* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 147.32 |
2003 | •••••••• | 57.48 |
2004 | ••••• | 32.68 |
2005 | ••••••• | 51.28 |
2006 | ••••• | 29.73 |
2007 | •••• | 22.83 |
2008 | •••• | 25.58 |
2009 | ••• | 20.48 |
2010 | •••• | 22.15 |
2011 | ••• | 20.68 |
2012 | •• | 11.96 |
2013 | •••• | 23.92 |
2014 | ••• | 15.27 |
2015 | • | 1.02 |
2016 | •• | 13.36 |
2017 | ••• | 19.02 |
2018 | ••• | 18.58 |
2019 | •••• | 25.18 |
2020 | ••• | 20.69 |
1 is. [ər. “hal” söz. cəmi] 1. Kef, hal, ruhi vəziyyət. Əhvalın necədir? – Bəli, dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə bilməz ki, necə yardan oldum məyus. S.Ə.Şirvani. 2. Keyfiyyət, vəziyyət, hal. Güldükcə təbiət açılır min cürə güllər; Quşlar da bu əhvalı görüncə sevinirlər. A.Səhhət. İnmirə məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. N.Nərimanov. Fəqət nədənsə o gün əhvalım tamamilə pərişan keçdi. S.Hüseyn. // Səhhətcə vəziyyət. Xəstənin əhvalı pisləşmişdir. – Bir gün Məmməd sövdəgər bazarda əhvalını pis görüb, haman saat dükanını bağlayıb evə gəldi. “Aşıq Qərib”. 3. Keçinmək, dolanmaq vəziyyəti; güzəran. İşə girəndən sonra əhvalı xeyli yaxşılaşmışdır. // Var, dövlət, pul, tanqah. [Cavadın] on min manata yaxın əhvalı var. Ə.Haqverdiyev. Bu gələn kişidə əhval olar? S.Rəhimov. ◊ Əhval sormaq (soruşmaq, tutmaq, bilmək) – kefini, halını, vəziyyətini soruşmaq; əhvallaşmaq. [Qurban] [Səfərə] yaxınlaşaraq əhval soruşdu. A.Şaiq. Nənəqız bu saat ağsaqqal kişiyə yanaşıb, yenə də ondan bir əhval tutmaq istədi. S.Rəhimov. Şəhərdən gələn adamları ziyarətdən qayıtmışlar kimi əhatə edir, əhval soruşurdular. Mir Cəlal. Əhvalı bulanmaq (qarışmaq, pozulmaq) – 1) kefi pozulmaq, kədərlənmək, qəmginləşmək. …Axşam yaxınlaşdıqca Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov; 2) xəstələnmək, xəstəliyi daha da ağırlaşmaq.
Azərbaycan dilinin izahlı lüğəti / əhval4 ƏHVAL Onlar bizim əhvalımızı soruşmağa başladılar (C.Məmmədquluzadə); ƏHVALİ-RUHİYYƏ [Yunis:] Biz onlara təsəlli verməliyik, əhvali-ruhiyyələrini qaldırmalıyıq (X.Hasilova); HAL Görür ərbabi-qələm qayeyi-amalımzı; Məndən artıq yaza bilməkdə ikən halınızı.. (M.Ə.Sabir); KEF Şahqulu: ..a kafir oğlu, bəyimizin kefi necədir? (N.Vazirov); MƏZAC (kl.əd.) Həsən bəyin məzacı necədir? (A.Şaiq); OVQAT Kamil bu qənaətini bildirmək üçün Sabirovun yanma gələndə onun ovqatını çox təlx gördü (Y. Şirvan).
Azərbaycan dilinin sinonimlər lüğəti / əhval1 1. состояние здоровья; 2. настроение, самочувствие; 3. состояние, положение;
Azərbaycanca-rusca lüğət / əhval2 сущ. 1. самочувствие (общее физическое и душевное состояние человека). Xəstənin əhvalı самочувствие больного, əhvalı yaxşılaşıb (его, её) самочувствие улучшилось, əhvalını bilmək kimin узнать о самочувствии кого, əhvalını soruşmaq kimin справляться о самочувствии кого 2. настроение (душевное состояние). Əhvalın necədir? как настроение?; əhvalı pozuldu испортилось его настроение, xoş əhvalla с хорошим настроением ◊ əhvalına soğan doğramaq kimin портить, испортить всю обедню, настроение; насолить, досадить кому
Azərbaycanca-rusca lüğət / əhval1 i. 1. (ruhi vəziyyət, kef) mood, humour, spirits; ~ı pərişan olmaq / pozulmaq to be* out of humour / spirits, to be* in low spirits; ~ı yaxşı olmaq to be* in good / cheerful mood, to be* cheerful; 2. (hal) state; (səhhətcə) feeling, health; Xəstənin əhvalı pisdir The patient feels bad / ill; Xəstənin əhvalı yaxşıdır The patient feels better; Əhvalınız necədir? How do you feel? How are you? ~ tutmaq to ask / to inquire after smb.’s health; ~ı qarışmaq: 1) (xəstələnmək) to fall* ill, to feel* ill; 2) (xəstəliyi ağırlaşmaq) to change for the worse, to take* a turn for the worse; Xəstənin əhvalı qarışıb The patient’s health has changed / taken a turn for the worse; ~ı yaxşılaşmaq to take* a turn for the better, to be* better; Xəstənin əhvalı yaxşılaşıb The patient’s health has taken a turn for the better
Azərbaycanca-ingiliscə lüğət / əhval1 is. humeur f, état m d’âme et d’esprit, disposition f ; état m
Azərbaycanca-fransızca lüğət / əhval1 [ər. ”hal” söz. cəmi] сущ. агьвал (1. кефи, кеф, гьал; 2. ери, гьал, везият; // сагъламвал; 3. дуланажагъ; пул, мал, девлет); ** əhval sormaq (soruşmaq, tutmaq, bilmək) кеф-гьал (везият) жузун (хабар кьун); жузун-качузун авун, кашар-мекьер авун; əhvalı bulanmaq (pozulmaq, qarışmaq) гьалар чӀур хьун а) кефер чӀур хьун, гъамлу хьун, дертлу хьун; б) кефияр чӀур хьун, азарлу хьун, азарлувал къати хьун.
Azərbaycanca-ləzgicə lüğəti / əhvalərəbcədən hərfi tərcümədə ―hallar‖ deməkdir. Hal sözünün cəmidir.
Fəlsəfə terminlərinin izahlı lüğətii Ruhiyyə – ruha aid olan hal və xüsusiyyətlər. Bu termin bəzən məcaz olaraq da işlədilməkdədir. Misal üçün, əhval-i ruhiyyəm çox pisdir, gələ bilməyəcəm.
Fəlsəfə terminlərinin izahlı lüğətiƏHVAL1 ə. «hal» c. 1) hallar, vəziyyətlər; 2) t. hal, necəlik. ƏHVAL2 ə. «hövl» c. 1) qorxular, dəhşətlər; 2) t. qorxu, dəhşət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti