* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 41.11 |
2003 | ••••••• | 13.39 |
2004 | •••• | 6.40 |
2005 | •••••••• | 15.52 |
2006 | ••• | 4.96 |
2007 | ••••• | 8.67 |
2008 | •••• | 6.58 |
2009 | •••••• | 11.84 |
2010 | •••••• | 11.53 |
2011 | ••••••• | 12.87 |
2012 | ••••• | 8.78 |
2013 | •••••••••••••• | 27.13 |
2014 | ••••••••• | 16.99 |
2015 | ••••• | 9.36 |
2016 | ••• | 6.07 |
2017 | ••• | 5.20 |
2018 | ••• | 5.69 |
2019 | ••• | 5.29 |
2020 | ••••• | 8.35 |
1 is. [ər.] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş. Sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli. [Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. □ Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) – razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. (Ata. sözü). Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Vəliyev. ◊ Şükür Allaha (Tanrıya, Yaradana və s.) – 1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən). [Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov; 2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi. [Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam. Ü.Hacıbəyov. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. [Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram. Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı. Şükür (şükürlər) olsun! – bax Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C.Məmmədquluzadə. [Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haqverdiyev. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / şükür2 устар. I сущ. благодарность, признательность, благодарение Богу; şükür eləmək благодарить (Бога); Allahına şükür elə благодари Бога; скажи: слава Богу!; şükür Allaha (Allaha şükür) слава Богу. Allaha şükür, sağalmısan слава Богу, ты выздоровел(-а); Allaha şükür ki, hamı sağ-salamatdır слава Богу, что все живы и здоровы; Allaha çox şükür (şükür olsun Allaha, çox şükür,min şükür) см. Allaha şükür; buna da şükür и на том спасибо; şükür qılmaq (şükür oxumaq) благодарить Бога, воздавать, воздать, вызвать благодарение. Qismətinə (taleyinə) şükür oxumaq воздать благодарение своей судьбе; şükürlər olsun Tanrıya (Yaradana) см. Allaha şükür
Azərbaycanca-rusca lüğət / şükür1 i. gratitude, thanks, satisfaction; ~ etmək to be* satisfied; Allaha şükür! Thank God! Thank goodness!
Azərbaycanca-ingiliscə lüğət / şükür1 is. gratitude f, remerciement m ; Allaha ~ etmək remercier le bon Dieu ; ~ Allaha! Dieu merci!
Azərbaycanca-fransızca lüğət / şükür1 [ər.] сущ. шукур (авур хъсанвилиз къарши разивалун, тешеккуьр авун); şükür (şükür-səna) etmək (eləmək, qılmaq) шукур авун, разивал къалурун, тешеккуьр авун; ** şükür Allaha (Tanrıya, Yaradana və s.) Аллагьдиз (гъуцариз) шукур, шукур (хьуй) Аллагьдиз; хъсан хьана, бахтунай (хьиз); şükür (şükürlər) olsun! шукур хьуй! (кил. Allaha şükür!).
Azərbaycanca-ləzgicə lüğəti / şükürrazılıq, təşəkkür, minnətdarlıqla bağlı olan.
Azərbaycan kişi adlarının izahlı lüğəti