şlyapa sözü azərbaycan dilində

şlyapa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şlyapa • 85.0267%
  • Şlyapa • 14.4385%
  • ŞLYAPA • 0.5348%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şlyapa
Şlyapa və ya börk — Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar - qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik, yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər.Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı. Qadınlar kişilərə nisbətən daha gec şlyapalardan istifadə etməyə başlamışlar. Zərif cinsin nümayəndələri uzun müddət baş örtüyünü qadın geyiminin ayrılmaz bir hissəsi hesab etmişlər. Qadınlar baş örtükləri ilə bərabər, duvaqdan da (qadın şlyapasına bənd edilən kiçik tül) istifadə etmişlər. Müəyyən dövrlərdə baş örtükləri sosial stasus göstəricisi kimi də istifadə olunurdu.
Qara Şlyapa Brifinqləri
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. == Tarixi == Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir. == Mədəniyyət == Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır. == Məqsəd == Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.61 dəfə / 1 mln.
2004 ••• 0.34
2006 •• 0.23
2007 •••••••••••••••••••• 2.54
2008 •••••••••••••••• 1.95
2009 ••••••••• 1.12
2010 •••••• 0.73
2011 •• 0.17
2012 ••••••••••• 1.38
2013 ••••••••• 1.02
2014 ••• 0.34
2015 ••••• 0.51
2018 ••• 0.30

şlyapa sözünün leksik mənası və izahı

  • 1 [rus.] Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. İskəndər şlyapasını krovatın üstünə çırpıb, başlayır papiros eşməyə. C.Məmmədquluzadə. [Nəriman] üzünü tərtəmiz taraş etdirərək həsir şlyapa qoymuşdu. İ.Əfəndiyev. [Cavan] xüsusən yoldaşımın qalstukuna, gözlüyünə və divarda mıxdan asılmış fetr şlyapasına ötəri nəzər saldı. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / şlyapa

şlyapa sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 ŞLYAPA (həsirdən toxunmuş papaq) [Fikrət:] Kim istər – kəlağayı bağlar, kim istərşlyapa qoyar (M.İbrahimov); PANAMA Ağayarın, ..həmişə qaşları üstünə əydiyi həsir panaması indi peysərinə aşmışdı (Ə.Əbülhəsən); SİLİNDR Narınc xanım: Dayanın, getməyin Səlmi xala! – deyib orta yaşlarında, olduqca avropasayağı geyinmiş, əlində əsa, qolunda sarı payız paltosu, başında silindr olan bir ağa onun qabağını kəsdi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / şlyapa

şlyapa sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. шляпа (мужской или женский головной убор с тульей, обычно с полями). Həsir şlyapa соломенная шляпа, kişi şlyapası мужская шляпа, qadın şlyapası женская шляпа, şlyapa geymək носить шляпу, şlyapanı başına qoymaq надеть шляпу на голову II прил. шляпный, шляпочный: 1. относящийся к шляпе. Şlyapa lenti шляпная лента, şlyapa astarı шляпная подкладка 2. служащий для изготовления шляп, предназначенный для ухода за шляпами. Şlyapa materialı шляпный материал, şlyapa şotkası шляпная щётка 3. связанный с производством шляп. Şlyapa ustası шляпный мастер 4. торгующий шляпами. Şlyapa mağazası шляпный магазин

    Azərbaycanca-rusca lüğət / şlyapa

şlyapa sözünün inglis dilinə tərcüməsi

  • 1 i. hat; qadın ~sı bonnet; ~ geymək to put* on one’s hat, to wear* a hat; ~nı çıxar(t)maq to take* off one’s hat; ~nı gözlərinin üstünə basmaq to pull one’s hat over one’s eyes

    Azərbaycanca-ingiliscə lüğət / şlyapa

şlyapa sözünün fransız dilinə tərcüməsi

şlyapa sözünün ləzgi dilinə tərcüməsi

şlyapa sözünün türk dilinə tərcüməsi

"şlyapa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şlyapa nədir? #şlyapa sözünün mənası #şlyapa nə deməkdir? #şlyapa sözünün izahı #şlyapa sözünün yazılışı #şlyapa necə yazılır? #şlyapa sözünün düzgün yazılışı #şlyapa leksik mənası #şlyapa sözünün sinonimi #şlyapa sözünün yaxın mənalı sözlər #şlyapa sözünün əks mənası #şlyapa sözünün etimologiyası #şlyapa sözünün orfoqrafiyası #şlyapa rusca #şlyapa inglisça #şlyapa fransızca #şlyapa sözünün istifadəsi #sözlük