Şərifov sözü azərbaycan dilində

Şərifov

Yazılış

  • Şərifov • 98.8464%
  • ŞƏRİFOV • 1.1536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). == Həyatı == Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinifinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun ``İnşaat`` fakultəsinə daxil olmuş, 1962-ci ildə institutu ``İnşaat mühəndisi`` ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi ``Bakıbaştikinti`` idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə ``Bakısosialmədəntikinti`` trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə ``Bakıbaştikinti`` idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin ``Azərnəqliyyattikinti`` trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Arif Şərifov
Şərifov Arif Rza oğlu — AzMİU-nin Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllimi". == Həyatı == Arif Şərifov 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun "İnşaat, yol maşınları və avadanlığı" ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi "İnşaat maşınları" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır. 1967-ci ildən "İnşaat, yol və meliorasiya maşınları" kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış "Mexanikləşdirmə və avtomatlaşdırma" fakültəsinin ilk dekanı seçilmişdir. İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olur. 120-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 20 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir. Hazırda "İnşaat, yol və meliorasiya maşınları" kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin "Nəqliyyat" bölməsi üzrə tədris-metodiki şurasının üzvüdür. Bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
Azad Şərifov
Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930 – 24 dekabr 2009) — Azərbaycan kino xadimi, publilist, jurnalist. == Həyatı == 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A. Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi. Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana" qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür. Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur.
Ağakərim Şərifov
Ağakərim Şərifov (1 noyabr 1949, Lənkəran) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 05.11.2000–02.12.2005-ci illər ərzində Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub. Hal-hazırda "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi" MMC director müavini vəzifəsində işləyir (12 fevral 2007-ci ildən). Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı və fəaliyyəti == Ağakərim Şərifov Şirəli oğlu 1 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1966-cı ildə Lənkəran 3 saylı orta məktəbi bitirib. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib, Avtomatik elektrik rabitə mühəndisi peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 tikinti idarəsindən başlayıb (1968–1969). 1971–1973-cü illər ərzində Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləyib. 1973–1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
Bəxtiyar Şərifov
Bəxtiyar Nadir oğlu Şərifzadə (d. 1962, Qax rayonu – ö. 24 iyun 2016, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. Mətn oxuyan. Film səsləndirən. Film aparıcısı. == Həyatı == Azərbaycanın Qax rayonunda anadan olan və yaradıcılığı dövründə 23 sənədli filmi səsləndirən, çoxsaylı verilişlərin kadr arxası mətnini oxuyan Bəxtiyar Şərifzadə AzTV-nin radiosunda çalışmışdır. Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib. 24 iyun 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və 25 iyunda doğulduğu Qax rayonunun Güllük kəndində dəfn olunmuşdur. == Təltifləri == Azərbaycan Respublikasının əməkdar artisti — 04.11.1998 == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: titrlər Tikdim ki, izim qala (film, 1997) Tikdim ki, izim qala.
Cavanşir Şərifov
Cavanşir Bəxtiyar oğlu Şərifov (1971 Ağsu - 1992 Sırxəvənd) == Həyatı == Cavanşir Şərifov 1971-ci ildə Ağsu şəhərində anadan olub. == Təhsili == 1989-cu ildə Ağsu şəhər 3-saylı orta məktəbini bitirib. == Hərbi xidməti == 1989-1991-ci illərdə ordu sıralarında xidmət edib. 1992-ci ildə könüllü olaraq Qarabağa gedib Ağdam, Füzuli, Ağdərədə gedən döyüşlərdə iştirak edib . 1992-ci ildə Sırxəvənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Elmar Şərifov
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Hicran Şərifov
Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. == Həyatı == Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var. == Təhsili və karyerası == 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. “Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur.
Kamandar Şərifov
Kamandar Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Mairbek Şərifov
Mairbek Şərifov (1905 – 7 noyabr 1942) — 1940-cı illərdə Sovet İttifaqına qarşı təşkil edilən çeçen üsyanlarının liderlərindən biri. == Həyatı == Mairbek Şərifov 1919-cu ildə Denikinlə döyüşdə öldürülmüş bolşevik inqilabçısı Aslanbek Şərifovun kiçik qardaşı idi. O, peşə üzrə hüquqşünas kimi Çeçen-İnquş MSSR-nin Sovet hökumətində işləmişdir. 1941-ci ildə Həsən İsrailovun başçılıq etdiyi bir çeçen üsyanına qoşulmuş, 1942-ci il noyabrın 7-də Sovet hücumu nəticəsində öldürülmüşdür.
Mirnağı Şərifov
Mirnağı Qasım oğlu Şərifov (20 avqust 1995; Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirnağı Şərifov 20 avqust 1995-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mirnağı Şərifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). == Həyatı == 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. == Həyatı == Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mürvət Şərifov
Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır. 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. == Ailəsi == 1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi. == Qanlı Yanvar faciəsi == Gəlini Şərifova Fatma Əsab qızının dedikləri: Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). == Həyatı == Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Rasim Şərifov
Rasim Cəfər oğlu Şərifov (10 noyabr 1955, Hacıhətəmli, İsmayıllı rayonu – 12 yanvar 2018) — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992-1993) == Həyatı == Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. 1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. İşgüzarlığı, gənclərlə işləmək qabiliyyətini nəzərə alaraq ona etimad göstərilmiş, 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir. Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur. Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir. 1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir.
Rəşadət Şərifov
== Həyatı == Şərifov Rəşadət Rəşid oğlu 1989-cu il noyabr ayının 10-da Azərbaycan Respublikasının Zərdab rayonun Əlvənd Kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbə də doğulduğu kənddə getmiş və 2007-ci ildə oranı bitirərək Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin Fizika və Astronomiya ixtisasına qəbul olmuş, 2011-ci ildə "Günəş spektrində Franhaufer xətlərinin qravitasiya sürüşməsi" adlı buraxlış işini müdafiə edərək bakalavr təhsilini başa vurmuş, Fizika və Astronomiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Bərk Cisimlər Fizikası Kafedrasının Bərk Cisimlər Fizikası ixtisasına magistrant kimi qəbul olmuşdur. Magistraturaya qəbul olduqdan sonra Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində 1 il müddətinə hərbi xidmət keçmişdir. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra magistratura pilləsində təhsilini davam etdirmiş və 2014-cü ildə "Spin-orbital qarşılıqlı təsirli nanoölçülü GaN kvant təbəqəsində işığın ikifotonlu udulması" adlı disertasiyasını müdafiə edərək Magistr dərəcəsi almışdır. == Tədqiqat sahəsi == Şərifov R. R. Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından Fəlsəfə Doktoru proqramı üzrə Doktorantura pilləsinə qəbul edilmişdir. Hal hazırda Nano ölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir. == Digər fəaliyyətləri == Artıq illərdir ki, elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Rəşadət Şərifov Fizika, Riyaziyyat, Məntiq, İnformatika, GMAT dərsləri tədris edir. Yüzlərlə tələbənin universitetlərdə təhsilini davam etdirməsində əməyi olmuşdur. İdeya müəllifi olduğu magistrol.com online təhsil sistemindən istifadə edənlərin sayı isə minlərlədir.
Samir Şərifov
Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Azərbaycan) — Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor. == Həyatı == Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var. == Təhsili == 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır. == Fəaliyyəti == 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı, 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir. 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
Süleyman Şərifov
Şərifov Süleyman Qasımoviç (20 iyul 1911, Tiflis – 14 dekabr 1992, Bakı) — Azərbaycan SSR Yeyinti Sənayesi naziri (1943). == Həyatı == Süleyman Şərifov 20 iyul 1911-ci ildə Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. 1942-ci ilə qədər Azərbaycanın bir sıra sənaye müəsissələrində məsul vəzifələrdə çalışmışdır. 1942-ci ildə Azərbaycan KP MK-nın tövsiyəsi ilə Qafqaz Siyasi İdarəsinin sərəncamına göndərilmiş və 396-cı Krım atıcı diviziyasının 803-cü atıcı alayının 3-cü atıcı batalyonunun komandiri vəzifəsinə təyin edilmişdir. Kerç şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmış və ordudan tərxis edilmişdir. 1943-cü ildə Azərbaycan SSR Yeyinti Sənayesi naziri, Ət və Süd Məhsulları Sənayesi naziri və digər məsul vəzifələrdə işləmişdir. Müxtəlif çağırışlarda Bakı şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK Plenumunun üzvü seçilmişdir. 14 dekabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, Bakı şəhərindəki qəbiristalıqda dəfn edilmişdir. == Təltifləri == İki dəfə I dərəcəli "Vətən müharibəsi" ordeni, "Qafqazın müdafiəsi uğrunda", "Faşist Almaniyası üzərində qələbəyə görə" və bir sıra döyüş medalları ilə təltif edilmişdir.
Səxavət Şərifov
Şərifov Səxavət Əsəd oğlu (1965, Seyidlər (Zəngilan), Zəngilan rayonu – 1994, Füzuli rayonu) - Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və fəaliyyəti == Şərifov Səxavət Əsəd oğlu 1965-ci ildə Seyidlər kəndində anadan olub. Kənddə səkkizillik təhsil alaraq 1981-ci ildə Bakı şəhərində texniki peşə məktəbinə daxil olub və oranı qaynaqçı ixtisasına yiyələnməklə bitirib. 1983-1985-ci illərdə Rusiya SFSR Saratov şəhərində hərbi xidmət keçib. Tərxis olunduqdan sonra Sumqayıt şəhərindəki 1 nömrəli təmir tikinti trestində ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. === Ailəsi === Ailəli idi, bir qız övladı var. == Birinci Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin əvvəllərindən etibarən Zəngilan rayonunun Seyidlər kəndindəki özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvarın 9-da Füzuli rayonunun Seyidəhmədli kəndində döyüş zamanı aldığı güllə yarasından şəhdi olmuşdur. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Turan Şərifov
Turan Vidadi oğlu Şərifov () — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. == Təhsili == 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsilini almışdı. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi. Turan həm xanəndə həm də musiqiçi idi. Gitara, saz, tar, piano, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı "Sarı gəlin" və "Qarabağ şikəstəsi" idi. Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini bitirib. 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin "Xanəndəlik" ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə "Fəxri Fərman"la təltif edilib. 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir — sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib.
Vaqif Şərifov
Vaqif Abdulla oğlu Şərifov (12 avqust 1943, Kirovabad – 5 oktyabr 2021, Gəncə) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olmuşdur. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışmışdır.Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İçtimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləmişdi. Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olmuşdur. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. 2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycan SSR əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilmişdir. == Mükafatları == Vaqif Şərifova 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilmişdir. 2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Yelmar Şərifov
Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Fərhad bəy Xurşud bəy oğlu, anası Ildız xanım Qasım bəy qızı soy-kök etibarilə Seyidli oymağının Şərifli soyundandırlar. Yelmar Şərifovun Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan dayıları İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Fərhad bəy də əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. 1931-ci ildə Seyidlidə vəfat etmişdir.Yelmar Şərifovun anası Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur.Yelmar Şərifov Ağdam şəhər məktəbində təhsil almış, 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir.
Aytac Şərifova
Aytac Şərifova (8 yanvar 1997, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === Qazaxıstanın "Okjetpes" klubunda oynamış Aytac Şərifova daha sonra, Sumqayıtın "Uğur" komandasının formasını geyinib. O, bu klubla Yüksək qızlar liqasının qalibi olub. Həmçinin Azərbaycan kubokunu qazanıb və ən yaxşı qapıçı seçilib. 2019-cu ildə İslandiyanın Keflavik klubuna transfer olunub.
Ağakərim Şərifov (teatrşünas)
Ağakərim Şərifov (1899 – 1942) — teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru. == Həyatı == Ağakərim Şərifov Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin (1934) yaradıcısı və ilk direktoru olub. O, 1923-cü ildən Teatr Texnikumunda dərs deyib. 1926-cı ildə texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açıb. Sərgi Tağıyev teatrının foyesində açılıb və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunub. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edib. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılıb. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayıb. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilib. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərib.
Davud bəy Şərifov
Davud bəy Şərifov (tam adı: Davud bəy Mikayıl bəy oğlu Şərifov; 8 iyun 1885, Tiflis – 8 avqust 1952, Bakı) — Azərbaycanın arxeoloqu, etnoqrafı və coğrafiyaşünası. == Həyatı == Davud bəy Şərifov 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdu. Polkovnik rütbəli atası Mikayıl bəy Şərifov hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı.D.Şərifov səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olur. 1902-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurur. O, oğlunun təhsilinə xüsusi diqqət yetirmiş və ağır peşəsinə sevgini ona da aşılamışdı. Onun atası,podpolkovnik Mikayıl bəy Şərifov Sankt-Peterburqda təhsil aldıqdan sonra hərbçi-topoqraf kimi fəaliyyət göstərmişdir. Davud bəyin anası Yelena Fyodorovna Şərifova Kondratyeva mənşəcə fransız xanımı olmuşdur. Davud bəyin özünün tərcümeyi-halında qeyd etdiyi kimi, iki bacısı və bir qardaşı olmuşdur. Davud bəy və qardaşı Birinci Tiflis oğlanlar gimnaziyasını, bacıları isə qızlar gimnaziyasını bitirmişlər. Davud bəyin qızı Melissa 1910-cu ildə Tiflisdə anadan olmuşdur.ixtisasına görə texnoloq olan Melissa 1937-ci ilə qədər Bakının Voroşil rayonu, 1 saylı məktəbdə müəllimi işləmiş, həmin ildə ali təhsil ocağının qərarı ilə tələbəlikdən kənarlaşdırılan Melissanın təhsili yarımçıq qalmış, öz ərizəsi ilə işdən çəxarılmışdır.
Firəngiz Şərifova
Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969). == Həyatı == Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893-1938), anası Mərziyyə Davudova (1901-1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır === Teatr səhnəsindəki rolları === Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
Mikayıl bəy Şərifov
Mikayıl bəy Şərifov Polkovnik == Həyatı == Mikayıl bəy hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı.
Mənzər Şərifova
Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq. == Həyatı və fəaliyyəti == Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir.Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir.Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. O, Ağdam rayonu üzrə orden və medallarla təltif edilmiş 35 nəfər müəllimdən biri olmuşdur. == Ailəsi == Mənzər xanım Şərifova Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş İldırım xan Şərifovla ailə həyatı qurmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 27.92 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 61.67
2003 •••••••••••••• 42.91
2004 •••••••• 23.58
2005 ••••••••••• 31.71
2006 •••••••••••• 34.24
2007 ••••••••••••• 38.27
2008 ••••••••••• 32.40
2009 •••••••••• 28.48
2010 ••••••••••• 31.68
2011 •••••••••••• 33.97
2012 •••••••••••• 33.99
2013 ••••••• 19.11
2014 ••••••••• 25.06
2015 •••••••••• 30.62
2016 •••••••••••• 35.40
2017 •••••••• 21.95
2018 •••••• 16.93
2019 •••••• 16.13
2020 ••••• 13.39

Oxşar sözlər

#şərifov nədir? #şərifov sözünün mənası #şərifov nə deməkdir? #şərifov sözünün izahı #şərifov sözünün yazılışı #şərifov necə yazılır? #şərifov sözünün düzgün yazılışı #şərifov leksik mənası #şərifov sözünün sinonimi #şərifov sözünün yaxın mənalı sözlər #şərifov sözünün əks mənası #şərifov sözünün etimologiyası #şərifov sözünün orfoqrafiyası #şərifov rusca #şərifov inglisça #şərifov fransızca #şərifov sözünün istifadəsi #sözlük