Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru.
== Həyatı ==
1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir.
=== Təhsili ===
Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır.
== Elmi fəaliyyəti ==
Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır.
=== Elmi göstəriciləri ===
O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.