Əhliman sözü azərbaycan dilində

Əhliman

Yazılış

  • Əhliman • 98.5118%
  • ƏHLİMAN • 1.4402%
  • əhliman • 0.0480%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşıq Əhliman
Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq. == Həyatı == Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Hacı Əhliman
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. == Həyatı == Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da, elə həmin gün də sərbəst buraxılıb.İndiyə qədər kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxıb. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub. == Fəaliyyəti == === Kitabları === "Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi" "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq" === Məqalələri === Hacı Əhliman Rüstəmov. "Qurаndа və lüğətdə "imаm" kəlməsi" ( (az.)).
Əhliman Axundov
Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas. == Həyatı == Əhliman Molla Əli oğlu 1903-cü ildə Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdu. İbtidai təhsilini 1909-cu ildən 1919-cu ilədək atasının məktəbində almışdı. Sonra Şuşa Pedaqoji Texnikumunda təhsil alıb. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş və aspiranturada təhsilini davam etdirmişdi. Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə disertassiya müdafiə etmişdi. Ömrünü folklor tədqiqatına bağlamışdı. Əhliman Axundov 1977-ci ildə vəfat edib. == Əsərləri == Azərbaycan dastanları 1 Əhliman Axundov Azərbaycan dastanları 2 Əhliman Axundov Azərbaycan dastanları 3 Əhliman Axundov Azərbaycan dastanları 4 Əhliman Axundov Azərbaycan dastanları 5 Əhliman Axundov Azərbaycan folkloru antologiyası. II kitab (toplayanı Ə.Axundov) Bakı.
Əhliman Mehdiyev
Əhliman Rəhman oğlu Mehdiyev (17 may 2002; Məzrəli, İmişli rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhliman Mehdiyev 17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində Rəhman Mehdiyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Əhliman Muradov
Əhliman Xanəlioğlu Muradov (9 iyul 1951, Siyəzən – 28 may 2015, Siyəzən) – Fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Azərbaycan Respublikası, Siyəzən şəhərində 9 iyul 1947-ci ildə anadan olub, ailəlidir, 3 uşaq atasıdır.2015-ci ildə 28 mayda vəfat etmişdir. == Təhsili Elmi Dərəcəsi və Elmi adlar == 1970-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1975-ci ildə “Boşalma cərəyanının modulyasiya rejimində qaz boşalması müsbət sütununu tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə “Qeyri stasionar və qeyri bircins plazmanın dinamik xüsusiyyətləri və elektronların sürətlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1995 – professor == Əmək fəaliyyəti == 1974-1979 Fiziki Elektronika kafedrasında assistent, 1979-1984 - baş müəllim, 1984-1995 - dosent, 1995-ci ildən professor. Dərs dediyi fənlər Ümumi fizika, Radiofizika, Elektron-ion cihazları və electron optikası, Qaz boşalması və plazma fizikasının nəzəri əsasları. 60 elmi əsərin müəllifidir 2 kitabın müəllifidir == Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı == 1973 - XI ICPIG . Praqa, Çexoslovakiya. 1986 - Atom spektroskopiyası üzrə XI Beynəlxalq konfrans. Bolqarıstan, Varna.
Əhliman Rüstəmov
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. == Həyatı == Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da, elə həmin gün də sərbəst buraxılıb.İndiyə qədər kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxıb. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub. == Fəaliyyəti == === Kitabları === "Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi" "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq" === Məqalələri === Hacı Əhliman Rüstəmov. "Qurаndа və lüğətdə "imаm" kəlməsi" ( (az.)).
Əhliman Əliyev
Əhliman Əmiraslanov
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır. 1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.Ə. T. Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib.
Əhliman Əzizov
Əhliman Ağamirzə oğlu Əzizov (9 mart 1990; Vəndam, Qəbələ rayonu, Azərbaycan — 24 dekabr 2014; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ildə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən atışma zamanı şəhid olmuşdur. == Həyatı == Əhliman Əzizov 6 iyun 1990-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində Ağamirzə Əzizovun ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Əhliman Əzizov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "gizir" rütbəsində xidmətini davam etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhliman Əzizov 24 dekabr 2014-cü ildə Kəlbəcər rayonunun Murov dağı istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmada döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi Qəbələ rayonunda torpağa tapşırılmışdır.
Ramiz Əhlimanov
Ramiz Əhlimanov Mirağa oğlu (1 may 1949-cu il Şamaxı rayonu Cəmilli kəndi) — Azərbaycan coğrafiyaşünası, coğrafiya elmlər doktoru. == Həyatı == Əhlimanov Ramiz Mirağa oğlu 1 may 1949-cu ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əhlimanov Ramiz Mirağa oğlu 1966-cı ildə Şamaxı şəhərində orta məktəbi bitirərək həmin il BDU-nun geoloji-coğrafiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.1971-ci ildə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini əla qiymətlərlə bitirmiş və həmin il Azərbaycan EA Coğrafiya institunda kartoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş,1971–1974-cü illərdə kartoqrafiya şöbəsində əyani aspirant olmuşdur. == Elmi fəaliyyəti == 1974-cü ildən Azərbaycan EA Coğrafiya İnstitunda kartoqrafiya şöbəsində mühəndis-kartoqraf, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. R. M. Əhlimanov 1980-ci ildə Azərbaycan EA Coğrafiya İnstitunun ixtisaslaşdırılmış Elmi şurasında " Landşaftın kartoqrafik-riyazi metodlarla tədqiqi" (Azərbaycan Respublikası ərazisi timsalında) mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. R. M. Əhlimanov 1982-ci ildə BDU-nun geodeziya və kartoqrafiya kafedrasında saat hesabı dərs demiş,1990-cı ildən isə həmin kafedrada kartoqrafiya fənnindən ümumi, kartoqrafiq tədqiqat metodu, xəritələrin bədii tərtibatı, kartometriya və morfometriyanın əsasları kimi ixtisas kurslarını aparır. Yüksək ixtisaslı, bacarıqlı və öz işinə məsuliyyətlə yanaşan tələbkar bir müəllimdir. R. M. Əhlimanov eyni zamanda böyük-tədris işi aparır. Oxuduğu ixtisas kursları üzrə proqramlar hazırlamış, " Azərbaycan Respublikasının kontur xəritələri " nin müəlliflərindəndir. O, bir sıra müxtəlif səviyyəli elmi konfranslarda məruzə ilə çıxış etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.13 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 47.97
2003 •••• 8.27
2004 •• 4.38
2005 •• 4.72
2006 •••• 7.66
2007 ••••• 9.94
2008 ••• 6.82
2009 ••• 6.72
2010 ••• 4.99
2011 •••• 7.46
2012 •••• 9.55
2013 •• 4.08
2014 •••• 8.41
2015 •••• 8.00
2016 •••• 7.29
2017 •••• 9.43
2018 •••• 8.39
2019 •• 4.17
2020 ••• 4.91

əhliman sözünün etimologiyası

əhliman sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

iman əhli, din əhli, dindar. (Bu adı atəşpərəstlik dinində şər allahı olan “Əhriman” ilə əlaqələndirənlər də vardır.)

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#əhliman nədir? #əhliman sözünün mənası #əhliman nə deməkdir? #əhliman sözünün izahı #əhliman sözünün yazılışı #əhliman necə yazılır? #əhliman sözünün düzgün yazılışı #əhliman leksik mənası #əhliman sözünün sinonimi #əhliman sözünün yaxın mənalı sözlər #əhliman sözünün əks mənası #əhliman sözünün etimologiyası #əhliman sözünün orfoqrafiyası #əhliman rusca #əhliman inglisça #əhliman fransızca #əhliman sözünün istifadəsi #sözlük