şərtilik sözü azərbaycan dilində

şərtilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şərtilik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2007 ••••••• 0.21
2012 ••• 0.09

şərtilik sözünün leksik mənası və izahı

şərtilik sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. условность (свойство условного). Hökmün şərtiliyi условность приговора, həyatın şərtiliyi условность жизни, səhnədəki şərtilik сценическая условность

    Azərbaycanca-rusca lüğət / şərtilik

şərtilik sözünün inglis dilinə tərcüməsi

şərtilik sözünün fransız dilinə tərcüməsi

şərtilik sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#şərtilik nədir? #şərtilik sözünün mənası #şərtilik nə deməkdir? #şərtilik sözünün izahı #şərtilik sözünün yazılışı #şərtilik necə yazılır? #şərtilik sözünün düzgün yazılışı #şərtilik leksik mənası #şərtilik sözünün sinonimi #şərtilik sözünün yaxın mənalı sözlər #şərtilik sözünün əks mənası #şərtilik sözünün etimologiyası #şərtilik sözünün orfoqrafiyası #şərtilik rusca #şərtilik inglisça #şərtilik fransızca #şərtilik sözünün istifadəsi #sözlük