Bu, Şotlandiyanın neftidir
Bu, Şotlandiyanın neftidir (ing. It's Scotland's oil) — 1970-ci illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) istifadə etdiyi siyasi şüar.
Şotlandiya sahillərində yerləşən Şimal dənizinin neftli-qazlı hövzəsində yataqların istismar edilməsindən sonra ŞMP bu faktdan öz siyasi kampaniyası üçün istifadə etməyə başlamışdı. ŞMP iddia edirdi ki, neft hasilatından əldə olunan gəlir yalnız Şotlandiyanın müstəqilliyi halında onun inkişafı üçün xərclənə bilər. Bunun ardınca onlar Şotlandiya parlamentinin bərpası və sonradan Şotlandiyanın tam suverenliyi məsələsini qaldırmışdılar.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Murkens, J, Jones, P & Keating, M (2002) Scottish independence — A Practical Guide. Edinburgh University Press. Edinburgh.
Kemp, A.G & Stephen, L (1999) Expenditures and Revenues from the UKCS — Estimating the hypothetical Scottish Shares 1970—2003 North Sea Study Occasional Paper No. 70.