şuraları sözü azərbaycan dilində

şuraları

Yazılış

  • şuraları • 59.8844%
  • Şuraları • 40.1156%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erməni Milli Şuraları
Erməni Milli Şuraları — Rusiyada Fevral inqilabından (1917) sonra erməni siyasi təşkilatlarının təşəbbüsü və maddi yardımı ilə Azərbaycanda yaradılan və fəaliyyət göstərən Şuralar: Bakı, Gəncə, Şuşa, Naxçıvan, Culfa, Ordubad və digər şəhərlərdə, həmçinin Zəngəzurda Azərbaycan əleyhinə fəaliyyət göstərirdilər. Bu məqsədlə terrorçu hərbi dəstələr yaradılmışdı. Erməni milli şuraları həm də ermənilərə təsir göstərən və onları səfərbərliyə alan siyasi mexanizm rolunu oynayırdılar. == Tarixi == Bakıdakı Şuranın sağ cinahı tərəfindən erməni burjuaziyasının vəsaiti hesabına həftədə iki dəfə ifrat millətçiliyi ilə fərqlənən "Naşe vremya" qəzeti nəşr olunurdu. Qəzet türk-müsəlman əhaliyə qarşı böhtan, iftira yaymaq, təxribat törətmək, daşnak cinayətlərinə bəraət qazandırmaqla məşğul olurdu. 1918-ci il mart soyqırımı ərəfəsində erməni Milli Şuraları və "Daşnaksütun" partiyası Azərbaycanda yaşayan ermənilər arasında türk-müsəlman əhaliyə qarşı nifrət təbliğatı aparır, çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən: adamları aldatmaq yolu ilə ələ almaqdan, hədə-qorxudan, fitnə-fəsaddan, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və kitabçaların nəşrindən istifadə edirdilər. Bakı Sovetinin milli tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi türk-müsəlman əhaliyə qarşı 1918 ilin mart soyqırımına siyasi hazırlıq oldu. Həmin dəyişiklik S.Şaumyanın və Bakıdakı erməni Milli Şurasının fəal dəstəyi ilə baş verdi. Bu hadisəyə qiymət verən şahidlərdən biri xəbər verirdi ki, Eyni zamanda, erməni Milli Şurası, Bakı Soveti və onlarla birləşən daşnaklar türk-müsəlman əhaliyə qarşı soyqırımına ciddi hazırlaşmağa başladılar. Azərbaycan əleyhinə fəaliyyətin hərbi-siyasi mexanizmi aydın şəkil aldı.
Müsəlman Milli Şuraları
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.07 dəfə / 1 mln.
2002 •••••••• 3.43
2003 •••••••••••••••••••• 9.05
2004 ••••••• 3.03
2005 ••• 1.35
2006 ••••••• 3.15
2007 ••••• 2.11
2008 •••••• 2.68
2009 ••••••• 3.04
2010 ••••• 1.82
2011 •••• 1.63
2012 ••••• 1.89
2013 •• 0.73
2014 ••• 1.20
2015 •••• 1.36
2016 ••••••••••••• 5.73
2017 •••••••••• 4.39
2018 ••••••••••••••• 6.44
2019 •••••••••••••••• 7.23
2020 ••••••• 2.92

"şuraları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şuraları nədir? #şuraları sözünün mənası #şuraları nə deməkdir? #şuraları sözünün izahı #şuraları sözünün yazılışı #şuraları necə yazılır? #şuraları sözünün düzgün yazılışı #şuraları leksik mənası #şuraları sözünün sinonimi #şuraları sözünün yaxın mənalı sözlər #şuraları sözünün əks mənası #şuraları sözünün etimologiyası #şuraları sözünün orfoqrafiyası #şuraları rusca #şuraları inglisça #şuraları fransızca #şuraları sözünün istifadəsi #sözlük