şəxsiyyətin sözü azərbaycan dilində

şəxsiyyətin

Yazılış

  • şəxsiyyətin • 97.7395%
  • Şəxsiyyətin • 2.2257%
  • ŞƏXSİYYƏTİN • 0.0348%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəxsiyyətin eyniliyi
Şəxsiyyətin eyniliyi (identikliyi) problemi — fəlsəfi problem olub, insanın müxtəlif zamanlarda özünü eyni insan hesab etdiyini, eyni zamanda bədəninin və şüurunun daim dəyişməsini ehtiva edir. Bu sahədə rəqabət aparan əsas nəzəriyyələr bunlardır: Con Lokk tərəfindən tərtib edilmiş psixoloji meyar. Lokk yazır ki, “rasional bir varlıq keçmiş hərəkətin ideyasını əvvəllər olduğu kimi eyni şüurla və indiki hər bir hərəkətin eyni şüuru ilə təkrarlaya bildiyi qədər, o, bir və eyni şəxsdir. Ağıllı varlıq indiki düşüncə və hərəkətlərini dərk etməsi sayəsində indi özü üçün şəxsiyyətə çevrilir; o, gələcəkdə eyni insan olaraq qalacaq, çünki o, eyni şüuru keçmiş və ya gələcək hərəkətlərə genişləndirə biləcək. Bu gün ilk növbədə Erik Olsen tərəfindən müdafiə olunan bioloji meyar. Bu nəzəriyyə, kobud desək, biz bədənimizik və yaddaşımız, şəxsiyyətimiz bu orqanların həyatında yalnız epizodlardır - kimi səslənir. Özümüzün və başqalarının bizim haqqımızda danışdığı bir hekayə olduğumuzu bildirən narrativ meyar. Bu nəzəriyyənin tərəfdarları D. Dennet, P. Rikoeur, Dmitri Volkovdur . D.Parfitin şəxsi şəxsiyyətin əhəmiyyətini inkar edən nəzəriyyəsi onu “sağ qalmaq” anlayışı ilə əvəz edir. Professor G.İ.Çelpanovun tərifinə görə, “Mən şəxsi kimliyimi indiki “ mən ”imi illər əvvəl malik olduğum “mən”lə eyniləşdirməyimi hesab edirəm.
Atatürk şəxsiyyətinə pərəstiş
Atatürk şəxsiyyətinə pərəstiş — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsiyyəti, fikirləri və siyasi düşüncələri ətrafında yaşadığı dövrdə meydana gəlmiş və əsasən öldükdən sonra davamçıları tərəfindən qurulmuş şəxsiyyətə pərəstiş. == Əsasları == Atatürkün qəhrəman və heç nədən təsirlənməyən, hər mövzuda düzgün siyasət yeridən, səhv etməyən lider kimi düşünülməsini ifadə edir. Mustafa Kamalın milli qəhrəman obrazı İstiqlaliyyət müharibəsində başlayıb 1927-ci ildən etibarən daha böyümüşdür və bu obraz XX əsrdə oxşarları içərisində ən uzunömürlü şəxsiyyətə pərəstiş halını almışdır. == Atatürk pərəstişinin yaranması və möhkəmlənməsi == Çanaqqala döyüşündə "Anafartalar qrupu"nun komandiri olan polkovnik Mustafa Kamal qələbədən sonra ictimai rəy nəticəsində "Anafartalar Qəhrəmanı" olaraq tanınmışdır. Bir çox yazıçının yazdığına görə XX əsrin əvvəllərində Osmanlının hərbi və siyasi məğlubiyyətləri ağır rüsvayçılıq yaşayan türk xalqı Anafartalar Qəhrəmanı Mustafa Kamalı o dövrdə türklük və müsəlmanlıq şərəfini xilas edə biləcək ümid olaraq görürdü. M. Kamal 1919-cu ildə İstiqlaliyyət müharibəsinin öndəri oldu və iki il ərzində qəhrəman mərtəbəsinə çatdı. Sakarya döyüşündən əvvəl baş komandir olan Mustafa Kamal artıq İstanbul və bütün Anadoluda simvola çevrilmişdi: adına toplu dualar oxunurdu. Sakarya döyüşünün qazanılmasından sonra "Qazi" ləqəbini aldı və "Qazi həzrətləri" kimi tanınmağa başladı. 1923-cü ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti oldu. Mustafa Kamal qazanılan bütün uğurların "xalqın uğuru" olduğunu vurğulamışdır.
Heydər Əliyev şəxsiyyətinə pərəstiş
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir: Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur. «Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir.
Nazarbayev şəxsiyyətinə pərəstiş
Nazarbayev şəxsiyyətinə pərəstiş — bu ifadə siyasi və media mühitində Nursultan Nazarbayev şəxsiyyətinə pərəstişlə dünyanın digər liderlərinin şəxsiyyətlərinə pərəstişlə müqayisəsinin siyasi və sosioloji imicinin təbiətini təsvir etməkdir. Qazaxıstanın birinci prezidentinin gününə həsr olunmuş "Тұнғыш-Birinci"" sənədli film həftəsi Astanada keçirilir. Birinci gün iki film təqdim olunmuşdur. Birinci "El anası" sənədli filmində prezident özü anası haqqında danışır. İkinci film isə "Səhabələr" adlanır bu filmdə prezidentlə birgə oxuyanlar, işləyənlər onun şəxsiyyətindən danışır, onun necə insan olmasını bildirir. Təşkilatçıların sözlərinə görə sənədli film həftəsi ərzində 8 yeni film təqdim olunacaqdır. Burada Qazaxıstan Prezinedtinin həyatı və şəxsiyyəti öz əksini tapacaqdır. Hər gün müstəqil Qazaxıstan tarixinin müxtəlif mərhələlərinə və dövlətin inkişafında Nursultan Nazarbayevin roluna həsr olunmuş filmlər təqdim olunacaqdır. Bundan əlavə hərəkət şəkillərinin təqdimatından sonra iştirakçılar Elbaşı həyatından maraqlı anları müzakirə edəcəklər. Nursultn nazarbayevin hakimiyyəti illərindəcə ona çoxlu sayda abidə qoyulmuşdur: Alma-atadakı prezident parkında, Taldıkorqan, Astanada baralyef.

"şəxsiyyətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəxsiyyətin nədir? #şəxsiyyətin sözünün mənası #şəxsiyyətin nə deməkdir? #şəxsiyyətin sözünün izahı #şəxsiyyətin sözünün yazılışı #şəxsiyyətin necə yazılır? #şəxsiyyətin sözünün düzgün yazılışı #şəxsiyyətin leksik mənası #şəxsiyyətin sözünün sinonimi #şəxsiyyətin sözünün yaxın mənalı sözlər #şəxsiyyətin sözünün əks mənası #şəxsiyyətin sözünün etimologiyası #şəxsiyyətin sözünün orfoqrafiyası #şəxsiyyətin rusca #şəxsiyyətin inglisça #şəxsiyyətin fransızca #şəxsiyyətin sözünün istifadəsi #sözlük