Şuşinski sözü azərbaycan dilində

Şuşinski

Yazılış

  • Şuşinski • 99.6979%
  • ŞUŞİNSKİ • 0.3021%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Firidun Şuşinski
Firudin Şuşinski (doğum adı: Firidun Məhəmməd oğlu Həsənov; 20 oktyabr 1925, Şuşa, DQMV – 25 oktyabr 1997, Bakı) — Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). 400-dən çox məqalə və oçerk müəllifidir.. Alim əlli illik bir tədqiqat dövrü ərzində kitablarını, məqalələrini Həsənov, Şuşinski, Şuşalı təxəllüsü ilə imzalamışdır. == Həyatı == Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu. F. Şuşinski ilk təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlamışdır. Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir.
Firudin Şuşinski

Musa Şuşinski
Musa Fərhad oğlu Şuşinski — xanəndə, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri. O, 1893-cü ildə Şuşa şəhərində dabbaq Fərhad Məmi oğlunun ailəsində anadan olmuşdur. Fərhad kişi öz sənətini oğluna öyrətmək arzusu ilə onu şəhər məktəbinin ikinci sinfindən çıxarıb öz yanında işlətmişdi. Sonralar öz gənclik illərini xatırlayan Musa Şuşinski deyirdi: "Mən 20 yaşına qədər atamdan dabbaqlıq cənətini öyrənir, həm də dabbaqlıq edirdim. Bütün bunlara baxmayaraq mənim həvəsim musiqiçi olmaq idi. Mən gözümü açıb ilk dəfə məhəllə toylarında Cabbar Qaryağdıoğlunu, Keçəçi oğlu Məhəmmədi eşitmişəm. Onların gözəl oxumaları məni də xanəndəlik sənətinə sövq edirdi. Mən əvvəllər Cabbarın, Ələsgərin və Keçəçinin qrammafon vallarına saatlarla qulaq asar və dükanda dəri aşılayarkən öz-özümə zümzümə edərdim. Bir gün dükanda heç kəs yox idi. Mən özüm üçün oxuyanda, demə, dayım xanəndə Məmmədqulu dükanın yanında durub mənim oxumağımı eşidirmiş.
Məhəmmədqulu Şuşinski
Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur. Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.
Məmmədqulu Şuşinski

Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz – 1 noyabr 1965, Bakı) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb. Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə dövrünün savadlı və açıqfikirli qadını, xalası Məşədi Nurzad məşğul olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı.
Xan Şuşinski
Xan Şuşinski (doğum adı: İsfəndiyar Aslan oğlu Cavanşir; 20 avqust 1901, Şuşa – 18 mart 1979, Bakı) — xanəndə, Azərbaycan SSR xalq artisti (1943) və "Şərəf nişanı" ordeni laureatı (1959). Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olmuşdur. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı. 1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olmuşdur. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər vermişdir.
Şuşinski listok
Şuşinski listok (rus. Шушинский листок, mənası "Şuşa vərəqi") — Rusiya imperiyasında liberal ictimai-siyasi və ədəbi qəzet. 1911-ci ilin iyunundan 1914-cü ilin avqustuna qədər Şuşada həftədə 2–4 dəfə çıxmışdır. Tam olmayan məlumata görə, 63 nömrə çıxmışdır. Redaktoru və naşiri Ş. A. Melik-Qaraközov idi.
Armenak Şuşinski
Armenak Qriqoryeviç Əsriyev və ya Armenak Şuşinski (1885, Şuşa – 1967, Bakı) — erməni kamança ifaçısı. == Həyatı == Armenak Qriqoryeviç Əsriyev 1885-ci ilin fevralında Şuşada (o vaxt Şuşa qəzasının tərkibində) dərzi ailəsində anadan olmuşdur. Onun 3 bacısı və 6 qardaşı var idi. O, 8 yaşında Qarabağ Erməni Yeparxiya Seminariyasına oxumağa göndərilmiş, lakin üç ildən sonra ailənin çətin maddi vəziyyəti səbəbilə seminariyanı tərk edərək ailə biznesini davam etdirməyə məcbur olmuşdur. İlk kamançasını 12 yaşında evdəki bir qazanı gizlicə 6 abbasına satdıqdan sonra qonşusundan almışdır. Tezliklə Uzundərə və Qarabağ şikəstəsi ifa etməyi öyrənmişdir. Böyüyəndə Məşədi İsi, Haşım Keştazlı, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Lazar Ter-Vartanesov, Baxşı Ballucalı, Avanes, Bağdagül oğlu Qosti və başqa muğam ifaçıları ilə tanış olmuşdur. Xanəndə Keçəçioğlu Məhəmmədin, tarzən Qriqor Şuşulunun, kamançaçı Mirzə Səttarın Xandəmirov teatrında çıxışlarında tez-tez iştirak etmiş, sonralar Mirzənin tələbəsi olmuşdur. Onunla bir müddət məşq etdikdən sonra Armenak 14 yaşında xanəndə Haşım Keştazlı və tarzən Uzun Mərdi ilə Mxitaraşen kəndində keçirilən toyda debüt çıxış etmişdir. Sonralar Məmmədqulu Şuşinski, Qriqor Şuşulu, Çarıxçı Bahadırla tanış olmuş, onlarla dostluq etmiş, Şuşanın erməni məhəlləsində keçirilən böyük bir tədbirdə solo olaraq çahargahı ifa etmişdir.
Xan Şuşinski Fondu
Xan Şuşinski Fondu — Xan Şuşinskinin anadan olmasının 110 illiyi ərəfəsində xanəndənin ailəsi tərəfindən yaradılmış fond. Fondun əsas fəaliyyəti xeyriyyəçilikdir. Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə sərf edilib. “Xan Şuşinski” Fondu 2011-ci ildə Azərbaycan xalqının milli-mənəvi sərvəti olan, muğamlarımızın, muğam ifaçılığı sənətinin dərin özüllü sütunlarından olan, hələ 1747-ci ildə Qarabağ torpaqlarında Qarabağ xanlığının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin layiqli övladı, dahi muğam ustadı Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbirləri ərəfəsində yaradılmışdır. Fondun təsisçisi və rəhbəri ustad sənətkarın övladı Bəyimxanım Verdiyeva-Cavanşirova, onun həyat yoldaşı, mərhum sənətkar, Gəncə Dövlət Filarmoniyası və “Göy-göl” Ansamblının yaradıcısı, Respublikanın Xalq artsisti, Prezident təqaüdçüsü olmuş Fikrət Verdiyev və qızı Məryəmxanım Hüseynovadır. Fond 2011-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək şəhadətnamə almışdır. Fond yarandığı ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildən fəaliyyətə başlayan Fond biri birindən uğurlu layihələrə imza atmışdır. 2012-ci ildə İctimai Televiziyada “Milli musiqimizin dünəni, bugünü, sabahı” adlı teledebat keçirmişdir. Bu teledebatda xalqımızın ustad sənətkarları ilə bərabər gənc istedadlar da çıxışlar etmişlər.
Seyid Şuşinskinin evi
Seyid Şuşinskinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış evi. Seyidli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956) Seyid Şuşinskinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır. Seyid Şuşinskinin evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir. Bina XIX əsrin memarlıq abidəsidir. Seyid Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri olub. Seyid Şuşinskinin evi bir mərtəbəli olub, dörd otaqdan ibarət idi. Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.

Oxşar sözlər

#şuşinski nədir? #şuşinski sözünün mənası #şuşinski nə deməkdir? #şuşinski sözünün izahı #şuşinski sözünün yazılışı #şuşinski necə yazılır? #şuşinski sözünün düzgün yazılışı #şuşinski leksik mənası #şuşinski sözünün sinonimi #şuşinski sözünün yaxın mənalı sözlər #şuşinski sözünün əks mənası #şuşinski sözünün etimologiyası #şuşinski sözünün orfoqrafiyası #şuşinski rusca #şuşinski inglisça #şuşinski fransızca #şuşinski sözünün istifadəsi #sözlük