* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Əhəmiyyəti olan; mühüm. Əhəmiyyətli məsələlərdən biri. Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhəmiyyətli qərarlar. – Bakıda başlanan işlər bütün xalqın gələcək taleyi üçün çox əhəmiyyətli idi. M.İbrahimov. Məktəbin divar qəzeti özünə görə nə qədər vacib və əhəmiyyətli olsa da, o, əlyazması halında, özü də tək bircə nüsxə çıxarılıb divardan asılır. S.Rəhimov. [Mahmudun] bu dedikləri … əhəmiyyətli (z.) və etibarlı sayılırdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / əhəmiyyətli2 ƏHƏMİYYƏTLİ (əhəmiyyəti olan) Akademiya şöbəsinin bu sahədəki təşəbbüsü çox əhəmiyyətlidir, ancaq gənc qüvvələrin hazırlanmasına ayrıca diqqət verilməlidir (Çəmənzəminli); MÜHÜM [Surxay:] Əslinə qalsa, Zalxa xala sizə bir mühüm söz demək istəyirik, amma qorxuruq (S.Rəhman).
Azərbaycan dilinin sinonimlər lüğəti / əhəmiyyətli2 прил. значительный, существенный, важный. Əhəmiyyətli addım atmaq сделать важный шаг, əhəmiyyətli təsir göstərmək kimə, nəyə оказать значительное влияние на кого на что; əhəmiyyətli söz demək сказать важное слово, əhəmiyyətli məsələ qaldırmaq поднимать, поднять существенный вопрос, əhəmiyyətli saziş важное соглашение
Azərbaycanca-rusca lüğət / əhəmiyyətli1 s. 1. (mühüm, vacib) important, significant; həyat ~ of vital importance; 2. (faydalı) useful; müalicə ~ otlar / bitkilər vulnerary plants; 3. (xeyli) considerable; substantial; sizable; ~ dərəcədə to a considerable extent
Azərbaycanca-ingiliscə lüğət / əhəmiyyətli1 sif. important, -e, considérable, essentiel, -le ; efficace
Azərbaycanca-fransızca lüğət / əhəmiyyətli