şəltə sözü azərbaycan dilində

şəltə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şəltə • 90.6250%
  • Şəltə • 6.2500%
  • ŞƏLTƏ • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

şəltə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qadın alt tumanı, dizlik. 2. dan. Cır-cındır, yıpranmış, üzülmüş, köhnə-kürüş şeylər (xalça, palaz, geyim, parça və s.). Otaq kasıb döşənmiş, dörd-beş şəltədən ibarət idi. A.Şaiq. ◊ Şəltəsi işləməmək (keçməmək) – kələyi baş tutmamaq, hiyləsi keçməmək. …Dəni məqsədlilərin burada şəltəsi işləməz. Onlar zərərdən savay heç bir xeyir yetirə bilməzlər. Ü.Hacıbəyov. Qarı bu yerdə şəltəsini işlədə bilmədi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / şəltə

şəltə sözünün etimologiyası

şəltə sözünün sinonimləri (yaxın mənalı sözlər)

şəltə sözünün rus dilinə tərcüməsi

  • 1 1. кальсоны, панталоны, штаны; 2. короткая нижняя юбка;

    Azərbaycanca-rusca lüğət / şəltə
  • 2 сущ. 1. короткая нижняя юбка 2. панталоны (принадлежность женского белья, покрывающая нижнюю часть тела до пояса) 3. разг. старьё (старые, подержанные вещи). Otaqda çoxlu şəltə var idi в комнате было много старья 4. хитрость, приём, уловка ◊ şəltəsi işləmədi kimin хитрость не прошла чья; şəltəsi işləmir kimin harada хитрости (приемы) чьи, кого не проходят где

    Azərbaycanca-rusca lüğət / şəltə

şəltə sözünün inglis dilinə tərcüməsi

şəltə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. вахчаг (дишегьлийрин кӀаникай алукӀдай, метӀел кьван авай куьруь пек); 2. рах. шалта, иски-уьскуь, кукӀвар хьайи куьгьне пек-лек, рух, гам ва мс.; ** şəltəsi işləməmək (keçməmək) гьилледи кьил кьун тавун, гьилле ише тефин.

    Azərbaycanca-ləzgicə lüğəti / şəltə

şəltə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Böyük Qarakilsə, Goranboy, Xocalı, Kürdəmir, Qazax, Şuşa) kişi alt tumanı. – Əyləndə gədənin şəltəsi partdıyıf, cırılıf (Ağdam); – Şəltəni şalvarın altınnan giyillər (Goranboy); – Şalvarın altınnan geyillər, ona şəltə deyirdix’, indi tuman deyillər (Xocalı); – Altımnan şəltəm tüşürdü, güjnən gəlif çıxmışam (Şuşa) ◊ Şəltəsi işləməməx’ (Ağdam, Kürdəmir, Şuşa) – kələyi baş tutmamaq, hiyləsi baş tutmamaq. – Də:- səη, onun burda şəltəsi işdəmədi, çıxıf getdi (Ağdam); – Səniη kimisinin şəltəsi buralarda işdəməz, a bala (Şuşa) II (Böyük Qarakilsə, Gədəbəy, Gəncə, Qazax, Qusar) 1. cır-cındır 2. köhnə palaz 3. köhnə yorğan-döşək. – Öyündə iküş <iki-üç> şəltədən savayı nə var kın? (Gədəbəy); – Bu ku lap şəltədi (Böyük Qarakilsə) ◊ Şəltəsi üzgənməx’ (Gədəbəy) – vəziyyəti yaxşılaşmaq, pullanmaq. – Qasımın da şəltəsi üzgəndi III (Şəki) qız evinə nişan aparılan gün. – Şəltə qız öyünə parça aparan günə diyillər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şəltə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəltə nədir? #şəltə sözünün mənası #şəltə nə deməkdir? #şəltə sözünün izahı #şəltə sözünün yazılışı #şəltə necə yazılır? #şəltə sözünün düzgün yazılışı #şəltə leksik mənası #şəltə sözünün sinonimi #şəltə sözünün yaxın mənalı sözlər #şəltə sözünün əks mənası #şəltə sözünün etimologiyası #şəltə sözünün orfoqrafiyası #şəltə rusca #şəltə inglisça #şəltə fransızca #şəltə sözünün istifadəsi #sözlük