Əbülqasım sözü azərbaycan dilində

Əbülqasım

Yazılış

  • Əbülqasım • 94.3396%
  • ƏBÜLQASIM • 3.7736%
  • əbülqasım • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbülqasım Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. == Sultan Mahmud və Firdovsi == Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Əbülqasım Hüseynzadə
Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25 sentyabr 1890, Bakı – 2 sentyabr 1988, Bakı) — folklorçu, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). == Həyatı == Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur. Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası.
Əbülqasım Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Əbülqasım Nəcm
Əbülqasım Nəcm (1892 - 19 oktyabr 1983) — İran xarici işlər naziri, diplomat. == Həyatı == Əbülqasım Nəcm 1892-ci ildə anadan olmuşdu. Atası Mirzə Mahmud Şirazidir. Orta təhsilini bitirəndən sonra Tehran Universitetinə qəbul olmuşdu. Universiteti tamamlayandan sonra Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Nəcmülmülk ləqəbini daşıyırdı. Əbülqasım Nəcm İranın Almaniyada, Əfqanıstanda və Fransada səfiri olmuşdu. Əbülqasım Nəcm Mirzə İbrahim xan Həkiminin baş nazirliyi dönəmində İranın Peşə, Sənət və Ticarət naziri olmuşdu. Əbülqasım Nəcm 1957-ci ildən 1958-ci ilədək Xorasan əyalətinin ostandarı vəzifəsini icra etmişdi. Əbülqasım Nəcm 19 oktyabr 1983-cü ildə vəfat edib.
Əbülqasım Qasımov
Əbülqasım Qasımov "Lenin" ordenli müəllimMahmudavar kənd tam orta məktəbinin ilk müəllimi Lənkəran rayonunun Gərmətük kəndində yaşayan fizika – riyaziyyat müəllimi Əbülqasım Qasımov idi. ‘Okruq’ ( dairə - M.M ) Maarif Şöbəsinin 31 avqust 1930 – cu il 143 № - li əmrinə əsasən 15 sentyabr 1930 – cu ildən 01 sentyabr 1931 – ci ilə kimi Əbülqasım Qasımov Mahmudavar məktəbində müdir və müəllim vəzifəsində işləmişdir.
Mirzə Əbülqasım Sultanov
Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. == Həyatı == Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.
Seyid Əbülqasım Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Əbülqasım xan Qaragözlü
Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1 aprel 1863, Həmədan ostanı – 26 dekabr 1927, Tehran) — İranın baş naziri, Sultan Əhməd şahın regenti olub. == Həyatı == Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Nаsеrülmülк 1898-ci ildə Əli xan Əminüddövlə hökumətində mаliyyə nаziri idi. Аrtur Hаrdinq İrandа səfir оlduğu müddətdə, Əminüssultаnın bаş nаzirliyi vахtındа Nаsеrülmülк nаzirliк vəzifəsindən кənаr еdilmişdi, Həmədаndа hakim vəzifəsi dаşıyırdı. 1905–1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və regent (naibəssəltənə-müvəqqəti şahın vəzifəsini icra edən) təyin edilmiş, o vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi. Vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. Burаdа təкcə Nаsеrülmülкun İran məşrutə inqilаbınа bəslədiyi münasibəti qısаcа nəzərdən keçirdiкdə ingilis diplоmаtiyаsının хаlq hərəкаtınа qаrşı frаmаsоndаn istifаdə еtməsi hаqqındа müəyyən təsəvvür əldə еtməк mümкün оlаr. Məşrutə inqilаbının bаşlаndığı vахtdа hərəкət bаşçılаrındаn Seyid Məhəmməd Təbatəbainin kütlələrə tə'sir göstərən nitqləri və fəаliyyəti mütləqiyyəti təşvişə sаlmışdı.
Əbülqasım əz-Zəhravi
Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي‎; 936[…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur. Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi. Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi. == İstinadlar == == Ədəbiyyat == Usamah Demeisi: Zur Geschichte der Erforschung von Leben und Werk des Abu l-Qāsim az-Zahrāwī (um 936 — um 1013) : unter besonderer Berücksichtigung der Zahnheilkunde. Berlin 1999.
Əbülqasım Cəlaləddin Təbrizi
Əbülqasım Cəlaləddin Təbrizi əslən təbrizli olan və Cənubi Asiyada fəaliyyət göstərmiş məşhur sufi. O, Benqaliyada müsəlman hakimiyyətinin başlamasından bir qədər əvvəl buraya gəlmiş və yerli əhali arasında İslam dininin təbliğatına başlamışdır. o, ölənə qədər bu işlə məşğul olmuşdur. Əbülqasım Cəlaləddinin adı ilə kiçik islami təriqətlərdən biri olan Cəlaliyyə təriqəti yaradılmışdır. O, Sanskrit əfsanələrindən biri olan Sekhaśubhodayā-nin (azərbaycanca:Şeyxin gəlişi) qəhrəmanı hesab edilir. == Həyatının erkən dönəmi və təhsili == Əbülqasım Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. O, yerli sünni alimlərindən olan Əbu Seyid Təbrizinin nəzarətində təhsil almışdır. Müəlliminin ölümündən sonra Şihabəddin Ömər Sührəvərdidən dərs almağa başlamışdır. Onun xidmətində olan Əbülqasım müəlliminin Həcc ziyarətlərində onu müşayət etmişdir. == Həyatının sonrakı dönəmi == Əbülqasım 1210-cu ildə Dehlidəki türk hökmdarı Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə oraya getmişdir və ona sarayda yer ayrılmışdır.
Mirzə Əbülqasım xan Qaimməqam Fərahani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779-1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.01
2008 ••••• 0.24
2010 •••• 0.18
2011 •••• 0.17
2012 •• 0.09
2013 •••••• 0.29
2014 •••• 0.17
2015 ••••••• 0.34
2020 •••••••• 0.40

Oxşar sözlər

#əbülqasım nədir? #əbülqasım sözünün mənası #əbülqasım nə deməkdir? #əbülqasım sözünün izahı #əbülqasım sözünün yazılışı #əbülqasım necə yazılır? #əbülqasım sözünün düzgün yazılışı #əbülqasım leksik mənası #əbülqasım sözünün sinonimi #əbülqasım sözünün yaxın mənalı sözlər #əbülqasım sözünün əks mənası #əbülqasım sözünün etimologiyası #əbülqasım sözünün orfoqrafiyası #əbülqasım rusca #əbülqasım inglisça #əbülqasım fransızca #əbülqasım sözünün istifadəsi #sözlük