Şüvəlan sözü azərbaycan dilində

Şüvəlan

Yazılış

  • Şüvəlan • 99.9241%
  • ŞÜVƏLAN • 0.0759%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şüvəlan
Şüvəlan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biri. Şüvəlan" sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Farsca "şiv" sözünün mənası eniş, "lan" isə məkan deməkdir. Qəsəbədə 7 orta ümumtəhsil məktəb fəalliyyət göstərir. Heydər Əliyev fondunun dəstəyi ilə Şüvəlanda yerləşən bir çox məktəblər yenidən qurulmuşdur. Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Bu düşərgələrdən biri də Çingiz Mustafayev adına düşərgədir. Eyni zamanda qəsəbədə yenicə açılmış Mədəniyyət sarayında uşaqlar üçün nəzərdə tutulmuş dərnəklər var.
Şüvəlan FK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
Şüvəlan bağları
Şüvəlan bağları- Şüvəlan tarixən qalalıların bağ yerləri olmuşdur. Yay fəslində kənd əhalisi bura köçər, dincələr, meyvə yığar doşab bişirər, sirkə tutardılar, mürəbbə hazırlayardılar. Arxeoloji və yazılı ədəbiyyat materialları Şüvəlanda hələ tunc dövründən yaşayış olduğunu sübut edir. 60-cı illərin əvvəllərində Şüvəlan yaxınlığında Bəndüstü adlanan yerdə arxeoloji qzıntı işləri zamanı qara, boz və qırmızı rıngli saxsı qırıntıları, daş alətlər, ocaq, kül, heyvan sümükləri, həmçinin divar qalıqları aşkar edilimşdir. Divar qalıqlarının üzərində müxtəlif insan və heyvan təsvirləri, ov səhnələırini xatırladan döymə və sızma üsulu ilə işlənmiş digər cizgilər çəkilmişdir. Həmin tapıntılar e.ə. I minilliyin əvvəllərində burada yaşayanların əkinçilik, heyvandarlıq, toxuculuq və s. sənət sahələri ilə məşğul olduğunu söyləməyə əsas verir. Minilliklər boyu Şüvəlanda həyat kəsilməmiş, camaat əkin-biçinlə, bağçılıqla, heyvandarlıqla və s. güzəran keçirmişlər.
Şüvəlan burnu
Şüvəlan burnu — Abşeron yarımadasının şimal-şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisinə daxildir. Ərazisində Şüvəlan mayakı yerləşir.
Şüvəlan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şüvəlan mayakı
Şüvəlan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Şüvəlan mayakına həsr olunmuşdur.
Olimpik Şüvəlan FK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.

şüvəlan sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#şüvəlan nədir? #şüvəlan sözünün mənası #şüvəlan nə deməkdir? #şüvəlan sözünün izahı #şüvəlan sözünün yazılışı #şüvəlan necə yazılır? #şüvəlan sözünün düzgün yazılışı #şüvəlan leksik mənası #şüvəlan sözünün sinonimi #şüvəlan sözünün yaxın mənalı sözlər #şüvəlan sözünün əks mənası #şüvəlan sözünün etimologiyası #şüvəlan sözünün orfoqrafiyası #şüvəlan rusca #şüvəlan inglisça #şüvəlan fransızca #şüvəlan sözünün istifadəsi #sözlük