Şuşada sözü azərbaycan dilində

Şuşada

Yazılış

  • Şuşada • 99.8154%
  • ŞUŞADA • 0.0923%
  • şuşada • 0.0923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.Şuşa şəhərinin XVIII-XIX əsr mülki memarlığında evlərin həllində çoxobrazlılıq diqqət çəkir; Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli evlərin inkişaf etmiş forması olan Qarabağ daş qaradamlarının da inkiafı dava etdirilirdi. Şuşanın sıravi yaşayış evləri isə öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında həmin dövrlərdə inşa edilmiş yaşayış evləri ilə eyniyyət təşkil edir.Plan həlli baxımından Şuşa evlərinin konfiqurasiyasında üç tip müəyyən edilmişdir: düzbucaqlı, Г-formalı və П-formalı evlər.
Şuşada erməni üsyanının yatırılması
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir. == Arxa plan == Birinci Dünya müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və İlk Ermənistan Respublikası (1918-1920) adlı yeni dövlətlər Dağlıq Qarabağ bölgəsində üstünlük əldə etməyə çalışırdı. XX əsrin əvvəllərində, Şuşa şəhəri, Dağlıq Qarabağ bölgəsinin əsas adminstrativ mərkəzi sayılırdı şəhər əhalisi əsasən etnik azərbaycan türklərindən və ermənilərdən ibarət olmuşdur.
Şuşadakı məscidlərin siyahısı
Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hal-hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir. == Siyahı == == Həmçinin bax == Azərbaycandakı məscidlərin siyahısı == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Шушинский Ф. Шуша. Б.: Азербайджанское государственное издательство. 1968.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.49 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •• 1.57
2004 ••••••• 5.73
2005 •••••• 4.72
2006 •••• 3.15
2007 •••••••• 6.34
2008 ••••• 3.65
2009 •••••••• 5.92
2010 •••••••• 5.90
2011 •••••••• 6.26
2012 ••••••••••••• 10.76
2013 •••••••••••• 9.48
2014 •••••••••• 7.55
2015 •••••••• 6.29
2016 •••••••• 6.42
2017 •••••••• 6.50
2018 ••••••••• 7.04
2019 ••••••••••• 8.76
2020 •••••••••••••••••••• 16.58

"şuşada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şuşada nədir? #şuşada sözünün mənası #şuşada nə deməkdir? #şuşada sözünün izahı #şuşada sözünün yazılışı #şuşada necə yazılır? #şuşada sözünün düzgün yazılışı #şuşada leksik mənası #şuşada sözünün sinonimi #şuşada sözünün yaxın mənalı sözlər #şuşada sözünün əks mənası #şuşada sözünün etimologiyası #şuşada sözünün orfoqrafiyası #şuşada rusca #şuşada inglisça #şuşada fransızca #şuşada sözünün istifadəsi #sözlük