* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••• | 37.69 |
2003 | ••••••• | 44.88 |
2004 | ••••••• | 44.47 |
2005 | ••••• | 31.71 |
2006 | ••••• | 29.73 |
2007 | •••••• | 34.89 |
2008 | •••••••• | 49.70 |
2009 | ••••••••• | 53.75 |
2010 | ••••• | 32.77 |
2011 | ••••••• | 39.46 |
2012 | ••••• | 31.58 |
2013 | •••••••••••••••••••• | 131.43 |
2014 | •••••••••• | 62.47 |
2015 | •••••••••• | 62.60 |
2016 | ••••••••• | 55.19 |
2017 | ••••• | 28.13 |
2018 | ••••••• | 45.85 |
2019 | ••••••••••• | 68.15 |
2020 | ••••••••• | 59.14 |
1 is. [ər.] 1. Hər hansı bir məsələni, işi və s. müzakirə etmək, məsləhətləşmək üçün bir yerə yığışma; müşavirə, məclis. Valideynlər şurası. 2. Hər hansı bir təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və ya məşvərətçi orqan. İnstitutun elmi şurası. Həmkarlar İttifaqları Şurası. – Rüstəm dönüb atını çəkmək istərkən, Qəhrəman pedaqoji şuranın üzvlərilə içəridən çıxdı. S.Rəhimov. [Zakirov:] Flora, elmi şura üzvləri gəliblər? Ə.Məmmədxanlı. □ Şura etmək – iclas çağırmaq, məclis qurmaq, yığışıb məsləhətləşmək. 3. bax Sovet (bəzən cəm şəklində: şuralar). Şura katibi Məmmədəli də asudə, fikirsizzikirsiz gəlib dəftərxananın sol küncündə öz yerində oturdu. B.Talıblı. Şuralar hökumətində qadınlara zülm və cəbr edənlərin yeri həbsxanadır. S.Hüseyn. [Kərim:] …Şuranın qurulmağından on il keçir, [Ərşad] niyə gətirib tüfəngi hökumətə təhvil verməyib? İ.Əfəndiyev. 4. Seçilmiş və ya təyin olunmuş şəxslərdən ibarət olub, dövlət, yaxud onun hər hansı bir sahəsində rəhbər rol oynayan bəzi dövlət orqanlarının adı. Müdafiə şurası. Xalq təsərrüfatı şurası.
Azərbaycan dilinin izahlı lüğəti / şura1 ŞURA I is. [ ər. ] Hökumət, sovet. Mən bu şura vətənimi sevirəm; Yamacımı, gülşənimi sevirəm (M.Müşfiq). ŞURA II is. [ ər. ] İclas. Baxalım şura nə qərara gəlir. (H.Cavid).
Azərbaycan dilinin omonimlər lüğəti / şura2 I сущ. совет: 1. заседание, совещание с целью совместного обсуждения чего-л. Hərbi şura военный совет, şura çağırmaq созвать совет 2. участники такого обсуждения, заседания, совещания. Ailə şurası семейный совет 3. распорядительный или совещательный орган при каком-л. учреждении, обществе и т.п. Bədii şura художественный совет, qadınlar şurası женский совет (женсовет), universitetin elmi şurası учёный совет университета, pedaqoji şura педагогический совет, BMT-nin Təhlükəsizlik Şurası Совет Безопасности ООН 4. название некоторых органов государственного управления, состоящих из выборных или назначенных лиц и имеющих руководящее значение в жизни государства или какой-л. его отрасли. Prezident şurası Президентский совет, истор. Nazirlər Şurası Совет Министров, Dövlət şurası Государственный совет, Müdafiə şurası Совет Обороны, Xalq təsərrüfatı şurası Совет народного хозяйства 4. истор. обычно во мн. ч. советы (о советской власти). Şura sədri председатель совета (сельсовета) II прил. истор. советский (основанный на управлении советами как органами власти). Şura hökuməti (hakimiyyəti) советская власть, разг. Советское правительство
Azərbaycanca-rusca lüğət / şura1 i. council; Təhlükəsizlik Şurası Security Council; Elmi Şura Academic Council; pedaqoji ~ teachers’ / masters’ meeting; hərbi ~ council of war; ailə ~sı domestic / family council
Azərbaycanca-ingiliscə lüğət / şura1 is. conseil m ; assemblée f ; Avropa ~sı le Conseil de l’Europe ; BMT-nin Təhlükəsizlik ~sı le Conseil de Sécurité de l’ONU ; ~ çağırmaq convoquer une assemblée
Azərbaycanca-fransızca lüğət / şura1 [ər.] сущ. шура (1. мешвера; межлис; ижлас; şura etmək ижлас эверун, межлис туькӀуьрун, санал кӀватӀ хьана меслят авун; 2. кил. sovet; 3. хкягъай ва я тайин авунвай ксарикай ибарат тир, девлетдин са хиляй регьбер роль къугъвазвай бязи органрин тӀвар; Müdafiə şurası Оборонадин шура-совет).
Azərbaycanca-ləzgicə lüğəti / şuraə. 1) müzakirə; 2) sovet.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Dərbənd) qoğal. – Bizdə şura diyədilər
Azərbaycan dilinin dialektoloji lüğəti.hər hansı məsələnin müzakirəsi; məsləhətləşmə; müşavirə, məclis, sovet, məşvərət.
Azərbaycan qadın adlarının izahlı lüğəti.