Şərq-Qərb sözü azərbaycan dilində

Şərq-Qərb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şərq-Qərb • 96.9182%
  • şərq-qərb • 2.6077%
  • Şərq-qərb • 0.4741%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. == Məzmun və quruluşu == Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des ParadiesesDivan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. == Divandan parçalar == .
Şərq-Qərb (nəşriyyat)
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb nəşriyyatı
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədi ilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır. == Haqqında == Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib his­sə­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov və Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi və iqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və s.
Qərb
== Coğrafi izahı == Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. == Siyasi mənası == 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. == Xristianlıqda istifadə == Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Şərq-Qərb hip hop qarşıdurması
Şərq-Qərb hip hop qarşıdurması, xüsusilə 1990'ların ortalarından etibarən ABŞ-də Şərq hip hopu və Qərb hip hopu səhnələrinin sənətkarları ilə pərəstişkarları arasında qan davası idi. Qan davasının diqqət nöqtəsi Şərqli repçi The Notorious B.I.G (və Nyu-York mərkəzli Bad Boy Records) ilə Qərbli repçi Tupac Şakur (və Los-Anceles mərkzəli şirkəti Death Row Records) idi. Hər ikisi də avtomobildən açılan atəş nəticəsində öldürüldü. Orlando Anderson (aka Baby Lane) Şakur qətlində günahlandırıldı, lakin 1998-ci ilin yazında vurularaq öldürüldü. The Notorious B.I.G qətlindən məsul olan şəxs hələ bilinmir.
Şərq və Qərb kilsələrinin aralanması
Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. == İxtilafların başlanması == 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir.
Şərq və Qərb kilsələrinin ayrılması
Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. == İxtilafların başlanması == 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Quru, daşlı torpaq şəraitində bitir. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. == İstifadəsi == Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur. «Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Qərb gölü
Qərb gölü (çincə. 西湖) — Çinin Hanqzhou şəhərində göl. Göl üç cığır yolu ilə beş bölməyə ayrılmışdır. Göldə çox sayda məbəd, paqoda, bağça və süni adalar var. Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şair və rəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur. 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı.
Qərb kilsəsi
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr == Mənbə == "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Qərb küləkləri
Qərb küləkləri - 30 və 65 dərəcə şimal və cənub enləri arasında və Şimal yarımkürəsinin cənub-qərbi və Cənub yarımkürəsinin şimal-qərbi arasında şimal küləkləri hökmranlıq edir. Bu küləklər qışda ən güclü, yayda ən zəif küləklər olur. Qərb küləkləri təyyarələrə okenları keçməyə kömək edirlər. Həmçinin güclü dəniz axınlarının yaranmasına da yardımçı olurlar. Qərb küləkləri Cənub yarımkürəsində daha güclü olurlar. Bu küləklər yerin hərəkətinə müvafiq olaraq şərqə doğru meyl edir.
Qərb mirvarisi
Qərb mirvarisi və ya Siçuan teleqülləsi (çin. 四川广播电视塔) — Çendu şəhərinin Çenqhua ərazisində ( Siçuan əyaləti) yerləşən yüksək mərtəbəli tikilidir. 339 metr hündürlüyə malikdir. Dünyanın ən hündür televiziya qüllələri siyahısında 18-ci yer tutur. == Təsvir == Sözügedən tikilidə 218 metr yüksəklikdə. gözləmə mərtəbəsi, 204 metr hündürlükdə - baxış platforması. yerləşir ki, qüllə dəmir-betondan konstruksiyadan tikilmişdir. Əvvəlcə qüllə telekommunikasiya məqsədi ilə inşa edilmişdir, lakin sonra bu televiziya və radio qovşağı ilə yanaşı , həm də müşahidə göyərtəsi , Fırlanan restoran , və əyləncə vasitələri, kino, ofis. təyinatlı məntəqələr də yerləşdirildi. === Əsas xüsusiyyətlər === Tikinti: 1992-ci ildən (1998) 2004-cü ilə qədər Yüksəklik: 339 m (düzənlik), 257 m (dam), 230 m (yuxarı mərtəbədə) Mərtəbələr: 17 Liftlər: 7 (0-dən 208 metrədək 40 saniyə dartılır) == Tarixi == Qüllənin tikintisi 1983-cü ildə planlaşdırıldı, lakin tikinti işləri yalnız 1992-ci ildə başlamışdır, lakin eyni il ərzində maliyyə çətinliyi ilə əlaqədar 1998-ci ilə qədər dondurulmuşdur.
Qərb palıdı
== Təbii yayılması == İlk dəfə Portuqaliyada təsvir edilmişdir.Yabanı halda Aralıq dənizinin qərbində bitir. == Botaniki təsviri == Bu növ mantar palıdına çox oxşardır. Hündürlüyü 7–8 m, gövdəsinin diametri 17–20 sm-ə çatan ağac bitkisidir. Gövdə və köhnə yarpaqların üzəri 3–5 mm qalınlıqda mantar qatı ilə örtülmüşdür. Yarpaqları nazik, ayanın alt səthi tüklü, növbəti ilin yazında yarpaqları tökülür. Mantar təbii polimer olub, xırda hüceyrələrdən ibarət, bərk məsaməli quruluşa malikdir. Bu hüceyrələr arı şanına bənzəyir. Hər hüceyrə maksimum miqdarda bərk birləşdirici və minumum miqdarda qaz halında olan maddədən ibarətdir. Beləliklə mantar sukeçirməyən, içi hava ilə dolu şam kapsulasından ibarətdir. Bu da mantar qatına ona qarşı edilən təsirdən sonra özünün ilkin formasını bərpa etməyə imkan verir.
Qərb qorillası
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Qərb sahili
İordaniyanın qərb sahili hazırda Fələstinin azad edilməsi təşkilatı ilə əlaqəli bir təşkilatın HƏMAS rəhbərliyinin nəzarəti altında olan bir inzibati dövlətdir, İsrail ərazisi Fələstin dövlətinə tabedir. Qərbi Fələstin Muxtariyyətində HƏMAS hökuməti üstünlük təşkil edir.Bir çox hallarda onun İsrail tərəfindən işğal edildiyi deyilir, lakin yəhudi dövlətinin arqumentləri bizi problemin tarixini araşdırmağa vadar edir. Ərazi 1948-1967-ci illərdə İordaniya tərəfindən işğal olunub. 1967-ci ildə baş verən Altı Günlük Müharibə bölgənin həyatında əsaslı dəyişikliklərə səbəb oldu. 6 günlük müharibədən sonra bu ərazi Yəhudeya və Samariya əyalətləri ilə birlikdə Fələstinin nəzarətinə keçib, əksər hallarda İsrail işğalçı adlandırılsa da, keçmişdə yəhudilərin bu torpaqlarda yaşadığı danılmaz bir həqiqətdir. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövlətinin paytaxtları kimi seçdiyi Şərqi Qüdsdür. Rayonun ərazisi təqribən 5655 km², əhalisi isə 2862485 nəfərdir. İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhsulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.
Qərb tuyası
Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır. Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.71 dəfə / 1 mln.
2011 •••• 1.72
2012 •••••••••• 4.04
2013 •• 0.73
2014 •••••••••• 4.29
2015 •••••••••••••••••••• 8.68
2016 ••••••••••••••• 6.42
2020 ••• 1.06

Oxşar sözlər

#şərq-qərb nədir? #şərq-qərb sözünün mənası #şərq-qərb nə deməkdir? #şərq-qərb sözünün izahı #şərq-qərb sözünün yazılışı #şərq-qərb necə yazılır? #şərq-qərb sözünün düzgün yazılışı #şərq-qərb leksik mənası #şərq-qərb sözünün sinonimi #şərq-qərb sözünün yaxın mənalı sözlər #şərq-qərb sözünün əks mənası #şərq-qərb sözünün etimologiyası #şərq-qərb sözünün orfoqrafiyası #şərq-qərb rusca #şərq-qərb inglisça #şərq-qərb fransızca #şərq-qərb sözünün istifadəsi #sözlük