şübhəsiz sözü azərbaycan dilində

şübhəsiz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şübhəsiz • 61.9949%
  • Şübhəsiz • 37.9840%
  • ŞÜBHƏSİZ • 0.0210%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

şübhəsiz sözünün leksik mənası və izahı

  • 1 1. zərf Mütləq, şəksiz. Şübhəsiz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik. – [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A.Şaiq. 2. ara s. Əlbəttə, təbii. O, şübhəsiz, doğru deyirdi. Şübhəsiz, mən onu təhqir etmək istəmirdim. □ (Heç) şübhəsiz ki, şübhəsizdir ki… – yəqin ki, əlbəttə ki, görünür ki, yəqin ki. Şübhəsizdi ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi. M.S.Ordubadi. Heç şübhəsiz ki, Zərdabiyə qarşı olan şiddətli, həyasız hücum, Seyid Əzim Şirvani kimi qüdrətli bir şair mövcud ikən, cavabsız qalmayacaqdı. M.İbrahimov. [Məmmədov:] Şübhəsiz ki, hamının işlədiyinə baxmayaraq, bu işlərdə [Kərimovun] böyük fəaliyyəti olmuşdur. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / şübhəsiz

şübhəsiz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 şəksiz — sözsüz — yəqin

    Azərbaycan dilinin sinonimlər lüğəti / şübhəsiz
  • 2 1. ŞÜBHƏSİZ [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə (A.Şaiq); BİGÜMAN (kl.əd.) Hansı qəmli könlü kim, sən edər olsan şadiman; O sənə, əlbəttə ki, bədguluq eylər bigüman (M.P.Vaqif); BİLAŞÜBHƏ (köhn.) ...bir para insana əziyyət yetirən mığmığa, milçəklər və sair həşərat olmasa idi, bilaşübhə onların təmamisi indiyə kimi oturaq olmuşdu (F.Köçərli); BİŞƏK, BİŞÜBHƏ Molla Qafar: Bişək, bişübhə elədir (S.Rəhimov); ŞƏKSİZ Tərəkəmələr: Şəksiz şəyatin yığnağına rast gəliblər (M.F.Axundzadə); MÜTLƏQ (bax). 2. ŞÜBHƏSİZ (ara söz kimi) [Koba:] Hə.. yerində dedi, şübhəsiz, Xanlar; Bütün mədənlərdə nizamsızlıq var (S.Vurğun); ƏLBƏTTƏ Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər (S.Ə.Şirvani); TƏBİİ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / şübhəsiz

şübhəsiz sözünün rus dilinə tərcüməsi

  • 1 1. несомненный; 2. несомненно;

    Azərbaycanca-rusca lüğət / şübhəsiz
  • 2 I нареч. несомненно, вне (без) всяких сомнений. Onlar şübhəsiz gələcəklər они несомненно (без всяких сомнений) придут, bu məsələni biz şübhəsiz həll edəcəyik этот вопрос мы несомненно (без всяких сомнений) решим, şübhəsiz çətindir несомненно трудно II ввод н. сл. несомненно. Şübhəsiz, o buradadır несомненно, он (она) здесь; şübhəsiz ki, … нет сомнения, что …; heç şübhəsiz ki, … нет никакого сомнения, что (в том, что) …

    Azərbaycanca-rusca lüğət / şübhəsiz

şübhəsiz sözünün inglis dilinə tərcüməsi

şübhəsiz sözünün fransız dilinə tərcüməsi

şübhəsiz sözünün ləzgi dilinə tərcüməsi

şübhəsiz sözünün türk dilinə tərcüməsi

"şübhəsiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şübhəsiz nədir? #şübhəsiz sözünün mənası #şübhəsiz nə deməkdir? #şübhəsiz sözünün izahı #şübhəsiz sözünün yazılışı #şübhəsiz necə yazılır? #şübhəsiz sözünün düzgün yazılışı #şübhəsiz leksik mənası #şübhəsiz sözünün sinonimi #şübhəsiz sözünün yaxın mənalı sözlər #şübhəsiz sözünün əks mənası #şübhəsiz sözünün etimologiyası #şübhəsiz sözünün orfoqrafiyası #şübhəsiz rusca #şübhəsiz inglisça #şübhəsiz fransızca #şübhəsiz sözünün istifadəsi #sözlük