Kolxida şümşadı
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT
== Təbii yayılması ==
Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır.
== Botaniki təsviri ==
Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.