* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••••••••• | 2.36 |
2004 | •••••••••••••••••••• | 3.71 |
2005 | •••••••• | 1.35 |
2006 | •••••••• | 1.35 |
2007 | ••••••••••• | 1.90 |
2008 | •••••••••••••••• | 2.92 |
2009 | •••••••••• | 1.76 |
2010 | •••••••••• | 1.82 |
2011 | •••••• | 0.94 |
2012 | •••••• | 0.95 |
2013 | •••• | 0.58 |
2014 | •••••••• | 1.37 |
2015 | •• | 0.34 |
2016 | •• | 0.35 |
2017 | ••••••••• | 1.63 |
2018 | ••••••••• | 1.65 |
2019 | •••••••••• | 1.67 |
2020 | •••••••• | 1.46 |
1 is. [ər.] 1. Əbədilik, daimilik; həmişə var olan şey. [İlyas:] İlin dəyişməsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Çəmənzəminli. Aç gözünü varlığa bax, indi başqa səhərdir; Əbədiyyət – bu dünyada göstərilən hünərdir. S.Vurğun. // İntəhası olmayan zaman; intəhasızlıq. Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. S.Rəhman. Ulduzun alman əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi bir əbədiyyət kimi gəlirdi. Ə.Məmmədxanlı. 2. Sonsuz gələcək zaman. [Ərən:] İştə, əzəliyyət və əbədiyyət! Çəmənzəminli. [Fəridə:] Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. Ə.Məmmədxanlı. ◊ Əbədiyyətə qovuşmaq – əbədi olmaq. “Ölüm” sözünün nə demək olduğunu bilməyən Girdman igidləri vuruşma meydanında yıxılıb həyatla vidalaşarkən “əbədiyyətə qovuşdu” deyərdilər. M.Hüseyn. Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə. M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / əbədiyyət1 ƏBƏDİYYƏT – MÜVƏQQƏTİ Dünyaya bir dəfə gəlsə də insan; Yenə əbədiyyət onundur, fəqət (S.Rüstəm); Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksimi sənə verirəm (İ.Şıxlı).
Azərbaycan dilinin antonimlər lüğəti / əbədiyyət2 сущ. 1. вечность (течение времени, не имеющее начала и конца). Əbədiyyət qarşısında перед вечностью 2. вечное существование, бытие. Əbədiyyətin mənası смысл бытия 3. бессмертие, неувядаемая посмертная слава. Əbədiyyətə qovuşmaq обрести бессмертие 4. смерть, тот свет. Özü ilə əbədiyyətə aparmaq взять с собой на тот свет, əbədiyyətdə rahatlıq tapmaq найти покой на том свете, əbədiyyət qarşısında hamı birdir перед смертью все равны
Azərbaycanca-rusca lüğət / əbədiyyət1 i. 1. eternity, perpetuity; 2. (ölməzlik, unudulmazlıq) immortality, eternal life; ~ə qovuşmaq to launch into eternity, to die, to pass away
Azərbaycanca-ingiliscə lüğət / əbədiyyət1 [ər.] сущ. 1. эбедивал, мидаимвал, даимивал; 2. эхир авачир, куьтягь тежер, акьалтӀ тийир къвезмай вахт; ** əbədiyyətə qovuşmaq эбеди хьун.
Azərbaycanca-ləzgicə lüğəti / əbədiyyət\– aləmin mövcudluğu zamanı, materi-yanın yaradılmazlığı və məhvedilməzliyi, onun substansial sonsuz uzunluğu, sürəkliliyidir.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. sonsuzluq, həmişəlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti