əcaib sözü azərbaycan dilində

əcaib

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əcaib • 91.3545%
  • Əcaib • 8.3573%
  • ƏCAİB • 0.2882%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əcaibül-qülub
Əcaibül-qülub - Seyid Yəhya Bakuvinin böyük sufilərin sözlərindən topladığı əsərdir. Əsərdə məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı,Yəhya ibn Muazın məqamat və hallarından bəhs edən sözləri ilə Abdulla Ənsarinin bəzi sözləri nəql edilmişdir. Əsər fars dilindədir. Yeganə məlum nüsxəsi İstanbul Universiteti Mərkəz Kiatbxanası,FY.(956-HE.8194)-də saxlanılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.05 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••••••• 1.01
2006 •• 0.23
2007 •• 0.21
2009 ••••• 0.64
2010 •••••••• 1.00
2011 •••••••••••••••••••• 2.66
2012 •••• 0.52
2013 •••••••••••••• 1.75
2014 •••••••••••••••••••• 2.57
2015 •••••••••••••••• 2.04
2016 •••••••••• 1.21
2017 ••••••••• 1.14
2018 •••• 0.45
2019 •••• 0.42
2020 •• 0.27

əcaib sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. [Kərəm:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. “Əsli və Kərəm”. Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi. Çəmənzəminli. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. M.Rzaquluzadə. // Zərf mənasında. Əcaib danışmaq. Belə şeylər adama əcaib görünür. // is. Görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! (Ata. sözü). Xət-xət çəkəndə damdı qələmdən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani. 2. Heyranedici, misilsiz, xariqüladə, valehedici. Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / əcaib

əcaib sözünün sinonimləri (yaxın mənalı sözlər)

əcaib sözünün rus dilinə tərcüməsi

  • 1 1. чудесный, дивный; 2. диво, чудо; 3. юродивый, странный;

    Azərbaycanca-rusca lüğət / əcaib
  • 2 I прил. 1. удивительный, чудной, странный, диковинный (вызывающий недоумение). Əcaib məxluq удивительное создание, əcaib yuxu чудной сон, əcaib maşın диковинная машина, əcaib şey диковинная штука, əcaib iş странное дело, əcaib balıqlar диковинные рыбы, əcaib adlar странные имена, əcaib görünmək показаться странным 2. чудный, дивный, чудесный (поражающий своей красотой). Əcaib baxışlar дивные взоры, əcaib gözəl чудная красавица, əcaib mənzərə чудная панорама II нареч. удивительно, чудесно, странно. Əcaib danışmaq странно говорить III сущ. чудовище (человек или животное, имеющие странный, уродливый внешний вид); əcaib kələzlər зоол. чудовищные ящеры

    Azərbaycanca-rusca lüğət / əcaib

əcaib sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. (qəribə) strange, odd, queer; 2. (ecazkar) miraculous; (valehedici) wonderful, wondrous; marvellous, charming II. z. strangely, in a strange way

    Azərbaycanca-ingiliscə lüğət / əcaib

əcaib sözünün fransız dilinə tərcüməsi

əcaib sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. ажайиб (1. гзаф тажублу, гъариба, такур хьтин, аламат жедай хьтин, аламатдин; // сущ. аламат жедай, гзаф тажублу, вилериз такур затӀ; // ажаибдаказ; əcaib danışmaq ажаибдаказ рахун; 2. вичел гьейранардай, кьару ийидай, тай-барабар авачир, акунрал аламат жедай хьтин; мес. гуьзел).

    Azərbaycanca-ləzgicə lüğəti / əcaib

əcaib sözünün türk dilinə tərcüməsi

əcaib sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «əcibə» c. əcaib şeylər, qəribə şeylər.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əcaib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əcaib nədir? #əcaib sözünün mənası #əcaib nə deməkdir? #əcaib sözünün izahı #əcaib sözünün yazılışı #əcaib necə yazılır? #əcaib sözünün düzgün yazılışı #əcaib leksik mənası #əcaib sözünün sinonimi #əcaib sözünün yaxın mənalı sözlər #əcaib sözünün əks mənası #əcaib sözünün etimologiyası #əcaib sözünün orfoqrafiyası #əcaib rusca #əcaib inglisça #əcaib fransızca #əcaib sözünün istifadəsi #sözlük