* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 27.41 |
2003 | ••••••••• | 12.20 |
2004 | •••••• | 7.41 |
2005 | •••••••• | 10.80 |
2006 | ••••••• | 8.33 |
2007 | •••••• | 7.40 |
2008 | ••••• | 5.85 |
2009 | •••• | 4.48 |
2010 | ••••••• | 9.17 |
2011 | ••••••• | 8.66 |
2012 | •••••••• | 10.33 |
2013 | ••••••••• | 11.52 |
2014 | ••••• | 6.69 |
2015 | ••••••••••• | 13.78 |
2016 | ••••• | 5.90 |
2017 | •••••••• | 10.08 |
2018 | •••• | 5.24 |
2019 | ••••• | 5.70 |
2020 | •••••• | 7.16 |
1 sif. Ədalətə, haqq və insafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız. Ədalətsiz hökmdar. – Küçəyə atdın ədalətsiz ata, qansız ata! Məni təhrik eləmə alverə, vicdansız ata! Ə.Vahid. // Ədalətə, haqq və insafa müğayir olan. Ədalətsiz hökm. Ədalətsiz hərəkət. – Lakin zavallı bacısının xərcinə gəldikdə, Mahmud onun heç üzünə gülmədən taleyi tərəfindən təyin olunmuş, ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / ədalətsiz2 ƏDALƏTSİZ (ədalətə, haqqa və insafa riayət etməyən) [Bağır:] İkimizik də, bir Süsən, bir mən. İki adama üç otaq, ədalətsiz olardı (Anar); HAQSIZ Anasının yaşlı gözləri, hər gün haqsız cəzalanması, ona (Səfərə) hər şeyi, hətta nişanlısı Zəhranı belə unutdurmuşdu (A.Şaiq); NAHAQ Həmzə: İndi guya biz nahaq danışırıq də? (C.Cabbarlı); VİCDANSIZ Molla Tutu: Fəqət erinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi (N.Nərimanov); İNSAFSIZ.
Azərbaycan dilinin sinonimlər lüğəti / ədalətsiz1 ƏDALƏTSİZ – İNSAFLI Heç bir zaman hökumət ədalətsiz iş görməz (C.Cabbarlı); İnsaflı və mehriban bir adamdır (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / ədalətsiz2 I прил. несправедливый: 1. лишённый чувства справедливости. Ədalətsiz hökmdar несправедливый властелин 2. основанный на заведомо неправильном, пристрастном отношении к кому-л., чему-л. Ədalətsiz hökm несправедливый приговор, ədalətsiz qərar несправедливое решение II нареч. несправедливо. Ədalətsiz iş tutmaq поступить несправедливо
Azərbaycanca-rusca lüğət / ədalətsiz1 I. s. unjust; unfair; inequitable; ~ olmaq to be* unfair / unjust; ~ hərəkət unjust action; unfair action II. z. unjustly; unfairly; with partiality; ~ rəftar etmək to treat (d.) unfairly / with partiality
Azərbaycanca-ingiliscə lüğət / ədalətsiz1 sif. injuste, inéquitable, arbitraire ; ~ olmaq être injuste
Azərbaycanca-fransızca lüğət / ədalətsiz