Əbdülhəmidi sözü azərbaycan dilində

Əbdülhəmidi

Yazılış

  • Əbdülhəmidi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaytabaşı bəy Əbdülhəmidi
Əbdülhəmid bəy Qaytabaşı, Həmid Qaytabaşı və ya Abdul Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru və qərargah rəisi. Birinci Dünya müharibəsində iştirak edib. Döyüşlərdə göstərdiyi rəşadətə görə III dərəcəli Müqəddəs Anna, IV dərəcəli Müqəddəs Vladimir, IV dərəcəli Müqəddəs Anna Ordenləri ilə təltif olunub. 1918-ci avqustun 20-də Qafqaz İslam Ordusu qərargahına təyinat alıb. Azərbaycanın bolşevik-daşnak işğalından azad olunması uğrunda bir neçə döyüşdə iştirak edib. Sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanına dəstək verməkdə ittiham olunaraq güllələnib. == Həyatı və xidməti == === Çar Rusiyasında === Əbdülhəmid bəy Qaytabaşı 1884-cü il iyulun 10-da Tiflisdə anadan olub. 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra 1909-cu ildə Gəncədə yerləşən III Qafqaz Hərbi Korpusunun, 52-ci piyada diviziyasının, 261-ci Şamaxı piyada alayına podporuçik rütbəsi ilə təyinat alıb. Birinci Dünya müharibəsində III Qafqaz Korpusunun 52-ci piyada diviziyasının 205-ci Şamaxı piyada alayının komandiri kimi iştirak edib.
Aişə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, İstanbul – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Yıldız sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Ayşə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, İstanbul – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Yıldız sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, İstanbul – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu. == Ailəsi == Hidayət xanım — 1908-ci ildə evlənmişdir.
Nailə Sultan (II Əbdülhəmidin qızı)
Nailə Sultan (9 yanvar 1884, İstanbul – 25 oktyabr 1957, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Nailə Sultan 9 yanvar 1884-cü ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun gürcü əsilli beşinci xanımı Dilpəsənd xanımdır. Adını gənc yaşda vəfat edən bibisi Nailə Sultandan almışdır. Hələ 17 yaşında ikən anası uzun sürən xəstəliyin ardından vəfat etmiş, bu səbəblə atası onun təlim-tərbiyəsinə önəm vermişdir. Mükəmməl saray təhsiliylə yanaşı, piano, arfa və skripka dərsləri də alan Nailə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Şadiyə Sultan və atasıyla birlikdə iştirak edirdi. Sultan Əbdülhəmid daha öncə qızı Zəkiyə Sultanı Qazi Osman Paşanın oğlu Nurəddin Paşayla, daha sonra isə digər qızı Naimə Sultanın paşanın kiçik oğlu Kəmaləddin Paşayla evləndirmişdi. Bu səbəblə evlilik yaşına çatan Nailə Sultanı da paşanın bir digər oğlu olan Cəmaləddin bəylə evləndirmək niyyətində idi. Ancaq Osman Paşanın ani vəfatı, daha sonra isə qızı Naimə Sultanın çıxan eşq skandalından sonra boşanması ilə bu evlilik planı pozuldu.
Rəfiyə Sultan (II Əbdülhəmidin qızı)
Rəfiyə Sultan (15 iyun 1891, İstanbul – təq. 1938, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Rəfiyə Sultan 15 iyun 1891-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli xanımı Sazkar xanımdır. Digər bacı və qardaşları kimi Yıldız sarayında mükəmməl təhsil aldı. Atasının səltənətinin son illərində müşir Əhməd Əyyub Paşanın oğlu Əli Fuad bəylə (d. 1887 — ö. 1953) nişanlandı. Ancaq 1909-cu ildə atasının taxtdan endirilməsinin ardından ailəsiylə birlikdə Salonikiyə sürgünə göndərildi.
Xədicə Sultan (II Əbdülhəmidin qızı)
Xədicə Sultan (10 iyul 1897, İstanbul – 14 fevral 1898) — II Əbdülhəmidin qızıdır. == Həyatı == Anası Fatma Pəsənd Xanımdır. 7 aylıq difteriya xəstəliyindən vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir. Atası II Əbdülhəmid qızının ölümündən sonra onun xatirəsinə Hamidiyə Ətfal Xəstəxanasını inşa etdirmişdir.
Əsma Sultan (I Əbdülhəmidin qızı)
Əsma Sultan (17 iyul 1778, Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası – 5 iyun 1848, İstanbul, Osmanlı imperiyası) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızlarındandır. Eyni illərdə yaşayan və III Əhmədin qızı olan bibisi Əsma Sultanla qarışdırılmaması üçün Kiçik Əsma Sultan olaraq anılır. == Həyatı == 17 iyul 1778-ci ildə cümə axşamı günü Topqapı sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Səniyəpərvər Sultandır. Adı atasının sevimli bacısı olan Böyük Əsma Sultanın şərəfinə qoyuldu. Saray ənənələrinə görə, padşahın doğulan hər bir övladı üçün günlərlə əyləncə mərasimləri keçirilirdi. Ancaq Sultan Əbdülhəmid viladət-i hümayun adlanan bu saray adətini sevmirdi və doğulan 24 övladından yalnız beşi üçün (Mehmed, Əhməd, Xədicə, Rabiyə, Əminə) bu mərasimin keçirilməsinə icazə vermişdir. Əsma Sultanın dünyaya gəlişi isə digər bacı-qardaşları kimi təntənəli şəkildə qeyd edilmədi. Sarayın dəniz cəbhəsindən gün boyunca top atəşi açıldı və ertəsi gün mühüm dövlət adamları saraya gələrək padşahı təbrik etdilər.

"əbdülhəmidi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbdülhəmidi nədir? #əbdülhəmidi sözünün mənası #əbdülhəmidi nə deməkdir? #əbdülhəmidi sözünün izahı #əbdülhəmidi sözünün yazılışı #əbdülhəmidi necə yazılır? #əbdülhəmidi sözünün düzgün yazılışı #əbdülhəmidi leksik mənası #əbdülhəmidi sözünün sinonimi #əbdülhəmidi sözünün yaxın mənalı sözlər #əbdülhəmidi sözünün əks mənası #əbdülhəmidi sözünün etimologiyası #əbdülhəmidi sözünün orfoqrafiyası #əbdülhəmidi rusca #əbdülhəmidi inglisça #əbdülhəmidi fransızca #əbdülhəmidi sözünün istifadəsi #sözlük