Əfəndi sözü azərbaycan dilində

Əfəndi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Əfəndi • 83.1763%
  • əfəndi • 16.2853%
  • ƏFƏNDİ • 0.2692%
  • Əfəndİ • 0.2692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmid Əfəndi
Hacı oğlu Həmid Əfəndi — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. == Həyatı == Həmid Əfəndi Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyədə dini ali təhsil almışdır. Aslanbəyli məscidi Həmid Əfəndinin təşəbbüsü ilə tikilmişdir. == Ailəsi == Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Molla Seyidin qızlarından Pərinin oğludur. Ata tərəfdən Aslanbəyli kəndinin Xəlil evləri soyundandır. Güləndam adlı türk qızı ilə evlənmişdir. == Mənbə == Fikrət Seyidov.
Əfəndi
Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης — hökmdar, rəis) — XV-XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi. == Tarixi == Əvvəlcə sultana qədər zadəganlara nəzakətli müraciət kimi də "əfəndi" forması işlədilmiş və bu mənada "çələbi" ifadəsini əvəz etmişdir. XIX əsrdən etibarən sultan ailəsinin üzvlərinə, ruhani rəhbərlərə və məmurlara əfəndi kimi müraciət edilir — "əfəndi" titulu onların adlarından dərhal sonra istifadə edilirdi (məsələn, Ənvər əfəndi). "Əfəndi" forması qadınlara – "xanım-əfəndi", kişilərə – "bəy-əfəndi" kimi, habelə bəzən əcnəbilərə və qeyri-müsəlmanlara müraciət edərkən də işlənirdi.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay — təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Aydın Əfəndi
Aydın Əfəndi (tam adı:Aydın Niyazi oğlu Əfəndiyev) — rusdilli Azərbaycan şairi == Həyatı == Aydın Əfəndi 1959-cu ilin 26 noyabrında anadan olmuşdur. Riyaziyyatçı olub. Finlandiya Universitetlərinin birində mühazirə oxumuşdur. Əsərlərini və şeirlərini rusca yazırdı. Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub. 20 avgust [http://archive.azyb.az/cgi-bin/jurn/main.cgi?id=1125] 1996-ci ildə 37 yaşında vəfat edib. Şamaxıda basdırılıb.
Harun Əfəndi
Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi. Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
Mehriban Əfəndi
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Məhəmməd Əfəndi
Məhəmməd Əfəndi — İlahiyyat alimi, təsərrüfatçı. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin oğludur. Məhəmməd Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir. == Həyatı == Azəri türk əsilli Məhəmməd Əfəndi 1871 ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə Oktyabr inqilabından xeyli əvvəl yüksək tipli türk İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Orada oxumuş və təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Məhəmməd Əfəndi İlahiyyat elmi üzrə Türkiyənin ən məşhur alimlərindən olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Türkiyəyə gedərkən dərhal Amasyadan çoxlu torpaq sahəsi alır.
Rəna Əfəndi
Rəna Əffəndi (26 aprel 1977, Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam. == Həyatı və fəaliyyəti == Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. == Həyatı == Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Veys Əfəndi
Vəliüddin Əfəndi
Vəliüddin Əfəndi (1684, İstanbul – 25 oktyabr 1768, İstanbul) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. == Həyatı == 1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır. Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi.
Yəhya Əfəndi
Beşiktaşlı Yəhya Əfəndi (d. 1495 - ö. 1571) — Osmanlı müdərrisi, şairi və din xadimi. Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiya və tibb elmindən anlayan Yəhya Əfəndinin bir digər qabiliyyəti isə zərgərlik olmuşdur. == Həyatı == Yəhya Əfəndi 1495-ci ildə Trabzonda dünyaya gəlmişdir. Atası Şami Ömər Əfəndi, anası isə Afifə Xatundur. Bəzi mənbələrdə atasının Amasiyalı olduğu qeyd olunur. Ömər Əfəndinin Trabzon qazısı olduğu illərdə II Bəyazidin oğlu Şahzadə Səlim burada sancaqbəyi idi. Bu illərdə şahzadə ilə münasibətləri olduqca yaxşı olmuş, Yəhya Əfəndi dünyaya gəldikdən bir neçə gün sonra Şahzadə Səlimin oğlu Şahzadə Süleyman da dünyaya gəlmişdir. Bu hadisə ilə bu iki ailə daha da yaxınlaşdı.
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. == Dinin Mühafizi kimi == Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əbdülməcid Əfəndi
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş, İstanbul ili – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
Əbdülqədir Əfəndi
Əbdülqədir Əfəndi (1514, İstanbul – 18 aprel 1594, İstanbul) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı. == Həyatı == 1514-cü ildə İstanbulda dünyaya gəlmişdir. Yavuz Sultan Səlim dövrünün Rumeli başqazılarından Müəyyədzadə Əbdürrəhman Əfəndinin qardaşı Şeyx Hacı Əfəndinin oğludur. Bu səbəblə Şeyxi təxəllüsü ilə tanınır. İlk təhsilini aldıqdan sonra dayısı və qaynatası olan Əbusuud Əfəndinin müridi oldu və ondan mədrəsə təhsili aldı. Müdərrisliyə isə Gəliboludakı Saruca Paşa və Bursadakı İldırım mədrəsələrində başladı. Daha sonra 1551–1562-ci illərdə Çorluda Əhməd Paşa, İstanbulda Hasəki, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris, ardından Dəməşq, Misir, Bursa və İstanbulda qazı olaraq xidmət göstərdi. 1570-ci ildə Anadolu, 1571-ci ildə Rumeli başqazısı oldu. 1573-cü ildə bu vəzifədən öz istəyilə ayrıldı və 1583-cü ildə Süleymaniyə darülhədisinə müdərris oldu. 8 may 1587-ci ildə Çivizadə Mehmed Əfəndinin ölümü ilə şeyxülislamlığa gətirildi.
Əbdürrəhim Əfəndi
Əbdürrəhim Əfəndi (Adana – 6 fevral 1656) — Osmanlı müdərrisi və şeyxülislamı. == Həyatı == Doğum tarixi bilinməsə də, Adanada dünyaya gəldiyi məlumdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin kiçik oğlu və İstanbul qazısı Əbdüləziz Əfəndinin xidmətinə girdi. 1620–1624-cü illərdə Siyavuş Paşa, Hafiz Paşa və Mustafa Paşa mədrəsələrində, ardından Sahn-ı Səman, Aya Sofiya, Süleymaniyyə və Sultan Əhməd mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Bir müddət sonra 1634-cü ildə Yenişəhər, 1638-ci ildə İstanbul,1641-ci ildə Anadolu başqazısı seçildi. Bir müddət Adana qazısı olaraq xidmət göstərdikdən sonra 1645-ci ildə Rumeli başqazısı seçildi. 2 il bu vəzifədə qaldıqdan sonra isə 25 aprel 1647-ci ildə şeyxülislamlığa yüksəldi. Bu illərdə onu məşhurlaşdıran ən önəmli hadisə isə I İbrahimin taxtdan endirilməsi və qətl edilməsi haqqında verdiyi fətvalar oldu. Ardından yeniçəri ağalarının və üləmaların dəstəyini alaraq dövlət idarəsinə qarışmağa başladı. Ancaq 18 iyul 1649-cu ildə sədrəzəm Qara Murad Paşanın əmrilə vəzifədən kənarlaşdırıldı və Məkkəyə göndərildi.
Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, İstanbul, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. == Həyatı == Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Əfəndi (Göyçə)
Əfəndi — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. Kəndin başqa adı erməni mənbəyində Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur. 1930 - cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. Kəndin adı Erm.
Əfəndi (Pəmbək)
Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Əfəndi (dəqiqləşdirmə)
Əfəndi — XV–XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi. Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.
Əfəndi Kapiyev
Əfəndi Mansuroviç Kapiyev (13 mart 1909, Dağıstan vilayəti, Qumuq kəndi- 27 yanvar 1944, Pyatiqorsk) — Əsərlərini rus, lak və qumuq dillərində yazan Dağıstan sovet nəsr yazarı, ədəbiyyatşünas, publisist, şair, tərcüməçi. == Həyatı == Əslən lak olan Əfəndi Kapiyev Dağıstanın Qumuq kəndində sənətkar, oymaçı və zərgər ailəsində anadan olmuşdur. Uşaqlığı Stavropol diyarında keçir, atasının yanında çalışaraq, burada rus dilini də öyrənir, Puşkin və Koltsovun şeirləri ilə tanış olur. 1919-cu ildə Kapiyevlər ailəsi Dağıstana qayıdır və Teymur-Xan-Şurada (1922-ci ildən-Buynaksk) məskunlaşırlar və daha sonra dağlı uşaqları üçün təyin edilmiş internat məktəbinə təyin edilmiş Buynaksk Pedaqoji Məktəbində təhsil alır. O, qumuq dilini mükəmməl bilirdi. 1928-ci ildən Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra Aksay yeddi illik məktəbində rus dilindən dərs deməyə başlayır. 1929-cu ilin aprelində kəndin sakinlərindən biri - keçmiş çar zabiti Buday Xanla əlaqə saxlamaqda şübhəli bilinərək həbs edilir. 1930-cu ildə Komsomol kuponu ilə Leninqrad Maşınqayırma İnstitutunda (Leninqrad Politexnik İnstitutunun filial universiteti) təhsil alır, lakin xəstəlik səbəbindən təhsilini yarımçıq qoyaraq Dağıstana qayıdır. Qumuq "Tovariş" qəzetinin redaksiyasında çalışır (qumuqca-Eldaş), daha sonra "Dağıstanın inşası" və "Kommunist təhsili üçün" jurnallarının məsul katibi olur. == Əmək fəaliyyəti == 1932-ci ilin əvvəlində Dağıstan Proletar Yazıçılar Birliyinin məsul katibi işləyir.
Əfəndi Səfərov
Əfəndi İsmiyev
Əhməd əfəndi
Əhməd Əfəndi türbəsi — Azərbaycanın Quba rayonunda yerləşən Xınalıq kəndində türbə. == Tarixi == Türbə Əhməd Əfəndi adlı islam aliminə həsr edilmişdir. Əhməd Əfəndi ərəb dilini bilirdi, "Quran" dərsləri demişdir. O, XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində – Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqazda) yaşayıb fəaliyyət göstərmişdir. Bu, Xınalıq kəndindəki türbələr arasında ən sonuncu tikilən türbədir. Aşağı məhəllə qəbiristanlığında yerləşən Əhməd Əfəndi türbəsinin tarixi XIX əsrin sonu–XX əsrin əvvəllərinə aid olunur. Əvvəllər qəbrin üstündə türbə olmamışdır.
Hacı Mahmud Əfəndi
Hacı Mahmud Əfəndi Aslanbəyli — Şeyx, Azərbaycan və Türkiyədə məşhur din xadimi, şair, təsəvvüf alimi. Hacı Mahmud Əfəndinin türbəsi Azərbaycan, Türkiyə, Borçalı və Dağıstanda tanınan bir ziyarətgahdır. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun ulu babasıdır. Aslanbəyli kəndindəndir. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. == Həyatı == Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir.
Hacı Mahmud Əfəndi türbəsi
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə. == Haqqında == Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, İstanbul) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
Hacı Məcid Əfəndi
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir. Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir. Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi. Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram?
Hacı Məcid Əfəndi Əfəndizadə
Əfəndizadə Hacı Məcid Əfəndi (Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı — 1908, Şamaxı) — Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Hacı Rəhim Əfəndi məscidi
"Hacı Rəhim Əfəndi məscidi — Azərbaycanın Göyçay rayonunun Qaraman kəndində məscid == Tarixi == Məscid tikintisinə 1898-ci ildə başlanılmış, 1900-cü ildə tamamlanmışdır. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. Nəhayət kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi. Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır. Məscidin 16 metr hündürlüyü olan minarəsi də var.
Hacı Ömər Əfəndi
Hacı Ömər Əmir oğlu Əfəndi (Birinci Şıxlı, Qazax qəzası – 1916, Birinci Şıxlı, Qazax qəzası) — dövrünün görkəmli alimi, ilahiyyat nəzəriyyəsinə və təsəvvüf (sufi) fəlsəfəsinə dair əsərlərin müəllifi. == Həyatı == Hacı Ömər Əfəndi Qazax mahalının I Şıxlı kəndində anadan olub. Ömər Əfəndi gənc yaşlarından ömrünü elmə həsr edərək böyük bir müctəhid səviyyəsinə qədər yüksələ bilib. Qazax şəhərinin Şıxlı kəndində ilk məktəbi məhz Hacı Ömər Əfəndi acıb.Onun fəlsəfəyə, riyaziyyata, həndəsəyə, məntiqə dair əsərləri onu dövrünün tanınmış alimləri sırasına cıxara bilib. == Fəaliyyəti == Hacı Ömər Əfəndiyə daha cox şöhrət gətirən ilahiyyət nəzəriyyəsinə və təsəvvüf fəlsəfəsinə dair əsərləri olub. O zamanln bir cox dini məktəblərində onun ilahiyyatdan yazdığı "Qur`ani Kərimin təfsiri" kitabı dərslik kimi tədris olunurdu. Yaradıcılığında təsəvvüf elminə önəm verərək "Təsəvvüfün sirləri, "Şah Nəqşbəndinin hikmətləri" əsərləri ilə sufizm fəlsəfəsinə qiymətli tövfələr verib. XIX əsrin məşhur sufi şairi Mir Həmzə Əfəndinin şeir məktəbinin nümayəndəsi kimi tanınıb. Mir Həmzə Əfəndi öz yetirmələri Hacı Mahmud Əfəndi və Hacı Ömər Əfəndiyə həmişə etiramla yanaşaraq onların böyük övliyalığından söhbət acardı.Hətta Hacı Mahmud Əfəndi uzaqdan gələn müridləri əvvəlcə Hacı Ömər Əfəndinin ziyarətinə göndərib sonra onları qəbul edərdi. Hacı Ömər Əfəndi 1916-cı ildə vəfat edib.
Hacıbaba Əfəndiyev
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi – 9 fevral 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962). == Həyatı == Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir. Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir.
Heydər Əfəndiyev
Heydər Əfəndiyev (1.7.1907—27.1.1967) — kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor. == Həyatı == Heydər Əfəndiyev 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət–riyaziyyat fakültəsinə daxil olub, oranı bitirdikdən sonra Şəkidə fəhlə fakültəsinin tədris hissə müdiri vəzifəsində çalışaraq, eyni zamanda kimya fənnindən dərs demişdir. 1940-cı ildə dissertasiya işini mudafiə edərək, geokimya ixtisası üzrə Azərbaycanda ilk elmlər namizədi olmuşdur. 1958-ci ildə elmlər doktoru, 1959-cu ildə professor, 1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. H.Əfəndiyev 27 yanvar 1967-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Heydər Əfəndiyev 1933-cü ildə Bakıda SSRİ EA Azərbaycan filialının Geologiya bölməsindəki geokimya laboratoriyasında baş laborant kimi elmi fəaliyyətə başlayıb böyük elmi işçi səviyyəsinə kimi yüksəlmişdir. 1941-ci ildə yerli mineral xammalların tədqiqinin və onların hərbi müdafiə məqsədi üçün istifadə olunmasının vacibliyini nəzərə alaraq Heydər Əfəndiyev Kimya İnstitutunda qeyri-üzvi kimya laboratoriyasına rəhbər təyin olunur. 1949-cu ildə isə "Geokimya və radiokimya" laboratoriyasına rəhbərlik etməklə yanaşı həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. Onun rəhbərliyi dövründə (1949-1967) institutun elmi-tədqiqat dairəsi daha da genişlənir, kristallokimya, nadir elementlər kimyası, analitik kimya və s.
Heydərizadə İbrahim Əfəndi
Heydərizadə İbrahim Əfəndi (1863, İstanbul – 1933, Mədinə) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 2029. İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, I, 404. İbnülemin, Son Sadrıazamlar, XI, 1717, 1721, 1723, 1727; XIII, 2041, 2071; XIV, 2111, 2123. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 163–165, 180, 249, 255–258, 262. Danişmend, Kronoloji2, s. 163–164, nr. 176, 177, 181, 182.
Hidayət Əfəndiyev
Əfəndiyev Hidayat Əli oğlu (1 avqust 1908, Şamaxı – 29 aprel 1979) — tənqidçi, ədəbiyyatşünas, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1973). == Həyatı == Hidayət Əfəndiyev 1908-ci il avqustun 1-də Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Ağa Əli Naseh öz dövrünün tanmmış şairlərindən idi. Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin yaxın dostu olmuşdur. 6 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində, sonra realnı məktəbin hazırlıq sinfində almışdır. Şamaxıda mart hadisələri (1918) başlar-başlamaz ailəlikcə Gəncəyə köçürlər. Orada gimnaziyanın hazırlıq kursuna daxil olur. Azərbaycanda aprel çevrilişindən sonra yenidən doğma yurda qayıdırlar. 1922-ci ildə onu Bakı müəllimlər seminariyasına ezam edirlər, burada üç il təhsil alır.
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Hüseyn Əfəndi Qayıbov
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, maarif xadimi və ədəbiyyatşünas. == Həyatı == Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.
Həmdulla əfəndi Əfəndiyev
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Həmdulla əfəndi Əfəndizadə
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Həmidizadə Mustafa Əfəndi
Həmidizadə Mustafa Əfəndi (1731 – 25 noyabr 1793, Manisa) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1731-ci ildə doğulmuşdur. Misir qazısı ikən vəfat edən üləmadan Həmidi Mehmed Əfəndinin oğludur. Mükəmməl təhsil aldıqdan sonra 1754-cü ildə rüyus imtahanı ilə müdərrisliyə yüksəldi və bir müddət sonra sarayda müəllim olaraq xidmət etməyə başladı. Nəqşibəndi təriqətinə mənsub olduğu üçün saraydakılara verdiyi dərslərlə yanaşı təriqət ədəb-ərkanıyla bağlı da nəsihətlər edirdi. Bu səbəblə saray xidmətçiləinin bir çoxu onun müridi oldu. Xüsusilə də, oxuduğu və yazdığı duaların övladlarına xeyri olduğuna inanan Sultan Əbdülhəmid onun mənəvi təsiri altına düşmüşdü. Sultana və ailəsinə yaxınlığı səbəbilə qısa zamanda yüksəldi və Əyyubsultan bölgəsinin qazısı təyin edildi. Vəzifədən alındıqdan sonra üləma təftişi, müdərrislərin imtahan edilməsi kimi mühüm vəzifələrdə çalışdı. 18 iyun 1786-cı ildə Məkkə qazılığına namizəd seçildi.
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi (15 may 1469, Ədirnə – 16 aprel 1534, İstanbul) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı. == Həyatı == 15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi. Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.
Lalə Əfəndiyeva
Lalə Məhəmməd qızı Əfəndiyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Maye fazada oksidləşmə" laboratoriyası müdiri, Təhsil Şöbəsinin müdiri, kimya üzrə elmləri doktoru, dosent. == Həyatı == Əfəndiyeva Lalə Məhəmməd qızı 21 oktyabr 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-1991-ci illərdə orta ümumtəhsil məktəbdə təhsil almışdır. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1996-cı ildə kimyaçı-müəllim ixtisası üzrə həmin universiteti bitirmişdir. 1996-1997-ci illərdə “Təravət” İB-də, 1997-1998-ci illərdə “M&Y. Kristal LTD” MM-də KŞ rəisi vəzifəsində çalışmışdır. 2006-cı ildə AMEA akaddemik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kimyaçı kimi işə başlamışdır. 2010-cu ildə elmi işçi, 2012-ci ildən böyük elmi işçi vəzifəsini icra edən, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == L.M.Əfəndiyeva 2012-ci ildə “Beşnüvəli Co, Ni komplekslərinin iştirakı ilə sintetik neft turşularının alınması prosesinin işlənib hazırlanması” mövzusunda “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə dissertasiya işini müdafiə etmiş, 2013-cü ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və 2016-cı ildə dosent elmi adını almışdır. 2017-ci ildə “Azərbaycan neftləri əsasında sintetik oksi-, neft turşularının, onların efirlərinin, metal və azot-saxlayan törəmələrinin alınması və tədqiqi” mövzusunda “Neft kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.05.2018-ci il tarixli qərarı ilə L.M. Əfəndiyevaya kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Mahmud Cəlaləddin Əfəndi
Mahmud Cəlaləddin Əfəndi (16 noyabr 1862, İstanbul – 16 sentyabr 1888) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Cəlaləddin Əfəndi 16 noyabr 1862-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləziz, anası isə onun ikinci xanımı Ədadil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Erkən yaşlarda atası tərəfindən ordu və donanmada müxtəlif rütbə və vəzifələrə təyin edildi. Ancaq 30 may 1876-cı ildə atası Sultan Əbdüləziz taxtdan endirilərək öncə Topqapı sarayına, daha sonra isə Fəriyə sarayına həbs edildi. Bu günlərdə digər övladları kimi Cəlaləddin Əfəndi də atasıyla birlikdə Fəriyə sarayına köçürüldü. Ancaq bir neçə gün sonra atası müəmmalı şəkildə öldürüldü. Atasının qətlindən sonra Fəriyə sarayında yaşamağa davam edən Cəlaləddin Əfəndi 1 sentyabr 1888-ci ildə burada vəfat etdi.
Mahmud Nəcməddin Əfəndi
Mahmud Nəcməddin Əfəndi (23 iyun 1878, Topqapı sarayı – 27 iyun 1913, İstanbul) — 35-ci Osmanlı sultanı Sultan Rəşadın oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nəcməddin Əfəndi 23 iyun 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Rəşad Əfəndi, anası isə onun ikinci xanımı Dürrüadən Qadınəfəndidir. Atasının taxta çıxışının ardından 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. Dolmabağça və Ulduz saraylarında xüsusi otaqlar verilsə də, Nəcməddin Əfəndi 1910-cu ildən etibarən Beşiktaş sarayında yaşamağa başladı. Burada günlərini möhtəşəm yemək və musiqi ziyafətlərində keçirən Nəcməddin Əfəndi obez xəstəsi idi. Məhz ağır çəkili olması səbəbilə 27 iyun 1913-cü ildə keçirdiyi spazm səbəbilə anidən vəfat etdi. Cənazəsi Sultan Rəşad türbəsinə dəfn edildi. Övladı olmamışdır.
Mahmud Şövkət Əfəndi
Mahmud Şövkət Əfəndi (20 iyul 1903, İstanbul – 1 fevral 1973 və ya 1973, Overn-Rona-Alp, Fransa metropoliyası) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən ailə fərdliyindən çıxarılmışdır. == Həyatı == Şahzadə Mahmud Şövkət Əfəndi 1903-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı olan Nervaliter xanım idi. O da atası kimi dənizçiliyə maraqlı idi. Hətta yaşadığı villanın həyətində böyük bir hovuz inşa etdirmişdi. Hətta bir müddət Osmanlı donanmasında və Osmanlı hava qüvvələrində xidmət etmişdi. 21 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edilmişdi. Ancaq o əsnada evləri əhali tərəfindən yağmalandığı üçün yanlarında heç nə götürmədən yük gəmisiylə Krit adasına yollandılar.
Maral xanım Əfəndiyeva
Mata Hari (Samirə Əfəndi mahnısı)
Mata Hari — Azərbaycanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Samirə Əfəndi 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil etdi. 11 mart 2021-ci il tarixində mahnının tizeri yayımlanmışdır, müsabiqə mahnısının adı isə 13 mart 2021-ci il tarixində açıqlanmışdır. 15 mart 2021-ci il tarixində isə mahnının rəsmi təqdimatı Avroviziya Mahnı Müsabiqəsinin yutub səhifəsində edilmişdir.

əfəndi sözünün leksik mənası və izahı

  • 1 is. [ər. əsli yun.] 1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi! Ə.Cavad. Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. Molla Cümə. 2. Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. // Keçmişdə: hörmətlə müraciət. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. N.Nərimanov. [Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. // Türk ziyalısına müraciət. İlk dəfə gördüyü əfəndinin … danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / əfəndi
  • 2 ağa, cənab; Türkiyədə müraciət forması (yun. "aupentis" sözünün türk dilində dəyişdirilmiş forması).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / əfəndi
  • 3 ər., əsli: yunan 1. Oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. 2. Ümumiyyətlə, hörmət bildirmək üçün işlənir. (“Koroğlu” dastanının lüğəti) Əfəndi cəld ayağa qalxdı. Qələm-davatını götürüb, bir əlində imanı, bir əlində tumanı düşdü Koroğlunun yanına. (“Koroğlunun İstanbul səfəri”) * Əyri qılınc mənim püşdü pənahım, Axtarıram səni bu gün, əfəndim! Çəkib qopardaram bədəndən boynun, Qoymam qala novcavanın, əfəndim!                                                          (“El aşıqları”)

    Azərbaycan dastanlarının leksikası / əfəndi

əfəndi sözünün etimologiyası

əfəndi sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. эфенди: 1. титулование суннитских духовных лиц 2. вежливая форма обращения к грамотным лицам 3. устар. вежливая и официальная форма обращения к мужчине. Siz haqlısınız, əfəndim вы правы, мой эфенди

    Azərbaycanca-rusca lüğət / əfəndi

əfəndi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. əsli yun.] сущ. эфенди (1. суьнни руьгьанийриз лугьудай лакӀаб; 2. виликра: гьуьрмет патал кӀелай ксарин, руьгьанийрин ва мс. тӀварцӀихъ акална ва я абурув рахадамаз лугьудай гаф).

    Azərbaycanca-ləzgicə lüğəti / əfəndi

"əfəndi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əfəndi nədir? #əfəndi sözünün mənası #əfəndi nə deməkdir? #əfəndi sözünün izahı #əfəndi sözünün yazılışı #əfəndi necə yazılır? #əfəndi sözünün düzgün yazılışı #əfəndi leksik mənası #əfəndi sözünün sinonimi #əfəndi sözünün yaxın mənalı sözlər #əfəndi sözünün əks mənası #əfəndi sözünün etimologiyası #əfəndi sözünün orfoqrafiyası #əfəndi rusca #əfəndi inglisça #əfəndi fransızca #əfəndi sözünün istifadəsi #sözlük