* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | •••••••••••••••• | 0.48 |
2010 | •••••••••••••••••••• | 0.64 |
2011 | •••••••••••••• | 0.43 |
2012 | ••••••••••• | 0.34 |
2013 | ••••••••••••••••••• | 0.58 |
2016 | ••••••••••• | 0.35 |
2018 | ••••• | 0.15 |
2019 | ••••• | 0.14 |
1 is. [ər.] 1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə. – Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir. □ Əhd qılmaq (bağlamaq) klas. – bax əhd etmək. Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli. [Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı. Əhd etmək (eləmək) – söz vermək, and içmək. Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani. …Əhd edib mən ürəklə and içdim. H.Cavid. Əhdə vəfa etmək – verdiyi sözü, əhdini, andını yerinə yetirmək. [Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı. [Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. Ü.Hacıbəyov. Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn. Əhdə durmamaq – bax əhdindən dönmək (keçmək). Əhdindən qaçmaq – bax əhdindən dönmək (keçmək). Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı). Əhdindən dönmək (keçmək) – vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq. [Şərəf xanım:] İndi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov. [Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı. Əhdinə vəfasız çıxmaq – vədini unutmaq, verdiyi sözə əməl etməmək. Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza. Əhdinə çatmaq – arzusuna çatmaq. Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı). Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) – bax əhdindən dönmək (keçmək). Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı… N.Rəfibəyli. 2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə. Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad. □ Əhd bağlamaq – razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək. Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar. Əhd bağlanmaq – razılıq əldə edilmək, qərara alınmaq. 3. köhn. Çağ, vaxt, zaman, dövr. ◊ Əhdi kəsilmək – bax əhədi kəsilmək (“əhəd”də). [Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / əhd2 1. ƏHD (təntənəli vəd; söz vermə) [Teymur ağa:] Mənim hərgiz onun əhdinə etibarım yoxdur (M.F.Axundzadə); ƏHD-PEYMAN Ay qız, ay qız, amandı; Əlində zəfərandı; Əhd-peyman eləmişik; Bu gün vədən tamamdı (Bayatı); İLQAR Bivəfanın, müxənnəsin, nakəsin; Doğru sözün, düz ilqarın görmədim (M.P.Vaqif); PEYMAN Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar (M.Ə.Sabir). 2. əhd bax müqavilə
Azərbaycan dilinin sinonimlər lüğəti / əhd2 сущ. 1. обет (обещание, обязательство, принятое из каких-л. побуждений). Əhdim budur таков мой обет 2. соглашение (взаимное согласие, взаимный уговор). Əhd bağlamaq заключить соглашение ◊ əhd etmək (eləmək) давать, дать обет; əhdinə vəfa etmək (eləmək) быть верным данному обету, исполнять, исполнить данное обещание; əhdindən qaçmaq (dönmək) уклоняться, уклониться от исполнения обета; əhdi pozmaq, əhdinə vəfasız çıxmaq нарушать, нарушить обет; əhdinə çatmasın kim чтоб ни дна, ни покрышки кому
Azərbaycanca-rusca lüğət / əhd1 i. 1. (vəd) promise, pledge; 2. (and) vow, oath; ~ etmək: 1) (söz vermək) to pledge, to give* a solemn promise; 2) (and içmək) to vow, to oath, to take* / to make* a vow, to take* / to make* an oath; ~ə vəfa etmək to redeem a pledge / a promise, to keep* one’s promise / pledge, to meet* one’s engage ments / commitments; ~indən dönmək to break* one’s promise; to break* one’s oath; ~inə vəfasız çıxmaq to break* one’s promise, to break* one’s oath; 3. (istək, məram) object, aim; ~inə çatmaq to gain / to attain / to achieve one’s object
Azərbaycanca-ingiliscə lüğət / əhd1 is. 1) promesse f, parole f ; 2) serment m ; ~ etmək prêter serment
Azərbaycanca-fransızca lüğət / əhd1 [ər.] сущ. 1. гаф гун, хиве кьун, хивез къачун; кьин кьун, кьин; // əhd etmək (eləmək) гаф гун, кьин кьун; əhdə vəfa etmək гайи гаф, кьин кьилиз акъудун; əhdindən dönmək (keçmək) гафунилай элкъуьн, кьин чӀурун, гайи гафунал акъваз тавун; əhdinə vəfasız çıxmaq гайи гаф рикӀелай алудун, вафасуз акъатун, гафуниз амал тавун; əhdinə çatmaq мураддихъ агакьун; 2. гаф-чӀал сад авун, разивилиз атун, шартӀ хьун; икьрар, договор; əhd bağlamaq сада-садаз гаф гун, разивилиз атун, икьрар хьун; 3. вахт, чӀав, заман, девир; ** əhdi kəsilmək кил. əhəd (əhədi kəsilmək).
Azərbaycanca-ləzgicə lüğəti / əhd\ - əhdləşmə, vədələşmə, müqavilə.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) bir işi öhdəsinə alma, söz vermə; 2) and; 3) bağlaşma, müqavilə; 4) zaman, dövr; 5) bir hökmdarın hakimiyyət dövrü. Əhdi-cədid İncil; əhdi-ətiq Tövrat.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti