Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas.
== Həyatı ==
Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır.
Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır.
Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.