şücaət sözü azərbaycan dilində

şücaət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şücaət • 92.0290%
  • Şücaət • 7.6087%
  • ŞÜCAƏT • 0.3623%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.74 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••••• 2.76
2004 •••• 1.68
2005 •••••••• 4.05
2006 ••••• 2.25
2007 •••••• 2.96
2008 •••••• 2.92
2009 ••••• 2.56
2010 •••••••••• 4.81
2011 •••••••• 3.77
2012 •••••• 2.84
2013 •••• 1.90
2014 •••••••••• 4.98
2015 •••••••• 4.08
2016 ••••••••• 4.34
2017 ••••••• 3.25
2018 •••••••• 3.75
2019 ••••••••• 4.31
2020 •••••••••••••• 6.90

şücaət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vəzir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara. Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır. Ü.Hacıbəyov. □ Şücaət göstərmək – hünər göstərmək, igidlik, qoçaqlıq eləmək. [Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / şücaət

şücaət sözünün sinonimləri (yaxın mənalı sözlər)

şücaət sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ŞÜCAƏT – QORXAQLIQ Əbədi şöhrətə yetirdi səni; Cəsarət, şücaət, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min canın olsun, birini də salamat apara bilməzsən (“Qabusnamə”).

    Azərbaycan dilinin antonimlər lüğəti / şücaət

şücaət sözünün rus dilinə tərcüməsi

şücaət sözünün inglis dilinə tərcüməsi

şücaət sözünün fransız dilinə tərcüməsi

şücaət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьунар, викӀегьвал, кьегьалвал, игитвал, жуьрэтлувал, мердвал; şücaət göstərmək гьунар къалурун, викӀегьвал авун, кьегьалвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / şücaət

şücaət sözünün türk dilinə tərcüməsi

şücaət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. igidlik, qorxmazlıq, qəhrəmanlıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

igidlik, qəhrəmanlıq, cəsurluq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şücaət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şücaət nədir? #şücaət sözünün mənası #şücaət nə deməkdir? #şücaət sözünün izahı #şücaət sözünün yazılışı #şücaət necə yazılır? #şücaət sözünün düzgün yazılışı #şücaət leksik mənası #şücaət sözünün sinonimi #şücaət sözünün yaxın mənalı sözlər #şücaət sözünün əks mənası #şücaət sözünün etimologiyası #şücaət sözünün orfoqrafiyası #şücaət rusca #şücaət inglisça #şücaət fransızca #şücaət sözünün istifadəsi #sözlük