* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi… Ə.Haqverdiyev. Mehriban şübhələnməyə başladı. S.Hüseyn. Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Mir Cəlal. 2. Gümanı getmək, güman etmək, zənn etmək. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. A.Divanbəyoğlu. Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / şübhələnmək2 ŞÜBHƏLƏNMƏK Ata oğlunu bu cür görəndə şübhələndi (Ə.Vəliyev); BƏDGÜMAN OLMAQ Ümumən zümrəsinə qarşı bədgüman olan.. Qəhrəmani belə bir qızı xoşlayırdı (M.İbrahimov); GÜMANA DÜŞMƏK Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar bir-birindən gümana düşərdilər (B.Bayramov); ŞƏKK ETMƏK [Şagird:] İndi iki küp arasında şəkk etmişik: bilmirik siçan yağa düşüb, ya bala düşüb ölüb (Çəmənzəminli); ŞƏKKƏ DÜŞMƏK Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü (S.S.Axundov); ŞƏKLƏNMƏK Qoca qədimuşağının... çayla qorxulu oyun oynadığını başa düşürdü və bu qorxulu oyunun günün birində faciə ilə bitəcəyindən şəklənirdi (Ə.Yusifoğlu); ŞÜBHƏ ETMƏK/ EL.ƏMƏK Onlar hələ nəyəsə ümid bəsləyir, Balağanın tezliklə evə qayıdacağına şübhə eləmirdi (H. Abbaszadə); ŞÜBHƏYƏ DÜŞMƏK Həcər xanım: Biz də onun dalınca getsək, şübhəyə düşərlər (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / şübhələnmək1 ŞÜBHƏLƏNMƏK – İNANMAQ Yəqin uşaqlardan şübhələnəcək (İ.Şıxlı); Axı mən ona inanmıram (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / şübhələnmək2 глаг. 1. сомневаться, усомниться (почувствовать сомнение, неуверенность в истинности чего-л.). nədən şübhələnirsən? в чём сомневаешься? 2. подозревать; заподозрить (начать подозревать в чём-л.). Kimdən şübhələnirsiniz? кого вы подозреваете? Oğurluq (гарят) məsələsində biz onlardan şübhələnirik в воровстве (в краже) мы подозреваем их
Azərbaycanca-rusca lüğət / şübhələnmək1 f. douter vi de, mettre en doute ; soupçonner de, suspecter de
Azərbaycanca-fransızca lüğət / şübhələnmək1 гл. 1. шаклу хьун, шак авун, чӀалахъ тахьун; 2. гиман фин, гиман авун.
Azərbaycanca-ləzgicə lüğəti / şübhələnmək