şəfə sözü azərbaycan dilində

şəfə

Yazılış

  • şəfə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (film, 2016)
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Aquaman, Sayborq və Fləş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Oktyabrın Şəfəqləndirdiyi Yol (1977)
Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film. == Məzmun == Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir. Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Əşrəf Hacıyev Operator: Fəraməz Məmmədov, Elxan Əliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film. == Məzmun == Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir. Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Əşrəf Hacıyev Operator: Fəraməz Məmmədov, Elxan Əliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Qrüner şəfəqsaçanı
Qrüner şəfəqsaçanı (lat. Anthocharis gruneri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinin şəfəqsaçan cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 25-30 mm-dir. Limonu-sarı rəngdə olub dişi fərdlərin ön qanadlarının zirvəsində qırmızı, erkəklərdə isə qara ləkə vardır. == Yayılması == Yunanıstan, Türkiyə, Kiçik Asiya, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand)) == Həyat tərzi == Yaxşı inkişaf etmiş dağlıq kserofil bitkilər (gəvən və akantolimon) bitən yamaclar. Kəpənəklər mayda uçur, dişi fərdlər adətən otlar içərisində gizlənir və az hallarda uçur. Mayın axırında bitkinin yarpaqları ilə qidalanır. Puplaşma iyulun əvvəllərində müxtəlif sığınacaqlarda baş verir, pupları qışlayır və ildə bir nəsil verir. Yumurtalarını kələmkimilər fəsiləsindən olan Turritis glabra bitkisinin üzərinə qoyur.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. == Tarixi == 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Qızıl Şəfəq (Yunanıstan)
Qızıl Şəfəq (yun. Λαϊκός Σύνδεσμος – Χρυσή Αυγή) - Yunanıstanda fəaliyyət göstərən ultra millətçi, faşist və neo-nasist meyilli siyasi partiya.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Tamilla Şəfəq
Tamilla Şəfəq (Ağayeva Tamilla Sultan qızı) - Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim, şair, nasir, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Türk Dövlətləri Oftalmoloji Dərnəyinin Azərbaycan üzrə təmsilçisi (2001), MDB Oftolmologiya Assosiasiyasının İdarə Heyətinin üzvüdür. 26 dekabr 1940-cı ildə Bakı şəhərində anadan olub. Şuşa şəhərində ibtidai təhsil aldıqdan sonra, Gəncə şəhərində orta məktəbi bitirib. Sonra Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil alıb (1957 - 1963). Ali məktəbi bitirdikdən sonra Gəncədə 3 saylı uşaq məsləhətxanasında sahə həkimi işləyib. 1965-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə ixtisaslaşma keçmişdir. 1966 - 1968-ci illərdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturanı bitirib. 1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda aspiranturaya daxil olub, 1972-ci ildə aspiranturanı bitirdikdən sonra institutda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində işləyib. 1995-ci ildən tibb elmləri üzrə fəlsəfə doktoru, aparıcı elmi işçidir.
Vampirlərin Şəfəqi
Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri. == Mövzu == İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaq­larda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaran­lıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.
Vampirlərin şəfəqi (film, 2006)
Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri. == Mövzu == İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaq­larda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaran­lıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Şəfəq (Beyləqan)
Şəfəq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Din == Qəsəbədə "Həzrəti Cərciz Peyğəmbər" məscidi dini icması fəaliyyət göstərir.
Şəfəq (Goranboy)
Şəfəq, Mollavələdli — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir.Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur. == Tarixi abidə == Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII-XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq üslubunda hörülmüşdür.
Şəfəq (Göyçə)
Kərkibaş — Göyçə mahalının Basarkeçər rayonuda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. == Mədəniyyəti == Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. == Toponimi == Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Şəfəq (dəqiqləşdirmə)
Şəfəq — Göyün günəş çıxan və batan ərəfədə işıqlanması.QəzetlərŞəfəq (Azərbaycan qəzeti) — Sovet dövründə Qubada nəşr olunmuş qəzet. Şəfəq (İran qəzeti) — Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan qeyri-leqal qəzet. Şəfəq (qəzet, İraq)Yaşayış məntəqələriŞəfəq (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazi vahidində kənd. Şəfəq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəfəq (Göyçə) — Göyçədə kənd.
Şəfəq (qəzet, İran)
Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı. == Fəaliyyəti == Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı .
Şəfəq (qəzet, İraq)
"Şəfəq" (qəzet) — ədəbi, elmi, ictimai dərgi. == Məlumat == Şəfəq qəzetinin ilk səhifəsində "On beş gündə bir çıxan ədəbi, elmi, ictimai ərəb və kürd dillərində dərgidir… Hələlik ayda bir dəfə çap edilir" ifadəsinin olduğu dərginin sahibi Süleymaniyyəli istefada olan polkovnik-leytenant Abdulqadir Bərzənci, maliyyə işləri müdirü Süleymaniyyəli Əli Bapir idi. Dərginin redaksiyası sahibinin qaldığı Umeyra otelində bir otaqda idi. İlk sayı 1958-ci il yanvarın 15-də çap edilmiş dərgi Kərkükdə "Şimal" mətbəəsində çap edilirdi. Nüsxəsi 70 filisə satılan "Şəfəq"in illik abunəsi bir dinar idi. Dərginin ilk sayındə mətbu orqanın məqsədini bildirən baş məqalədə kürd və ərəb xalqlarının fikirlərinin yaxınlaşdırılması, bunu yerli türkmanların anlayış göstərərək dəstəkləmələri bildirilirdi. Dərgi sanki başqa şəhərdə çap edilirmiş kimi, Kərkük toplumunun mədəniyyəti və ədəbiyyatından bəhs etmirdi. Buna görə də rəğbət görməyib boykot edilən "Şəfəq"in ikinci il həcmi kiçildilib və "Beh yan", yəni, "Bəyan" adı ilə ancaq kürd dilində çap edilməyə başlanıb. 1959-cu il may ayında dərginin 4-cü sayındən sonra onu izləmək mümkün olmayıb.
Şəfəq (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Şəfəq (İran qəzeti)
Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı. == Fəaliyyəti == Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı .
Şəfəq Hüseynli
Şəfəq Hüseynli — Azərbaycan Milli Antidopinq Agentliyininen (AMADA) direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi, Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini, Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun (WADA EAG) üzvü. == Həyatı == Hüseynli Şəfəq Tofiq qızı 31 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rus və İngilis dillərini bilir, 2 övladı var. == Fəaliyyəti == 2007–2016-ci illərdə idman və sağlamlıq üzrə konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğul olaraq şirkət idarə edirdi. 2016-cı ildən etibarən Şəfəq Hüseynli Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru vəzifəsinə təyin edilmiş və ölkə ərazisində ona həvalə edilmiş dopinqlə mübarizə siyasətinin həyata keçirilməsinə başlamışdır. Fəaliyyəti zamanı AMADA-da dürüstlük, şəffaflıq, qərəzsizlik və hesabatlılıq prinsiplərinə əsaslanan Ümumi Keyfiyyət İdarəçiliyini tətbiq etmişdir. 2018-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya Gündəliyi 2020" Komissiyasına antidopinq üzrə ekspert qismində cəlb edilmişdir. Dopinqlə mübarizə fəaliyyətinə başladıqdan sonra, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2019-cu ildən etibarən Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü seçilmiş və Ümumdünya Antidopinq Agentliyinin milli antidoping qurumları üzrə təlimatların və strategiyaların hazırlanmasında iştirak etməyə başlamışdır. Həmin ildə Belarusiyanın Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunlarına Ümumdünya Antidopinq Agentliyi tərəfindən müstəqil müşahidəçi kimi seçilmiş və həmin Oyunların Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən keçməsinin monitorinqini həyata keçirmişdir. Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu və YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının Tərəflərin Konfransında Azərbaycanın nümayəndə heyəti qismində iştirak edən Şəfəq Hüseynli, beynəlxalq müstəvidə antidopinq üzrə qurumların fəaliyyətində aktiv işitrak edərək AMADA-nı peşəkar və qabaqcıl təşkilatlardan biri kimi tanıtmışdır.
Şəfəq Sultan Əlixanlı
Şəfəq Sultan Əlixanlı-Azərbaycan Radiosu "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi. Şəfəq Sultan Əlixanlı-1955-ci il, sentyabrın 22-də Bakida, ziyalı ailəsində doğulub. Oxuduğu H.Cavid adına 132 saylı orta məktəbdə ədəbiyyat müəllimi Bilqeyis Təhmasib öz elmi və söz-sənət sevgisi ilə onun həyat və sənət yoluna əbədi nur saçıb. 1973-ci ildə Şəfəq Əlixanlı orta məktəbi bitirib.Sevimli müəllimlərinin etimadını doğruldan Şəfəq Əlixanlı 70-cı illərin əvvəllərindən, hələ çox gənc ikən dövrü mətbuatında kiçik yazıları, şeir ve hekayələri ilə çıxış edir ("Azərbaycan gəncləri","Baki" qəzetləri, "Azərbaycan qadını"jurnalı).1973-cü ildə Azərbaycan Dövlət Universiteninin filologiya fakültəsinə daxil olub. Tələbəliyin ilk illərindən etibarənsə o vaxtki Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib. Əmək kitabçasına 1980-ci ildən düşən bu ünvanda əvvəlcə müqavilə ilə müxbir, sonrasa kiçik redaktorluqdan baş redaktorluğa qədər yüksələn 38 illik yaradıcılıq yolu keçib. Azərbaycan Radiosunda bir çox populyar programların, o cümlədən "Sabahınız xeyir", "Molla Nəsrəddin", "Xatun", "Bizdən sonra" uzunömürlü verilişlərin müəllifi, aparıcısı kimi tanınır. Radioya gəldiyi ilk illərdən xüsusi önəm verdiyi Radio-teatr janrında yazdığı əsərləri, dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri ilə professional aləmin nüfuzunu, geniş dinləyici auditoriyasının böyül rəğbətini qazanıb. Müəllifi olduğu 20-dən çox Radio-tamaşa Radionun "Qızıl fond"unda saxlanır. Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və Dövlətçiliyimizin inkşafındaki xidmətlərinə görə dəfələrlə müxtəlif yaradıcı təşkilatlar tərəfindən təltiflər alıb, dövlət mükafatlarına layiq görülüb.
Şəfəq bələdiyyəsi
Şəfəq bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Şəfəq bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Şəfəq bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəfəq bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

şəfə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. dodaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şəfə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəfə nədir? #şəfə sözünün mənası #şəfə nə deməkdir? #şəfə sözünün izahı #şəfə sözünün yazılışı #şəfə necə yazılır? #şəfə sözünün düzgün yazılışı #şəfə leksik mənası #şəfə sözünün sinonimi #şəfə sözünün yaxın mənalı sözlər #şəfə sözünün əks mənası #şəfə sözünün etimologiyası #şəfə sözünün orfoqrafiyası #şəfə rusca #şəfə inglisça #şəfə fransızca #şəfə sözünün istifadəsi #sözlük