ştatla sözü azərbaycan dilində

ştatla

Yazılış

  • ştatla • 86.9565%
  • Ştatla • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ ştatları
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.
ABŞ ştatlarının siyahısı
ABŞ ştatlarının siyahısı — ABŞ-də yerləşən ştatların sayı 50-dir. Siyahıda ştatların əhalisi, onların ABŞ İstiqlal Bəyannaməsini qəbul etmə tarixi, ümumi əraziləri, torpaq və su sahələri və ABŞ Nümayəndələr Palatasında nümayəndələrinin sayı haqqında məlumat verilir. Vaşinqton şəhəri isə 50 ştata daxil deyildir. Bu şəhər Kolumbiya federal vilayəti daxilində yerləşən şəhərdir və heçbir ştata tabe deyil. ABŞ-nin digər 14 bölgə üzərində hakimiyyəti olsa da, adları siyahıda qeyd edilməyib.
Afrika Birləşmiş Ştatları
Afrika Birləşmiş Ştatları 55 müstəqil Afrika dövlətinin hamısının və ya bəzilərinin birləşib federasiya təşkil etməsi barədə təklif olunan konsepsiyadır. Afrika İttifaqının rəhbəri olan keçmiş Liviya lideri Muammar al-Qəddafi iki regional səviyyəli Afrika sammitində Afrika Birləşmiş Ştatlarının yaradılması fikrini irəli sürür: ilk dəfə 2007-ci ilin iyununda Qvineyanın paytaxtı Konakridə və ikinci dəfəf 2009-cu ilin fevralında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində. Gəddafinin bu sahədə ilk təşəbbüsü 2000-ci ildə Lome sammitində olmuşdu. O, Afrika İttifaqını çoxsaylı hadisələrdə uğursuzluqda ittiham etmiş və yalnız həqiqi pan-Afrika dövlətinin Afrika regionunda stabillik yaradacağını qeyd etmişdi. Afrika İttifaqı ölkələrinin əksəriyyəti təklif olunan federasiya ideyasını dəstəklədi, onlar bu birliyin “yeni” Afrikaya sülh gətirəcəyinə inanırdılar. == Markus Garvey, 1924 == “ Afrika Birləşmiş Ştatları” ideyası ilk dəfəf Markus Garvey tərəfindən 1924-cü ildə “ Ey, Afrika Birləşmiş Ştatları” şeirində qeyd olunub. Garveyin ideyaları Pan-afrikanist hərəkatına güclü təsir etmişdir. Bu hərəkat 1945-ci ildə Birləşmiş Krallıqda Mançestr şəhərində Beşinci Pan- Afrikanist Konqresinin keçiriıməsi lə nəticələndi == Əhalisi == Təklif olunan federasiyanın ərazisi istənilən dövlətin ərazisindən böyük olacaqdı ( Yəni, Rusiya Federasiyasından daha böyük). Bu federasiya Çin və Hindistandan sonra dünyanın ən çox əhalisi olan yer olacaq və burda 2000 dildə danışan əhali birləşəcəkdi.
Amerika Birləşmiş Ştatları
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyasi (ing. National Academy of Sciences) — 1863 ildə yaradılmışdır. Vaşinqtondadır. Riyaziyyat; astronomiya fizika; texnika; kimya; geologiya;botanika;zoologiya, fiziologiya; mikrobiologiya; antropologiya; psixologiya; geofizika; biokimya; tətbiqi biologiya;tətbiqi fizika-riyaziyyat elmləri; tibb elmləri, genetika; ictimai, iqtisadi vəsiyasi elmlər və s. bölmələri, həmçininelm və texnikanın müxtəlif problemlərinə dair komitələri var. == Haqqında == MEA-nın 2000 həqiqi, o cümlədən 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008). Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir. Prezident və şuranın üzvləri 6 illik müddətə seçilir; prezident 2 dəfədən çox seçilmir. Şuranın qərarları akademiyanın illik yığıncağında təsdiq olunur. Akademiya Ford, Rokfeller və Slounun fondları, Milli elmi fond və digər fondlar tərəfindən maliyyələşdirilir.
Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu
right|100px|thumb|Müəllif hüquqları simvolu Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu, Amerika Birləşmiş Ştatlarındakı hər hansı bir məlumat və ya əqli fəaliyyət məhsulunun işlədilməsi və ya yayılması ilə bağlı haqların, qanunlarla insanlara verilməsini nəzərdə tutan qanundur. Bu qanun Amerika Birləşmiş Ştatları federal qanunlarının bir hissəsi olub Amerika Konstitusiyası tərəfindən təsdiq edilmişdir.
Amerika Birləşmiş Ştatları Müəlliflik Hüquqları Qanunu
right|100px|thumb|Müəllif hüquqları simvolu Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu, Amerika Birləşmiş Ştatlarındakı hər hansı bir məlumat və ya əqli fəaliyyət məhsulunun işlədilməsi və ya yayılması ilə bağlı haqların, qanunlarla insanlara verilməsini nəzərdə tutan qanundur. Bu qanun Amerika Birləşmiş Ştatları federal qanunlarının bir hissəsi olub Amerika Konstitusiyası tərəfindən təsdiq edilmişdir.
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi 1980-ci ildə amerikalı tarixçi Hovard Zinn tərəfindən yazılmışdır. Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur. 2007-ci ildə kitabın sadələşdirilmiş və qısaldılmış forması olan "Gənclər üçün Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"(A Young People's History of the United States)kitabı nəşr edilmişdir. == Kitabın məzmunu == Zinn ABŞ tarixinə elitanın və siyasətçilərin gözündən yox, sadə xalqın gözündən yanaşır. Bu kitabda o, qitənin yerli əhalisi olan hinduların avropalılar tərəfindən öldürülməsini, soyqırıma məruz qalmalarını, öz torpaqlarından qovulmaqlarını ön plana çəkərən oxucunun diqqətinə çatdırır. Ənənəvi tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun dahiliyi olaraq qələmə verilir və ümumilikdə Avropanın qələbəsi kimi qiymətləndirilir, lakin Zinn bu məsələyə avropalıların yox, amerika hindularının gözündən baxır və oların çəkdiyi əziyyəti, gördüyü zülmü qələmə alır. Həmçinin öz kitabında Zinn quldarlığı tənqid edir və quldarlığa iqtisadçıların, siyasətçilərin, prezidentlərin, ideoloqların, plantatorların nötqeyi-nəzərindən yox qaradərili kölələrin gözündən baxır.
Amerika Birləşmiş Ştatları bayrağı
ABŞ bayrağı (ing. Flag of the USA) və ya Amerika bayrağı (ing. American Flag) — Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı. Növbələşən qırmızı (yuxarıda və aşağıda) və ağ on üç bərabər üfüqi zolaqdan, kantondakı göy dördbucaqlıda (xüsusilə "birliyi" bildirmək məqsədi ilə) hər sırada altı ulduzun (yuxarıda və aşağıda) beş ulduzla növbələşdiyi doqquz üfüqi sırada düzülmüş əlli ağ və kiçik beşguşəli ulduzdan ibarətdir. Bayraqdakı 50 ulduz ABŞ-nin 50 əyalətini və 13 zolaq Böyük Britaniya Krallığından müstəqilliyini elan edən və ilk ABŞ ştatı olan on üç Britaniya koloniyasını təmsil edir. Bayrağın digər ləqəblərinə Ulduzlar və Zolaqlar (ing. The Stars and Stripes), Köhnə Şərəf (ing. Old Glory) və Ulduzlarla Bəzədilmiş Bayraq (ing. The Star-Spangled Banner) aiddir. == Tarixi == ABŞ bayrağının hazırkı dizaynı 27-cidir, bayrağın dizaynı 1777-ci ildən bəri rəsmi olaraq 26 dəfə dəyişdirilib.
Amerika Birləşmiş Ştatları federal hökuməti
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir. Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir. Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir. == Tarix == Birləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur. Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur.
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
Amerika Birləşmiş Ştatları tarixi
ABŞ tarixi Şimali Amerikada yaradılan dövlətin, keçdiyi tarixdir. == İlk amerikalılar == Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında buz dövrünün ən yüksək çağlarında dünya sularının çoxu kontinental buz qatından ibarət idi. Bunun nəticəsi olaraq, Berinq dənizi cari səviyyəsindən yüzlərlə metr aşağı idi və Asiya ilə Şimali Amerika arasında Berinqiya adlı torpaq körpü var idi. Güman olunur ki, ən yüksək zirvə dövründə, Berinqiyanın 1500 kilometrə yaxın sahəsi var imiş. Nəm və ağacsız tundra olan bu sahə otlarla və bitkilərlə örtüldüyü üçün qədim dövrün adamları yaşamaq üçün ovladıqları iri heyvanları özünə cəlb edirmiş. Şimali Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər. Min illər əvvəl onların əcdadları kimi, onlar da Sibir sahilləri boyu və daha sonra torpaq körpüdən keçərək, quş ovlamaqla məşğul olmuşlar. Alyaskadakı Şimali Amerika sakinləri min illər əvvəl böyük buzlaqlardan keçərək, indi Amerika Birləşmiş Ştatları adlanan yerə Cənuba yol açmışlar. Şimali Amerikada erkən həyat olduğunu təsdiq edən dəlillər tapılmaqda davam edir. Lakin Miladdan 12 min il əvvəl olan dəlillərin çox azına etibar etmək olar; məsələn, Şimali Amerikada bir qədər əvvəl tapılmış olan ovçu bərəsi də, demək olar ki, öz tarixini bu dövrdən götürür.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlərinin siyahısı
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi
Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir. == Tarixi == 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur. 1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir. == Vəzifə öhdəlikləri == ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir.
Amerika Birləşmiş Ştatlarının Prezident Administrasiyası
Amerika Birləşmiş Ştatlarının Prezident Aparatı və ya Amerika Birləşmiş Ştatlarının Kabineti (ing. Cabinet of the United States) Senatın razılığıyla Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən təyin olunan Amerika Birləşmiş Ştatları federal hökumətinin icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri daxildir. İnstitutun meydana gəlməsi, XVIII əsrin sonunda özünə yaxın dörd nəfərdən ibarət kabinet quran ilk ABŞ Prezidenti Corc Vaşinqtonun adı ilə əlaqələndirilir: ABŞ Dövlət Katibi Tomas Cefferson, Maliyyə Naziri Aleksandr Hamilton, Müharibə Henri Noks və ABŞ Baş prokuroru Edmund Rendolf, beləliklə vitse-prezident Con Adams ilə birlikdə vəzifələrinin yerinə yetirilməsinə kömək etdilər.
Amerika Birləşmiş Ştatlarının Prezident Aparatı
Amerika Birləşmiş Ştatlarının Prezident Aparatı və ya Amerika Birləşmiş Ştatlarının Kabineti (ing. Cabinet of the United States) Senatın razılığıyla Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən təyin olunan Amerika Birləşmiş Ştatları federal hökumətinin icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri daxildir. İnstitutun meydana gəlməsi, XVIII əsrin sonunda özünə yaxın dörd nəfərdən ibarət kabinet quran ilk ABŞ Prezidenti Corc Vaşinqtonun adı ilə əlaqələndirilir: ABŞ Dövlət Katibi Tomas Cefferson, Maliyyə Naziri Aleksandr Hamilton, Müharibə Henri Noks və ABŞ Baş prokuroru Edmund Rendolf, beləliklə vitse-prezident Con Adams ilə birlikdə vəzifələrinin yerinə yetirilməsinə kömək etdilər.
Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti
Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti (ing: United States Department of Health and Human Services (HHS)) Birləşmiş Ştatlarda bütün vətəndaşların səhhətinin mühafizəsinə və əsas insan xidmətlərinin təmin edilməsinə cavabdeh olan şöbədir . 1979-cu ildə Təhsil Nazirliyi yaradılana qədər o, Səhiyyə, Təhsil və Rifah Nazirliyi (Department of Health, Education, and Welfare) adlandırılmışdır. Nazirlik Vaşinqtonda Hubert H. Humphrey binasında yerləşir.
Amerika Birləşmiş Ştatlarının qurucu ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Amerika Konfederativ Ştatları
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861-1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş ştatlar (Birləşmiş Əyalətlər Respublikası)
Baş ştatlar — 1579-1795-ci illərdə mövcud olan Birləşmiş Niderland krallığı əyalətlərinin əmlak nümayəndəliyinin ali orqanı. Bu qurumun adı ilə bütün respublikaya tez-tez Baş Ştatlar deyilirdi və bütün ittifaqı təmsil edən Baş Dövlətlər özləri "leurs hautes puissances" və ya "hochmögende" başlığını istifadə edirdilər. Bu qurum təxminən iki əsrdir mövcud olmuşdur. Hal-hazırda Niderland Krallığındakı milli nümayəndəlik, tamamilə fərqli bir təşkilata sahib olmasına baxmayaraq, Baş Ştatların eyni adını daşıyır (bax Niderlandda Baş Ştatlar). == Yaranma tarixi == Bu vilayətlərin hər biri XVI əsrin ortalarına qədər müstəqil bir bütövlük təşkil edirdi və hər birinin öz xüsusi dövlətləri var idi (lakin bəzən bütün əyalətlərin vahid Baş Ştatlarını bir araya gətirməyə cəhd göstərildi, məsələn, III Burqundiyalı Filipp); lakin V Karlın rəhbərliyi zamanı 17 vilayətin hamısı bir irsi güc altında birləşdikdə, ümumi əyalətlər adlanan parlamentə ehtiyac var idi. II Filipp dövründə, yeddi vilayət Utrextə (1579) aralarında birlik qurdular və qısa müddət sonra II Filippin devrildiklərini elan edərək özlərini ABŞ-nin müstəqil respublikası olaraq tanıdılar (1581). Utrext Birliyi hər əyalətə əvvəlki hüquq və imtiyazlar verdi, buna görə müharibə aparmaq, sülh bağlamaq və bütün ittifaqın lehinə vergilər almaq üçün bütün vilayətlərin yekdilliklə razılığı tələb edildi və yalnız bütün konfederasyona aid olan digər məsələlərdə, sadə səs çoxluğu kifayət idi. == İstinadlar == == Xarici keçidlər == «Baş Ştatlar, eyni zamanda Birləşmiş Niderland krallığın əyalətlərinin Dövlət Seymi adlanırdı.» / Dövlət rütbələri // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Birləşmiş Kolumbiya Ştatları
Birləşmiş Kolumbiya Ştatları (isp. Estados Unidos de Colombia).Ölkə Mərkəzi və Cənubi Amerika regionunda yerləşirdi.XIX-əsrin ikinçi yarısında mövcud olmuş dövlət. == Tarixi == 1863-ci ildə Qranada Konfederasiyası dağılır.Konfederasiyasının dağılması 1860-1862 ci illərdəki vətəndaş müharibəsi baş verir.Buna səbəb konservantların mərkəzlışdirmə siyasəti olurki liberallar buna kəskin etirazını bildirərək konstutsiyanın kobud şəkildə pozulduğunu bildirirlər.1862-ci ildə Yeni Qranada Respublikası keçmiş prezidenti Tomas Sipriona de Moskera konfederasiya prezidentini həbs edərək ,özünü prezident elan edir və paytaxtı Boqotaya köçürür.Müvqqəti hökumət təkil edilir,konfederasiya Birləşmiş Yeni Qranada Ştatlarına (isp. Estados Unidos de Nuvea Grandi)çevrilir.Vətəndaş müharibənin bitməsini rəsmiləşdirmək üçün Rioneqroda konfrans təkil edilir və bunun nətiçəsində konstutsiya təstiqlənır.Bu konstutsiyaya görə ölkə Birləşmiş Kolumbiya Ştatları adlanır.Mərkəzi hökumətin hərbi və siyasi səlahiyyətlərinin azaldılması konstutsiyada öz əksini tapırdı.Bununda nətiçəsində vətəndaş münaqişələrinin girdabına yuvarlanır.Ən güçlüsü 1875-1877 ci illərdə vətəndaş müharibəsinə çevrilir.1886-cı ildə prezident Rafael Nunesin təziqi ilə yeni konstutsiya yaradılır.Federasiya ləğv edilərək mərkəzləşdirmə həyata keçirilir və ölkə Kolumbiya Respublikası adlandırılır.
Birləşmiş Ştatlar
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Braziliyanın ştatları
Braziliya Federativ Respublikası 26 ştatdan ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2006 ••••••••• 0.23
2010 •••••••• 0.18
2012 ••••••••••• 0.26
2013 •••••• 0.15
2014 •••••••••••••••••••• 0.51
2015 •••••••••••••• 0.34
2016 ••••••• 0.17
2017 ••••••••••••• 0.33
2018 •••••• 0.15
2019 ••••••••••• 0.28

"ştatla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ştatla nədir? #ştatla sözünün mənası #ştatla nə deməkdir? #ştatla sözünün izahı #ştatla sözünün yazılışı #ştatla necə yazılır? #ştatla sözünün düzgün yazılışı #ştatla leksik mənası #ştatla sözünün sinonimi #ştatla sözünün yaxın mənalı sözlər #ştatla sözünün əks mənası #ştatla sözünün etimologiyası #ştatla sözünün orfoqrafiyası #ştatla rusca #ştatla inglisça #ştatla fransızca #ştatla sözünün istifadəsi #sözlük