Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı, bəzən KİV-lər tərəfindən "qara siyahı" olaraq adlanır — Azərbaycanın 2020-ci ilə qədər işğal olunmuş ərazisi olan Qarabağ və hələ də işğal altında olan Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı anklavlarına qanunsuz səfər etmiş əcnəbi şəxslərin siyahısı.
2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib.
== Siyahı ==
=== 2010 ===
=== 2011 ===
=== 2013 ===
=== 2015 ===
=== 2016 ===
=== 2017 ===
=== 2020 ===
== Siyahıdan çıxarılan şəxslər ==
=== 2009 ===
2005-ci ildə Rusiya müğənnisi Katya Lel Ermənistanın təhriki ilə Dağlıq Qarabağda keçirilən konsert proqramında iştirak edib. O, 2009-cu ildə Azərbaycan hakimiyyətindən üzr istəyərək, adının "qara siyahı"dan çıxarılmasına nail olub.
=== 2013 ===
2010-cu ildə İtaliya müğənnisi Al Bano Ağdərənin Vəng kəndində konsert proqramı ilə çıxış edərək, Azərbaycanın arzuolunmazlar siyahısına düşüb. 2013-cü ildə bu addımına görə Al Bano Azərbaycan XİN-ə müraciət edərək, Qarabağ münaqişəsindən xəbərsiz olduğunu, əməlinə görə təəssüf hissi keçirdiyini bildirib. Müğənninin peşman olduğu nəzərə alınaraq XİN onun adını "qara siyahı"dan çıxarılması barədə qərar verib. 2013-cü ildə müğənni Bakıya gələrək, Heydər Əliyev Sarayında keçirilən konsert proqramında iştirak edib.
2011-ci ilin sentyabr ayında siyasətçi Aleksandr Mitrofanov Ağdərə şəhərini ziyarət edərək, orada "Moskva" mərasim evin açılışında iştirak edib. 2013-cü ildə Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica edib.