əhalisi sözü azərbaycan dilində

əhalisi

Yazılış

  • əhalisi • 96.6494%
  • Əhalisi • 3.2932%
  • ƏHALİSİ • 0.0287%
  • əHalisi • 0.0143%
  • əhaliSİ • 0.0143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünya əhalisi
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur.
Fransa əhalisi
Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir.
Gürcüstan əhalisi
Gürcüstan əhalisi (tanınmamış Cənubi Osetiya və Abxaziya siyahıya daxil deyil) 1 yanvar 2020-ci il məlumatına görə 3 716 900 nəfər təşkil edir. 2014-cü ilin 5 noyabr tarixli açıqlamaya görə ölkə əhalisi 3 713 804 təşkil etmiş, bunun 2 122 623 nəfəri şəhər (57,15 %), 1 591 181 nəfəri isə kənd əhalisi təşkil etmişdir (42,85 %). 2014-cü ildə şəhər əhalisi Gürcüstanın ümumi əhalisinkn 57,4%, kənd əhalisi isə 42,6% (2002-ci ildə — müvafiq olaraq 52,3 % və 47,7 %). təşkil etmişdir. Kişilər ümumi əhalinin 47,7 %, qadınlar 52,3 % təşkil edir. Kişilərin orta ömür müddəti 70,1 il, qadınlarda isə 78,6 il təşkil edir. Orta göstərici isə 74,4 ildir. == Dinamika == Ölkə əhalisinin yaş tərkibinə görə 2020-ci ildə 0–14 yaşlı şəxslər ümumi əhalinin 20,4%-ni, 15–64 yaşlı şəxslər 64,5%, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,1%-ni təşkil edir. == Miqrasiya == === 1988-ci ildən sonrakı miqrasiya === Yenidənqurma və SSRİ dövlətinin dağılma dönəmində Gürcüstanda yaşayan ruslar (1989-cu ildə 266 min rusdan 2002-ci ildə cəmi 65 min rus qalmışdı), yahudi (1989-cu ildə 100 min yahudidən 2002-ci ildə cəmi 17 min yunan qalmışdı), yunanlar (1989-cu ildə 25 min yunandan 6 min yunan qalmışdı) emiqrasiya etmişlər. Hərbi münaqişə zamanı osetinlərin böyük qismi ölkəni tərk etmişdir.
Kanada əhalisi
1 oktyabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Kanada əhalisi 34.915.516 nəfərdir.
Kosovo əhalisi
Kosovo əhalisi — Kosovo Statistika Agentliyi Kosova əhalisinin sıxlığı, etnik mənsubiyyəti, təhsil səviyyəsi, əhalinin sağlamlığı, iqtisadi vəziyyəti, dini mənsubiyyəti və əhalinin digər cəhətləri kimi müxtəlif demoqrafik xüsusiyyətlərini izləyir. Adətən on illik fasilələrlə aparılmış siyahıyaalmalarla əhalinin demoqrafik xüsusiyyətlərini qeyd edir. 2008-ci ildə Kosovo müstəqillik elan edildikdən sonra aparılan ilk siyahıyaalmaya əsasən Şimali Kosovodan başqa Kosovonun daimi əhalisi 1.739.825 nəfərə çatmışdı. Albanlar Kosovoda ümumi əhalinin 93% -dən çoxunu təşkil edir. Əhəmiyyətli milli azlıqlara bosniyalılar (1.6%), serblər (1.5%) və digərləri daxildir. 2015-ci ilin hesablamalarına görə, Kosovonun əhalisi 1.870.981 nəfərdir. Kosovo Avropada ən gənc əhalisi olan ölkədir. BMT İnkişaf Proqramının son hesabatına görə, 2 milyon əhalisi olan ölkə əhalisinin yarısı 25 yaşdan kiçikdir. Hökumət məlumatlarına görə, əhalinin 65 faizdən çoxu 30 yaşdan kiçikdir. Kosovoda doğuş nisbəti Avropada ən yüksək olaraq qalsa da, əhali artımı olan yeganə bələdiyyələr Kosovodan cənubdakı alban azlığının anklavlarıdır.
Krım əhalisi
== Krımın XVIII əsr sonu — XXI əsr əvvəli etnik tərkibinin dəyişməsi == Krım əhalisi üç əsr ərzində əsasən Krım tatar çoxluqdan çox millətli tərkibə dəyişirdi: XVIII əsrin birinci rübü — 467 000 nəfər (95,1 % Krım tatarları, 2,6 % yunanlar, 2,1 % ermənilər, 0,2 % krımçaklar və karaimlər) 1760–70-ci illər — 454 700 nəfər (92,6 % Krım tatarları, 4 % ermənilər, 3,1 % yunanlar, 0,3 % krımçaklar və karaimlər) 1795-ci il — 156 400 nəfər (87,6 % Krım tatarları, 4,3 % ruslar, 1,9 % yunanlar, 1,7 % qaraçılar, 1,5 % karaimlər, 1,3 % ukraynalılar, 0,8 % yəhudilər, 0,6 % ermənilər, 0,1 % almanlar, 0,1 % bolqarlar) 1816-cı il — 212 600 nəfər (85,9 % Krım tatarları, 4,8 % ruslar, 3,7 % ukraynalılar, 1,4 % karaimlər, 1,3 % ermənilər, 0,9 % yəhudilər, 0,8 % yunanlar, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1835-ci il — 279 400 nəfər (83,5 % Krım tatarları, 4,4 % ruslar, 3,1 % ukraynalılar, 2,4 % qaraçılar, 2 % yunanlar, 1,5 % ermənilər, 1,1 % karaimlər, 0,9 % yəhudilər, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1850-ci il — 343 500 nəfər (77,8 % Krım tatarları, 7 % ukraynalılar, 6,6 % ruslar, 2 % yunanlar, 1,9 % qaraçılar, 1,3 % karaimlər, 1 % ermənilər, 1 % almanlar, 0,9 % yəhudilər, 0,5 % bolqarlar) 1858-ci il — 331 300 nəfər (73 % Krım tatarları, 12,6 % ruslar, 4 % ukraynalılar, 2,4 % yunanlar, 2 % qaraçılar, 1,8 % yəhudilər, 1,5 % almanlar, 1,3 % ermənilər, 0,8 % karaimlər, 0,6 % bolqarlar) 1864-cü il — 198 700 nəfər (50,3 % Krım tatarları, 28,5 % ruslar və ukraynalılar, 6,5 % yunanlar, 5,3 % yəhudilər, 2,9 % ermənilər, 2,7 % almanlar, 1,7 % karaimlər, 1,6 % bolqarlar) 1897-ci il — 546 700 nəfər (35,6 % Krım tatarları, 33,1 % ruslar, 11,8 % ukraynalılar, 5,8 % almanlar, 4,4 % yəhudilər, 3,1 % yunanlar, 1,5 % ermənilər, 1,3 % bolqarlar, 1,2 % polyaklar, 0,3 % türklər) == Ədəbiyyat == Водарский Я. Е., Елисеева О. И., Кабузан В. М. Население Крыма в конце XVIII — конце XX веков (Численность, размещение, этнический состав). — Москва, 2003 Результаты переписи 2001 == Mənbə == Krım etnosları Крым и его жители Журнал "Вокруг Света" № 5 (5).
Küveyt əhalisi
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Latviya əhalisi
Latviya əhalisi - Bu məqalə Latviya əhalisinin sıxlıq, etnik mənsubiyyət, təhsil səviyyəsi, səhiyyə, iqtisadi durum, dini baxış və digər aspektlərdən demoqrafik göstəriciləri haqqındadır. == Tarixi olaraq dəyişmə == Latviyanın əhalisinin təbii artımı son illərdə mənfi rəqəmlər verir. 2050-ci ildə ölkə əhalisinin sayı 1,249,812 nəfər olacağı gözlənilir. == İmmiqrasiya == == Yaş qruplarına görə == == Vacib statistikalar == == Etnik tərkib == == Dil == rəsmi: Latış bəzi qanunvericilikdə yerli əhəmiyyəti var: Livon, Latqal ən az 500 nəfərin danışdığı bu dillər 2011-ci il siyahıya alınmasında əsas dil olaraq qeyd edilib (azalan sırayla): Rus, Belarus, Ukrayn, Litva, Polish, Qaraçı, Tatar, İdiş və İvrit, Eston, Alman geniş şəkildə danışılan digər dillər: İngilis (46%) Latış işarət dili (qanuni olaraq tanınıb və dəstəklənir) və Rus işarət dili == Din == Latviyada ən geniş yayılmış din xristianlıqdır (79%), ancaq əhalinin sadəcə 7%-i mütəmadi olaraq dini xidmətlərdə iştirak edir.
Latviyanın əhalisi
Latviya əhalisi - Bu məqalə Latviya əhalisinin sıxlıq, etnik mənsubiyyət, təhsil səviyyəsi, səhiyyə, iqtisadi durum, dini baxış və digər aspektlərdən demoqrafik göstəriciləri haqqındadır. == Tarixi olaraq dəyişmə == Latviyanın əhalisinin təbii artımı son illərdə mənfi rəqəmlər verir. 2050-ci ildə ölkə əhalisinin sayı 1,249,812 nəfər olacağı gözlənilir. == İmmiqrasiya == == Yaş qruplarına görə == == Vacib statistikalar == == Etnik tərkib == == Dil == rəsmi: Latış bəzi qanunvericilikdə yerli əhəmiyyəti var: Livon, Latqal ən az 500 nəfərin danışdığı bu dillər 2011-ci il siyahıya alınmasında əsas dil olaraq qeyd edilib (azalan sırayla): Rus, Belarus, Ukrayn, Litva, Polish, Qaraçı, Tatar, İdiş və İvrit, Eston, Alman geniş şəkildə danışılan digər dillər: İngilis (46%) Latış işarət dili (qanuni olaraq tanınıb və dəstəklənir) və Rus işarət dili == Din == Latviyada ən geniş yayılmış din xristianlıqdır (79%), ancaq əhalinin sadəcə 7%-i mütəmadi olaraq dini xidmətlərdə iştirak edir.
Livan əhalisi
Livan əhalisi — 2011-ci ilin iyul ayına olan məlumatlara görə 4 143 101 nəfərdir. Ölkə əhalisinin 95 %-i ərəblərdir. Etnik qruplar arasında ermənilər üstünlük təşkil edirlər. Rəsmi dili ərəb dilidir. Erməni və fransız dillərindən də istifadə olunur. Əhalinin təxminən 59,7 %-i müsəlman, 39 %-i xristiandır. 1,4 % əhali digər dinlərə mənsubdur. Şəhər əhalisi 87 %-dir. == Əsas statistik məlumatlar == Yaş strukturu: 15 yaşdan aşağı: 23 % 15-64 yaş arası: 68 % 64 yaşdan yuxarı: 9 % Orta yaş həddi: 29,8 yaş (kişilərdə 28,7 yaş, qadınlarda 31 yaş) Əhali artımı: 0,244 % Doğum səviyyəsi: hər 1000 nəfərə 15,02 Ölüm səviyyəsi: hər 1000 nəfərə 6,54 Gender strukturu: hər 1000 qadına 960 kişi Uşaq ölümü: hər 1000 nəfərə 15,85 Yaş səviyyəsi: 75,01 yaş (kişilərdə 73,48 və qadınlarda 76,62 il). Fertillik: hər qadına 1,77 uşaq Savadlılıq səviyyəsi: 87,4 % (kişilərdə 93,1 % və qadınlarda 82,2 %).
Makedoniya əhalisi
== İstinadlar ==
Meksika əhalisi
Meksika əhalisi — 126,014,024 nəfərdir ki, bu da ispandilli ölkələr arasında ən böyük, Latın Amerikasında Braziliyadan sonra ikinci, dünyada isə onuncu yerdədir və bu yaxınlarda əhalinin sayına görə Yaponiyanı geridə qoyur. 20-ci əsrdə Meksika əhalisi 1940–1980-ci illər arasında ildə təxminən 3% artaraq 13,6 milyondan 97,5 milyona yüksəldi. Bu artım tempi o dövrdə inkişaf etməkdə olan ölkələr üçün ümumiləşdirilmiş, demoqrafik keçid kimi təsnif edilmiş və 1970-ci illərdən kontraseptiv siyasətin qəbul edilməsinə səbəb olmuşdur. Bu tendensiya yavaşlasa və son illərdə orta illik artım tempi 1,5%-dən aşağı olsa da, demoqrafik keçid hələ də davam edir və Meksikada gənclərin böyük əhalisi var. Ölkənin ən sıx məskunlaşdığı şəhər 8,7 milyon əhalisi olan paytaxt Mexiko şəhəridir (2005), şəhərin metropoliten ərazisi isə 20,137 152 nəfərlə (2010) ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Əhalinin təqribən 50%-i Meksikanın 59 metropoliyasından birində yaşayır. Siyahıyaalmaların hazırlanmasına cavabdeh olan qurum Milli Statistika və Coğrafiya İnstitutudur (INEGI). Daxili İşlər Nazirliyindən asılı olan Milli Əhali Şurası (CONAPO) demoqrafik hadisələrlə bağlı məlumatların təhlili, qiymətləndirilməsi və sistemləşdirilməsinə cavabdeh olan qurumdur. Yerli Xalqların İnkişafı üzrə Milli Komissiya (CDI) digər məsələlərlə yanaşı, Meksikanın yerli xalqlarının tədqiqatı və sosial-demoqrafik və linqvistik təhlilinə cavabdehdir.
Monqolustan əhalisi
Monqolustan əhalisi — Monqolustan əhalisinin demoqrafik xüsusiyyətləri. 2016-cı ilə olan məlumata görə Monqolustan əhalisinin sayı 3,081,677 nəfərdir. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, Monqolustan ərazinin məskunlaşma baxımından çox əlverişsiz olması səbəbilə əhalisinin sayına görə 134-cü pillədədir. Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir. 2010-cu ildəki əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfər olmuşdur.
Monteneqro əhalisi
Monteneqro əhalisi — Montenqero statistika komitəsinin məlumatına görə 31 dekabr 2015-ci ildə ölkənin əhalisi 622 218 nəfərdir; Eurostatın 1 yanvar 2016-cı il məlumatında isə 622 218 nəfər göstərilir. 20015-ci ildə əhalinin təbii artımı (1000 nəfər) 2011-ci il əhalinin siyahıyaalınmasına görə: Bəzi tarixçilərə görə, Monteneqronlar müstəqil bir etnik qrupdur və digərlərinə görə, Monteneqrinlər serblərlə bir etnik qrup təşkil edirlər. Bu və ya digər şəkildə, ikisi də tarix boyu bir-biri ilə sıx bağlıdır.. 2011-ci il siyahıya alınmasına görə: 2011-ci il siyahıya alınmasına görə: İcmaların ümumi əhalisinin əsas millətlərinin sayı və nisbəti: İcmalarda milliyyətini göstərən ümumi əhalinin əsas etnik qruplarının sayı və nisbəti: İcmalarda ana dilini göstərən ümumi əhalinin əsas dil qruplarının sayı və nisbəti:: Siyahıyaalma Serbiya və Monteneqro vahid bir dövlət olan zaman aparılmışdır. 2006-cı ildə əhalinin artımı 3.50 %. olmuşdur İrlandiya, Monteneqro və Çexiya müharibədən əvvəlki 1913-cü ilə nisbətən əhalisinin azaldığı yeganə müasir ölkələrdir. 2004-cü ilin hesablamalarına görə, Monteneqroda 630.548 nəfər yaşayırdı. Monteneqro Statistika İdarəsinin məlumatına görə, 2005-ci il üçün ölkədə 623,000 nəfər yaşayırdı. Monteneqro Statistika İdarəsinin məlumatına görə, 2006-cı il üçün ölkədə 624,000 nəfər yaşayırdı. 2007-ci ilin hesablamalarına görə, Monteneqroda 684 736 nəfər yaşayırdı.
Naxçıvan əhalisi
Naxçıvan əhalisi — Naxçıvan Muxtar Respublikasında yaşayan əhali. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarında hələ qədimdən müəyyən türk tayfaları yaşamışdır. Türklər hər zaman bu diyarın yerli sakinləri olmuş, Səfəvilər dövründə də Naxçıvan əhalisinin çox az bir qismi müxtəlif ölkələrdən (Mərkəzi Asiya, Ərəbistan, Hindistan və s.) bura gələn bir sıra peşə sahibləri – səyyahlar, tacirlər, sənətkarlar, alimlər və s. istisna olmaqla, yerli əhalinin etnik tərkibinin əsasını türk tayfaları təşkil etmişdir. Bölgədə yaşayan əhalinin etnik tərkibinin araşdırılması sahəsində müxtəlif vaxtlarda akademik B. Budaqov, İ. Hacıyev, t.e.d. Q. Qeybullayev, t.ü.f.d. İ. Kəngərli, F. Rzayev, İ. Əliyev və başqa alimlər tərəfindən müəyyən tədqiqatlar aparılmışdır. Səfəvilər dövründə bölgə əhalisinin etnik tərkibinin ayrıca tədqiqi ermənilərin bu yerlərdə XIX yüzillikdən geniş şəkildə məskunlaşdıqlarını bir daha göstərir. Səfəvilər dövründə Naxçıvan əhalisi haqqında dəqiq və ətraflı məlumat verən mənbələrdən "İrəvan əyalətinin icmal dəftəri" (1590-cı il) və "Naxçıvan sancağının müfəssəl dəftəri" (1727-ci il) sənədləri çox əhəmiyyətlidir. Səfəvilər dövründə Naxçıvan diyarı osmanlıların hərbi-strateji maraqlarında olduğundan onlar iki dəfə bölgəni tutmuş və müəyyən müddətə (1588–1603; 1724–1736-cı illər) buranı idarə etmişlər.
Nikaraqua əhalisi
Nikaraqualılar (isp. Nicaragüense) — İspandilli xalq, Nikaraquanın 87%-ni təşkil edirlər. Nikaraqua əhalisinin əksəriyyətini metis və qarışıq hindilər təşkil edir. Dövlət dili ispan dilidir. Nikaraqualılar ispan dilinin regional variantında danışırlar. Onlar vest-hind dialektini də bilirlər. Nikaraqualılar katolisizmə sitayiş edirlər. Vest-Hinddə isə əsasən, protestantlıq geniş yayılıb. Hispaniklər "Народы Америки", Т.2 Москва, 1959 Брук С. Н. "Население мира. Этнодемографический справочник", Москва, 1986.
Norveç əhalisi
Norveç əhalisi — 4 985 900 nəfərdir. Ölkə bu göstəriciyə görə dünyada Sinqapur və İrlandiya arasında yerləşib və 118-ci yerdədir. Ölkədə orta yaş həddi 40 yaşdır. Norveçdə doğum səviyyəsi (hər 1000 nəfərə 10.84) ölüm səviyyəsini (hər 1000 nəfərə 9.24 ) üstələyir. Buna baxmayaraq mühacirlərin hesabına əhali sayında artım müşahidə olunur. Proqnozlara əsasən, 2060-cı ilə qədər Norveç əhalisi 7 milyona qədər arta bilər. Əhalinin 94 %-i özünü norvüçli sayır. Azsaylı yerli xalq olan saamlar xüsusi qrup təşkil edirlər. Digər etnik azlıqlar isveçlilər (1,6 %), kvenlər (finlərə və saamlara yaxın xalq), yəhudilər və qaraçılardır. Ölkədə digər Avropa ölkələrindən gəlmələr də yaşayırlar: polyaklar (1,3 %), datlar (1,0 %), almanlar (0,8 %).
Omanın əhalisi
VII əsrin sonlarında omanlılar Şərqi Afrikaya daxil olaraq yerli əhalinin formalaşmasına da müəyyən dərəcədə təsir etmişlər. Omanın qul tacirləri uzun əsrlər boyu Ərəbistan yarımadasının müxtəlif bölgələrinə Afrikadan gətirdikləri qulları satmaqla məşğul olmuşdur. Qədim adət və ənənələrinə sadiq qalan Oman əhalisi iki qrupa: «ərəb ariba» (yerli ərəblər) və «musta ariba» (qarışıq ərəblər) bölünür. Omanın dəniz sahillərində məskunlaşan ərəblərin Afrika zənci qulları ilə qarışığından mulatlar törəmişdir. Ona görə omanlıların bir qisminin xarici görünüşlərində qara rəngli çalarlar üstünlük təşkil edir. Bununla belə ölkənin daxili bölgələrində yaşayan tayfalar avropoid irqini qoruyub saxlamışlar. Omanlılar arasında tarixdə məskunlaşmış şəxsiyyətlər də az olmayıb. Dənizçi Sindbadın omanlı olması hamıya məlumdur. Məşhur səyyah Vasqo da Qamanın gəmilərinin Hindistana Omanlı bosman Əhməd ben Məcid aparmışdı. XVII yüzillikdə omanlı səyyah və dənizçi Əbu Übeydə ben Abdulla ben Qasim yelkənli gəmidə ilk dəfə dünya səyahətinə çıxmışlar.
Qazaxıstan əhalisi
Sayı - 18 838 730 nəfər 01.08.2020
Qırğızıstan əhalisi
1 yanvar 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi 5663.1 min nəfərdir.
Rusiya əhalisi
Rusiya əhalisi — Rusiya ərazisində yaşayan sakinlərin tərkibi. 1 yanvar 2020-ci il tarixinə Rosstata görə, Rusiyada 146.745.098 daimi sakin var idi , ölkə əhali sayına görə dünyada 9-cu yerdədir. Rusiya dünya ölkələri arasında ölüm nisbətinə görə 10-cu yeri tutur. Əhali sıxlığı 8,57 nəfər / km² (2020). Əhali olduqca qeyri-bərabər şəkildə bölüşdürülür: Rusların 68,49% -i Rusiyanın Avropa hissəsində yaşayır, bu ərazinin 20,82% -ni təşkil edir. Federal Dövlət Statistika Xidmətinin 2018-ci il məlumatına görə, Uzaq Şərq, Sibir, Ural, Volqa federal rayonlarının əhalisi azaldı, Mərkəzi, Şimal-Qərb, Cənubi və Şimali Qafqaz federal rayonlarının əhalisi artdı. Beləliklə, Rusiyanın qərb hissəsində əhalinin konsentrasiyası artmaqda davam edir. Rusiyanın Avropa hissəsində əhalinin sıxlığı 27 nəfər / km², Asiyalıların isə 3 nəfər / km² təşkil edir. Federasiyanın subyektləri arasında ən yüksək əhali sıxlığı Moskvada qeydə alınıb - 4626 nəfər / km², ən kiçik - Çukotka Muxtar Vilayətində - 0,07 nəfər / km². Şəhər əhalisi — 74%, kənd — 26% (2018) .
Serbiya əhalisi
Serbiya əhalisi-məqalə Serbiya əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Serbiyada əhalinin siyahıya alınması 10 ildən bir aparılır və Serbiya Respublikasının Statistika Təşkilatı tərəfindən təşkil edilir. Serbiya Krallığı ilk dəfə əhalinin siyahıya alınmasını 1834-cü ildə həyata keçirmişdir; bunu 1841, 1843, 1846, 1850, 1854, 1859, 1863, 1866 və 1874-ci illərdəki əhalinin sayı ilə izləmişdir. Serbiya Krallığı dövründə 1884, 1890, 1895, 1900, 1905 və sonuncusu 1910-ci ildə olmaq üzrə altı dəfə siyahıyaalma təşkil edilmişdir. Sonra Yuqoslaviya Krallığı 1921 və 1931-ci illərdə əhalinin siyahıya alınmasını həyata keçirmişdir. 1941-ci ildə keçirilməsi planlaşdırılan siyahıya alma İkinci Dünya Müharibəsi üzündən baş tutmamışdır. Yuqoslaviya dövründə 1948, 1953, 1961, 1971, 1981 və 1991-ci ildə əhali siyahı alınmışdır. 2002 və 2011-ci illərində iki siyahıyaalma daha edilmişdir. Mənbə: Serbiya Respublikasının Statistika Təşkilatının gələcəkdəki Serbiya əhalisiylə əlaqədar təxminləri aşağıdakı kimidir. Mənbə: Mənbə: Kosovonun daxil olduğu Serbiya məlumatları.
Sinqapur əhalisi
Sinqapur əhalisi — 5,535 milyon nəfərdir (2015). Sinqapur ərazisində həmçinin xeyli avropalılar və diğər qitələrdən olan millətlərin nümayəndələr var. Sinqapurda məskunlaşan ilk çinlilər gəldikləri bölgənin dialektiq qruplarını yaratmışlar. Əksəriyyət çinlilər min dilinin xokken dialektində danışır. Ümumi əhalinin 42 %-ni təşkil edirlər. Onların tarixi vətəni Şərqi Çindir. Əhalinin 23 %-ni isə çaoşan şivəsində danışan çinlilərdi. Onların vətəni Quandun əyalətidir. Hakka dilində danışan - 9 %, Haynan adasından olanlar isə ümumi əhalinin 6 %-ni təşkil edir. Müasir sinqapur malayları Cohor və Malay sultanlığının, eləcədə müasir İndoneziya ərazisindən miqrasiya edənlərdi.
Slovakiya əhalisi
Slovakiya əhalisi - Slovakiyada son siyahıya alınma 2011-ci ildə aparılmışdır. Slovaklar 85,8 % Macarlar 9,7 % Qaraçılar 1,7 % Çexlər 0,8 % Ukraynalılar 0,6 % digərləri 1,4 % Slovak 83,9 % Macar 10,7 % Qaraçı 1,8 % Ukrayn 1,1 % Çex 0,9 % digərləri 1,6 % Katolizm 68,9 % Lüteran 6,9 % Yunan-katolizmi 4,1 % Reformatçılar 2,0 % Provaslav 0,9 % Ateislər 13,0 % digərləri 4,2 % Slovakiya ərazisində yayılmış milli azlıqlar arasında macarlar üstünlük təşkil edir. Onlar əsasən ölkənin cənubunda yayılmışlar. İki rayonda isə əhalinin böyük hussəsini təşkil edirlər. Ümumi əhalinin isə 9% təşkil edirlər. Macarların sıx yaşadığı rayonlar: Dunayska-Streda rayonu 83 % Komarno rayonu 69 % Rimavska-Sobota rayonu 41 % Qalanta rayonu 39 % Nove-Zamki rayonu 38 % Malya rayonu 36 % Rojnyava rayonu 31 % Trebişov rayonu 29 % Lusenes rayonu 28 % Levişe rayonu 28 % Velki-Krtiş rayonu 27 % Revuşa rayonu 22 % Senes rayonu 20 % Koşise-Okole rayonu 13 % Mixalovse rayonu 12 % Nitra rayonu 7 % Rusinlər isə Preşovski diyarı ərazində yayılmışlar.
Sloveniya əhalisi
Sloveniya əhalisi — 2013-cü il məlumatına görə ölkədə 2 058 821 nəfər yaşayır. Hər km² 101 nəfər düşür. Bu isə Avropa İttifaqında ən sıx məskunlaşan dövlətlərdən biridir. Əhalinin təbii və mexaniki hərəkəti Number of population and natural change of population Sloveniya Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində formalaşdırlarkən demək olar ki, bir monoetnik bir ərazi quruluşunda təşkil edilir. 1948-ci ildə aparılan siyahıya almaya əsasən respublikada 1440,0 min nəfər yaşayırdı. Bu əhalinin 1350,1 min nəfəri slovenlər idi. Respublikada 16,1 min xorvat, 10,6 min macar, 7,0 min serb, 0,5 min monteneqrolu, 0,4 min makedon, 0,2 min müsəlman, 0,2 min alban yaşayırdı. Sloveniyanın hazırda da əhalisinin böyük hissəini slovenlər təşkil edir. Hazırda ölkədə xorvatlar, serblər, bosniyalılar, macarlar, italyanlar. Etnik tərkib: Slovenlər (80,0 %) Xorvatlar (2,8 %) Serblər (2,4 %) Bosniyalılar (1,4 %) Macarlar (0,7 %) Monteneqrolular (0,2 %) Makedonlar (0,2 %) Albanlar (0,2 %) İtalyanlar (0,5 %) digərləri (4,4 %) Əhalinin orta sıxlığı km²-ə 95 nəfərdir.
Dərbənd şəhəri əhalisi
Dərbənd şəhəri əhalisinin etnik tərkibi
Dərbənd şəhərinin əhalisi
Ermənistan Respublikasının əhalisi
Ermənistan Respublikası Milli Statistika Xidmətinin (erm. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության) 1 yanvar 2011-ci ilə olan rəsmi məlumatına əsasən Ermənistan Respublikasının əhalisi 3,262,600 nəfərdir. Ancaq 12–21 oktyabr 2011-ci il tarixində həyata keçirilmiş Ümumermənistan əhali siyahıyaalınmasının ilkin yekunlarına əsasən Ermənistanın ölkədə yaşayan və qeydiyyatda olan faktiki əhalisi (ölkə vətəndaşları və əcnəbilər) 2.871.509 nəfər, xaricdə yaşayan Ermənistan vətəndaşları da daxil olmaqla de-yuri əhalisi isə 3.285.767 nəfər olmuşdur. == 1926 == == 1939 == == 1979 == 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən Ermənistanda qeyd alınmış 2.724.975 etnik ermənidən 2.709.591 nəfəri, 160.841 nəfər azərbaycanlıdan 159.709 nəfəri, 70.336 rusdan 69.840 nəfəri, 50.822 kürddən 43.019 nəfəri, 6.183 assuriyalıdan isə 3.516 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi. == 2001 == 2001-ci il siyahıyaalınmasına əsasən Ermənistan Respublikası əhalisinin 97,9%-ni ermənilər, qalan 2,1%-ni isə ruslar, yunanlar, ukraynalılar və s. etnik qruplar təşkil edir. Erməni Ortodoksluğu əsas dindir. Qeyd: Ö.m.d.a.d.s.-Öz millətinin dilini ana dili sayanlar./E.d.a.d.s.-Erməni dilini ana dili sayanlar./Y.d.a.d.s.-Yezidi dilini ana dili sayanlar./R.d.a.d.s.-Rus dilini ana dili sayanlar./U.d.a.d.s.-Ukrayna dilini ana dili sayanlar. == 2019 == 2019-cu ildə Ermənistanda proqnozlaşdırılan 40.583 uşaq əvəzinə 35.448 uşaq dünyaya gəlib. == Mənbə == "Всесоюзная перепись населения 1989 года.
Ermənistan SSR əhalisinin siyahıyaalınması (1926)
== Ümumi == 1 yanvar 1926-cı il tarixinə Ermənistan SSR inzibati cəhətdən paytaxt İrəvan şəhərindən, 9 qəzadan və qəzaları təşkil edən 36 dairədən ibarət idi. Ümumi əhalinin sayı 880.464 nəfər idi. == 1931-ci il == 1 yanvar 1931-ci ilə olan məlumata əsasən Ermənistan SSR-nin əhalisi 1.032.700 nəfər idi. Onlardan 220.400 nəfəri şəhərlərdə, 812.300 nəfəri isə kəndlərdə yaşayırdı, əhalinin ölkə üzrə orta sıxlığı 1 km²-də 35 nəfər idi. Ümumi əhalinin 84,70%-ini ermənilər, 8,80%-ini azərbaycanlılar, 2,20%-ini ruslar, 4,30%-ini isə digərləri təşkil edirdi. 1 oktyabr 1931-ci ilə olan məlumata əsasən ölkənin ərazisi 29.660 km² idi, dövlət inzibati cəhətdən 2 müstəqil inzibati-ərazi vahidinə (İrəvan və Gümrü şəhərləri) və 26 rayona bölünürdü. == Mənbə == Административное деление республик, областей, губерний, уездов и волостей Союза ССР на 1 января 1926 года (в алфавитном порядке). — Армянская ССР, стр. 194–195. // Территориальное и административное деление Союза ССР на 1–е января 1926 года.
Ermənistan SSR əhalisinin siyahıyaalınması (1939)
== Mənbə == "Армянская ССР (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-17. İstifadə tarixi: 17 iyul 2015.. "Армянская ССР: город Ереван (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-17. İstifadə tarixi: 17 iyul 2015.. "Анийский район Армянской ССР (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-17. İstifadə tarixi: 17 iyul 2015.. "Азизбековский район Армянской ССР (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly".
Həmədan şəhristanlarının əhalisi
Həmədan şəhristanlarının əhalisi — 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 1,703,267 nəfər olmuşdur.
Kabarda-Balkariya əhalisi
Kabardin-Balkariya əhalisi 859 min nəfərdir. Əhalinin orta sıxlığı hər km² 62.9 nəfərdir. Respublika əhalisi ərazi üzrə qeyri-bərabər məskunlaşmışdır. Əhalinin çox hissəsi qədimdən respublikanın düzənlik və dağətəyi hissəsində yerləşib. Buda burada təbii-tarixi mühitin əhalinin təsərrüfat fəaliyyəti üçün əlverişli olması ilə izah olunur. Urban, Bakson, Moysk, Terek və Qroxladnı əhalinin ən çox məskunlaşdığı rayonlardır. Dağ ərazilərində əhali seyrək məskunlaşmışdır. Yaşayış məntəqələri burada çay vadiləri boyunca yerləşmişdir. Yerli əhali əsasən Kabardinlər (48%) və balkarlardan (12%) ibarətdir. Digər xalqlardan ruslar, ukraynalılar, osetinlər, tatarlar, gürcülər və s.
Kabardin-Balkariya əhalisi
Kabardin-Balkariya əhalisi 859 min nəfərdir. Əhalinin orta sıxlığı hər km² 62.9 nəfərdir. Respublika əhalisi ərazi üzrə qeyri-bərabər məskunlaşmışdır. Əhalinin çox hissəsi qədimdən respublikanın düzənlik və dağətəyi hissəsində yerləşib. Buda burada təbii-tarixi mühitin əhalinin təsərrüfat fəaliyyəti üçün əlverişli olması ilə izah olunur. Urban, Bakson, Moysk, Terek və Qroxladnı əhalinin ən çox məskunlaşdığı rayonlardır. Dağ ərazilərində əhali seyrək məskunlaşmışdır. Yaşayış məntəqələri burada çay vadiləri boyunca yerləşmişdir. Yerli əhali əsasən Kabardinlər (48%) və balkarlardan (12%) ibarətdir. Digər xalqlardan ruslar, ukraynalılar, osetinlər, tatarlar, gürcülər və s.
Makedoniya Respublikası əhalisi
== İstinadlar ==
Mərkəzi ostan şəhristanlarının əhalisi
Mərkəzi ostan şəhristanlarının əhalisi - 2006-ci il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 1,326,826 nəfər olmuşdur.

"əhalisi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əhalisi nədir? #əhalisi sözünün mənası #əhalisi nə deməkdir? #əhalisi sözünün izahı #əhalisi sözünün yazılışı #əhalisi necə yazılır? #əhalisi sözünün düzgün yazılışı #əhalisi leksik mənası #əhalisi sözünün sinonimi #əhalisi sözünün yaxın mənalı sözlər #əhalisi sözünün əks mənası #əhalisi sözünün etimologiyası #əhalisi sözünün orfoqrafiyası #əhalisi rusca #əhalisi inglisça #əhalisi fransızca #əhalisi sözünün istifadəsi #sözlük