* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fr. xüsusi addan] İfrat millətçilik; başqa millətlərə qarşı ədavət və nifrət təbliğ edən ən mürtəce burjua millətçiliyi.
Azərbaycan dilinin izahlı lüğəti / şovinizm2 \ – millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəldilmiş şovinizm siyasəti guya ―ikinci dərəcəli‖ millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli müstəsnalığını təbliğ edir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / şovinizm1 Fransada Şoven adlı şəxsin adı ilə bağlı yaranıb (öz xalqını əla hesab edir, başqalarına isə yuxarıdan aşağı baxırmış). (Bəşir Əhmədov. Etimologiya lüğəti) Yeni tarixin ən məşhur sərkərdəsi səkkiz ilə yaxın Fransanın imperatoru olmuş korsikalı Napoleon Bonapartdır. O, təxminən iyirmi il fransız ordusuna bir çox hərbi yürüşlərdə başçılıq etmiş, bu zaman ərzində ayıq başla və vaxtında verdiyi düzgün qərarlar sayəsində parlaq qələbələr qazanmışdı. Sonda Napoleonu elə öz qələbələri aldatdı. O, çata bilməyəcəyi məqsədin mövcud olmadığına özü də inanmağa başladı və Rusiyanın sonsuz ərazilərini fəth etmək üçün minlərlə kilometr məsafəlik yürüşə çıxdı. Napoleon arxasınca 500 000 adam aparırdı. Axırda cəmi 5000 insanı xilas edə bildi. Napoleon fransızların bütöv bir nəslini öz şöhrətpərəstliyinə qurban verdi və nəticədə məğlub oldu. Fransa bir daha dünyada hakim mövqe tutmadı. Fransa bütövlükdə özünü Napoleonsuz çox yaxşı hiss etsə də, fransızlar arasında Napoleonun həmin ağılsız və mənasız yürüşünü Fransa tarixinin şərəfli səhifəsi hesab edənlər də var idi. Onlardan biri Nikola Şoven idi. O, yorulmaq bilmədən Napoleonu təriflədiyindən hətta dostları da ona gülürdülər. Şoven bu qəribəliyi ilə bütün Fransada tanındı, “şovinizm” sözü isə bir milləti kor-koranə şəkildə digərlərindən üstün hesab edən ifrat millətçiliyi ifadə etməyə başladı. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / şovinizm2 1 сущ. шовинизм (крайняя, агрессивная форма национализма, проповедующая национальную исключительность, презрение к другим народам). Şovinizm zəhəri ilə zəhərlənənlər отравленные ядом шовинизма, azğın şovinizm оголтелый шовинизм, şovinizmi dövlət siyasəti səviyyəsinə qaldırmaq возвести шовинизм в ранг государственной политики II прил. шовинистический. Şovinizm siyasəti шовинистическая политика, şovinizm təbliğatı шовинистическая пропаганда, şovinizm meylləri шовинистические тенденции
Azərbaycanca-rusca lüğət / şovinizm1 [fr. xüs. addan] шовинизм (маса миллетар такӀан, абрухъ галаз душманвал авуниз футфа гудай, миллетрин арада душманвал твадай къати миллетчивал).
Azərbaycanca-ləzgicə lüğəti / şovinizm