Əbdu sözü azərbaycan dilində

Əbdu

Yazılış

  • Əbdu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor == Həyatı == Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. == Fəaliyyəti == Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir.Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Vüqar Əbdulov
Vüqar Arif oğlu Əbdülov (28 mart 1974, Bakı, Azərbaycan SSR) — azərbaycanlı meyxanaçı. == Həyatı == Vüqar Əbdülov 28 mart 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsini bitirib (1990–1994). 1990-cı ildən meyxana ilə məşğuldur. == Filmoqrafiya == Sonuncu şahid (film, 2004) Məşədi İbad 94 (film, 2005) Adam ol!
Əbdul Baqi Bakuvi
Əbdul Baqi Bakuvi (tam adı: Əbdul Baqi Bakuvi) — XV əsr Azərbaycan rəssamı. == Həyatı == Rəsim əsəri Türkiyənin Topkapı muzeyində saxlanır. Əbdul Baqi Bakuvi (İstambul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Tәk vә ikifiqurlu portretlәrdәn ibarәt miniatürlәr çәkmişdir. Əbdul Baqi Bakuvinin әsәrlәri üçün kompozisiya vә fiqurların monumental sәpkidә hәlli, surәtlәrin canlılığı vә ifadәliliyi, tәsvir obyektlәrinin reallığı sәciyyәvidir. “İki әmir” vә “Mehtәr” miniatürlәri orta әsr Azәrbaycan miniatür sәnәtinin nadir nümunәlәrindәndir.
Əbdulmanaf Ələkbərov
Ələlkbərov Əbdulmanaf Məşədi Məmməd Bağır oğlu (1872–1932) - Azərbaycan dənizçisi, 1-ci rütbəli kapitan, Rusiya imperiyasının donanmasında xidmət etmiş ilk azərbaycanlı kapitanlarından biridir. İçəri şəhərin Qala küçəsi 22 ünvanında yerləşən və "Ələkbərovların evi" kimi tanınan tarixi bınanın inşa edəni və sahibi olmuşdur. . == Ailəsi == Əbdulmanaf Ələkbərov 1872 il, yanvarın 15-də, Bakının İçəri Şəhərində atasının 1860-ci illərdə tikdirdiyi ikimərtəbəli evdə dünyayğa göz açmışdır. Atası Məşədi Məmməd-Bağır tacir idi və sahib olduğu yelkənli gəmi vasitəsi ilə Xəzəryanı ölkələrlə dəniz ticarəti aparırdı. . Əbdulmanafın Məmməd Sadıq və Müseyib adlı qardaşları var idi. 1903-ci ildə üç qardaş Əbdulmanafın təşəbbüsü ilə atalarının evi yerində, Qala küçəsi 22 ünvanında yerləşən və "Ələkbərovların evi" kimi tanınan daha iri və yaraşıqlı bina tikdirmişlər. == Təhsili == 1888 ildə Əbdulmanaf Ələkbərov Bakı Xalq Turgenev Məktəbini bitirmişdir. Təhsilini davam etdirərək, 1893 ildə Bakı Dənizçilik Məktəbinin diplomunu aldı, əvvəlcə şturman, sonra isə şkiper və kapitan rütbələrini qazandı. 1912 ildə isə müvəffəqiyyətlə Sankt-PeterburqDənizçilik Məktəbini bitirdi. == Fəaliyyəti == Xəzər və Baltik dənizlərində xidmət edirdi.
Əbdurrəhman Avtorxanov
Əbdurrəhman Qenazoviç Avtorxanov (25 oktyabr 1908, Çeçenistan – 24 aprel 1997, Münhen) — Sovetoloq, yazıçı, publisist və ictimai xadim, siyasi elmlər doktoru, SSRİ Yazıçılar İttifaqının üzvü (Böyük Vətən müharibəsindən əvvəl), dissident. Avtorxanov İkinci Dünya müharibəsi illərində Almaniya tərəfinə əsir düşmüş, Nasistlərin himayə etdiyi Şimali Qafqaz Milli Komitəsinə qoşulmuşdur, kollaborationist "Qəzavat" qəzetinin baş redaktoru idi. Çeçen-İnquş MSSRnın fəxri vətəndaşı.Gəncliyində partiya elitasına daxil olmuşdu. 1937-ci ildə həbs olundu, lakin iki dəfə məhkəmə tərəfindən bəraət aldı. Müharibədən sonra o, Amerika Hərbi Akademiyasının professoru və onun Elmi Şurasının sədri idi. SSRİ tarixi və onun idarəetmə sisteminə dair bir sıra kitabların müəllifidir. == Həyatı == Əbdurrəhman Avtorxanovun ilk illəri doğulduğu Nijni Naur (indiki Nadterek rayonu) kəndində keçib. Xatirələrinə görə 1909-cu ilin ortaları ilə 1910-cu ilin ortaları arasında anadan olmuşdur. 85. O, eyni vaxtda kənd rus (5 sinif) və ərəb (mekteb) məktəblərində təhsil almışdır.
Əbdurrəhman ibn Ovf
Əbdurrəhman ibn Ovf (581–652, Abdurrahman bin Avf bin Abd-i Avf bin Hars bin Zühre bin Kusey) 581-ci ildə Məkkə şəhərində anadan olmuşdur. Atası Ovf (Afv) mənsub olduğu Zührə ailəsi Qüreyş qəbiləsindəndir. Anası Şifadır. Əsl adı Əbdülkabedir. Əbu Bəkrin dəvəti ilə müsəlman olmuş və müsəlman olduqdan sonra Məhəmməd adını Əbdurrəhman qoymuşdur.İslamı qəbul edən ilk 8 səhabədən biridir. İslam Peyğəmbəri tərəfindən cənnətlə müjdələnən 10 səhabədən biridir. Məkkədən müsəlmanlara edilən əziyyətlərdən qurtarmaq və Həbəşistan kralına İslamı izah etmək məqsədilə bir sıra mühacirlə birlikdə Həbəşistana göndərilmişdir. Geri döndükdən sonra Bədr döyüşünə qatıldı. İlk xəlifə Əbu Bəkr ölərkən onu Ömər ibn Xəttabdan sonra 3-cü xəlifə olaraq göstərdi. Ömər ibn Xəttab ölərkən yerinə 7 adamı seçdi və onlardan biri Əbdurrəhman idi.
Əbdus Salam
Məhəmməd Əbdus Salam (Pəncab, Urdu: محمد عبد السلام; oxunuşu [əbd̪ʊs səlɑm]; d. 29 Yanvar 1926 - ö. 21 Noyabr 1996 ), Elektrozəif qüvvət ilə əlaqədar işlərə verdikləri töhfələrinə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatını alan nəzəri fizikdir. Özü Nobel mükafatı qazanan ilk Pakistanlı və Misirli Ənvər Sədatdan sonra Nobel mükafatı qazanan ilk müsəlman olmaqla birlikdə bu fənn sahəsində bu mükafatı qazanan ilk müsəlman olmuşdur. Salam 1960-cı ildən 1974-cü ilə qədər Pakistan hökumətində elm məsləhətçisi kimi fəaliyyət göstərmişdir və bu əhəmiyyətli rol Pakistanın infrastrukturuna böyük töhfələr vermişdir. Salam nəzəri və parçacıq fizikasında əhəmiyyətli inkişaflarından və verdikləri töhfələrinə məsul olmanın yanında ölkəsindəki elmi araşdırmaları ən yüksək səviyyəyə çıxarmaqla da öhdəçilikli olmuşdur. Salam SUPARCOnun yaradıcı müdiri idi və Pakistan Atom Enerji Komissiyasında (PAEC) Nəzəri Fizika Qrupunun rəhbərliyində çalışmışdır. Elm məsləhətçisi olaraq Salam nüvə enerjisinin sülh üçün istifadə edilməsində və 1972-ci ildə Pakistanın atom bombasını inkişaf etdirməsində tamamlayıcı bir rol oynamışdır və onun nəzarətində çalışan elm adamları tərəfindən bu proqramın "elmi atası" olaraq göstərilmişdir. 1974-cü ildə Pakistan Parlamenti Əhmədiyyə Müsəlman Birliyinin kafir olduğunu bəyan edən sənədi nəşr etdikdən sonra Salam ölkəsindən etirazlarla ayrıldı. Ölümündən sonra belə ölkəsinin ən nüfuzlu elm adamlarından sayıldı.
Əbdulhey
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.
Əbdulhey Çoban
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.52
2013 ••••••••••••••••• 0.44

"əbdu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbdu nədir? #əbdu sözünün mənası #əbdu nə deməkdir? #əbdu sözünün izahı #əbdu sözünün yazılışı #əbdu necə yazılır? #əbdu sözünün düzgün yazılışı #əbdu leksik mənası #əbdu sözünün sinonimi #əbdu sözünün yaxın mənalı sözlər #əbdu sözünün əks mənası #əbdu sözünün etimologiyası #əbdu sözünün orfoqrafiyası #əbdu rusca #əbdu inglisça #əbdu fransızca #əbdu sözünün istifadəsi #sözlük