şonqar sözü azərbaycan dilində

şonqar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şonqar • 53.3333%
  • Şonqar • 40.0000%
  • ŞONQAR • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Şonqar düşərgəsi
Şonqar düşərgəsi - Qobustan ərazisində arxeoloji abidə == Etimologiyası == "Şonqar" Bakıdan cənub-qərbdə, Kəpəz dağından Kəpəz və Qızıldaş qəsəbələrindən qərbdə bu ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır. Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz adlandırılması, ehtimal ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı quşlara Qobustanın ərazisində də hazırda rast gəlmək olur. Təqdim olunan düşərgəyə də yaxınlıqdakı Şonqar dağın adı verilmişdir. == Arxeoloji tədqiqi == Şonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur. "Şonqar" düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ daş karxanasına gedən yolun sağında, insanın yaşaması üçün əlverişli, örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. İçəridən sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb tərəfini "Şonqar-1" qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 4 və 5 №-li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m, qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978 və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır. Qazılmış 20 kv.
Şonqar palçıq vulkanı
Şonqar palçıq vulkanı - Puta yatağından 12 km şimal-qərbdə yerləşən, geniş əsası və az meylli yamacları olan konusvari təpədən ibarət palçıq vulkanı. == Haqqında == Şonqar palçıq vulkanı Puta yatağından 12 km şimal-qərbdə yerləşir. Onun cənub-qərb yamacında vulkan brekçiyasının iki dili əmələ gəlmişdir. Krater valının palçıq brekçiyasındakı 2-3 metr dərinlikli çatlar vulkan üzərində hərəkəti çətinləşdirir. Püskürmələr içərisində Eosen və məhsuldar qat süxurlarına rast gəlinir. Təpənin zirvəsində palçıq vulkanı brekçiyasının tutduğu sahə 145x225 metrdir. Püskürmə suxurları Eosen və orta Pliosen mənşəlidir. Zirvədəki brekçiyanın yayıldığı ümumi sahə 3,5 hektardan çoxdur.Son püskürmədən sonra sopka örtüyünün ümumi sahəsi təxminən 168 hektar, gücü 10-200 metr, sopka brekçiyasının həcmi 184 mln. m³ olmuşdur. Bu vulkanın brekçiya örtüyündə qazılan quyular göstərmişdir ki, örtüyünün qalınlığı müxtəlif sahələrdə fərqli olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2013 •••••••••••••••••• 0.29
2014 •••••••••••••••••••• 0.34
2020 •••••••• 0.13

şonqar sözünün leksik mənası və izahı

  • 1 bax şahin. İki şonqar dalaşanda bir qarğaya cürm düşər. (Ata. sözü). Şahin, şonqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar. M.V.Vidadi. Xanın sağındasolunda düzülən yasavullar, qollarında qızılquş, şonqar, qaraquş aparan quş bəyləri, şikarçılar, nökərlər böyük bir yarımdairə təşkil etmişdilər. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / şonqar

şonqar sözünün etimologiyası

  • 1 Şunqar kimi də işlədilir. “Altay bayqusu” (şahini) (müq. et: “Bayqunun məskənin sar aldı getdi...”) deməkdir. Kül rəngində olur. Dilimizdə (dialektlərdə) şonqumaq sözü var və aşağı oturmaq mənasında işlədilir. Şonqar “yuxarıdan aşağıya hücum çəkən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şonqar

şonqar sözünün rus dilinə tərcüməsi

şonqar sözünün ləzgi dilinə tərcüməsi

şonqar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Şahin. Gözəllər gözəli, gözəllər xası, Silindi, qalmadı könlümün pası, Sinəni bənzətdim şonqar yuvası, Oğlan paltarında qıza rast gəldim.                                                  (“Qurbani”)                                 * Nəcəf bir qəvvasdı, salma dərinə, Bir də çətin olar yerdə sürünə, Kəklik, pərin çatmaz şonqar pərinə. Gəlməsin könlünə güman, haralı?                 (“Məhəmməd və Güləndəm”)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#şonqar nədir? #şonqar sözünün mənası #şonqar nə deməkdir? #şonqar sözünün izahı #şonqar sözünün yazılışı #şonqar necə yazılır? #şonqar sözünün düzgün yazılışı #şonqar leksik mənası #şonqar sözünün sinonimi #şonqar sözünün yaxın mənalı sözlər #şonqar sözünün əks mənası #şonqar sözünün etimologiyası #şonqar sözünün orfoqrafiyası #şonqar rusca #şonqar inglisça #şonqar fransızca #şonqar sözünün istifadəsi #sözlük