şıltaq sözü azərbaycan dilində

şıltaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şıltaq • 87.2642%
  • Şıltaq • 11.7925%
  • ŞILTAQ • 0.9434%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2006 ••• 0.45
2007 ••••• 0.85
2008 ••••• 0.73
2009 0.16
2010 •••••• 1.00
2011 ••••• 0.77
2012 •••••• 0.86
2013 ••••••• 1.17
2014 ••••••••• 1.37
2016 •••• 0.52
2018 0.15
2019 •• 0.28
2020 0.13

şıltaq sözünün leksik mənası və izahı

  • 1 1. is. Mənasız tələb, iddia, arzu, istək. Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə. [Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn. // sif. Daim şıltaqlıq edən, şıltaqçı. Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən. // Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq. // Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı. [Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. □ Şıltaq etmək (eləmək) – 1) ağlamaqla narahatlığını bildirmək. Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə; 2) məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq. Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən. 2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq dəniz. Şıltaq hava. – Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / şıltaq

şıltaq sözünün etimologiyası

  • 1 Şılta feilindən düzəlib. Şılta isə mənbələrdə rus dilinə придраться kimi tər­cümə olunub. Şıltaq (dara-q qəlibi üzrə yaranıb) “fürsətdən istifadə edərək istə­yi­nə nail olmaq cəhdi” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şıltaq

şıltaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

şıltaq sözünün antonimləri (əks mənalı sözlər)

şıltaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. каприз, прихоть; 2. капризный, прихотливый;

    Azərbaycanca-rusca lüğət / şıltaq
  • 2 I сущ. 1. каприз: 1) необоснованное, своенравное желание, прихоть, причуда. Onun şıltağı üzündən belə oldu так получилось из-за его капризов 2) упорное требование осуществить такое желание; прихоть ребёнка, проявление упрямства, сопровождаемое криком, плачем и т.п. Uşaqların öz şıltağı olur у детей бывают свои причуды 2. капризник, капризница 3. привередник, привередница II прил. 1. капризный: 1) своевольный, своенравный, с постоянными капризами. Şıltaq təbiətli qız девочка капризного нрава (с капризным нравом), şıltaq adam капризный человек, şıltaq uşaq капризный ребёнок 2) выражающий каприз. Şıltaq səs капризный голос, şıltaq bir əda ilə cavab vermək отвечать капризным тоном 3) полный неожиданных перемен, случайностей; непостоянный, неустойчивый. Şıltaq hava капризная погода, şıltaq qış капризная зима, şıltaq Xəzər капризный Каспий 4) требующий особых условий, особого умения и тонкости в обращении, в уходе. Şıltaq bitki капризное растение, şıltaq torpaq капризная земля 2. привередливый (слишком разборчивый, прихотливый, такой, которому трудно угодить)

    Azərbaycanca-rusca lüğət / şıltaq

şıltaq sözünün inglis dilinə tərcüməsi

şıltaq sözünün fransız dilinə tərcüməsi

şıltaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. манасуз тӀалаб, мурад, рикӀе акьур (рикӀиз кӀан хьайи) затӀ; 2. прил. шиндакь, шиндакьдай, нигънигъ, терс, инадкар (мес. аял); şıltaq etmək (eləmək) шиндакь авун а) шиндакьун, шехьуналди вичин нарагьатвал къалурун; б) пер. наз авун, вичи-вич харуз тухун; 3. прил. пер. дегиш жедай, къарарсуз, гьамиша сад хьиз тушир (мес. гьуьл, гьава).

    Azərbaycanca-ləzgicə lüğəti / şıltaq

"şıltaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şıltaq nədir? #şıltaq sözünün mənası #şıltaq nə deməkdir? #şıltaq sözünün izahı #şıltaq sözünün yazılışı #şıltaq necə yazılır? #şıltaq sözünün düzgün yazılışı #şıltaq leksik mənası #şıltaq sözünün sinonimi #şıltaq sözünün yaxın mənalı sözlər #şıltaq sözünün əks mənası #şıltaq sözünün etimologiyası #şıltaq sözünün orfoqrafiyası #şıltaq rusca #şıltaq inglisça #şıltaq fransızca #şıltaq sözünün istifadəsi #sözlük