçək qrupuna malik olmaqla, 10-25 şüadan ibarətdir. Yarpaqları nisbətən burulan olmaqla, 5-8 ədəd, erkən tökülən, ağımtıl-pərdəli və xətti-neştərvaridir.

Oxşar sözlər

#şişmeyvə nədir? #şişmeyvə sözünün mənası #şişmeyvə nə deməkdir? #şişmeyvə sözünün izahı #şişmeyvə sözünün yazılışı #şişmeyvə necə yazılır? #şişmeyvə sözünün düzgün yazılışı #şişmeyvə leksik mənası #şişmeyvə sözünün sinonimi #şişmeyvə sözünün yaxın mənalı sözlər #şişmeyvə sözünün əks mənası #şişmeyvə sözünün etimologiyası #şişmeyvə sözünün orfoqrafiyası #şişmeyvə rusca #şişmeyvə inglisça #şişmeyvə fransızca #şişmeyvə sözünün istifadəsi #sözlük