Günəş şüalarının orqanizmə təsiri
Günəş şüalarının orqanizmə təsiri — Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var.
D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var.
Əvvəllər yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir.