əhəngdaşı sözü azərbaycan dilində

əhəngdaşı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əhəngdaşı • 97.5610%
  • Əhəngdaşı • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhəngdaşı
Əhəndaşı və ya əhəngdaşı — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir. == Növləri == Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Daş Salahlı əhəngdaşı yatağı
== Yerləşməsi == Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı kəndindən 2,0 km. şimal-qərbdə yerləşir. == Öyrənilməsi == Yataq əvvəllər S. Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu tərəfindən öyrənilmişdir. 1967-1968-ci illərdə yataqda yenidən kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng daşları bütün növ sement istehsalına yararlı olduğu müəyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər və kateqoriyalar üzrə 7,4 mln. m³. təşkil edir. Daş Salahlı əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt yaşlı əhəngdaşlarından ibarətdir.
Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı
Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı — Gədəbəy rayonunun Böyük Qaramurad kəndi yaxınlığında, Gədəbəy şəhərindən təxminən 15 km qərbdə yerləşən yataq. Yataq Oksford yaşlı massiv, mərmərləşmiş əhəngdaşlarından ibarətdir. Yataqda aşkar olunmuş əhəngdaşları park və meydançaların, bina fasadlarının və s. ictimai yerlərin bəzədilməsində keyfiyyətli üzlük materialı kimi istifadə oluna bilər. == Mənbə == E.Səfərov. Kiçik Qafqazın faydalı qazıntı yataqları. Bakı: 2012. səh.40-41.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.03 dəfə / 1 mln.
2004 ••••••••• 1.01
2006 •••••• 0.68
2007 •••••••• 0.85
2008 ••••• 0.49
2009 •••••••••••••••••••• 2.40
2010 •••••••••••••• 1.63
2011 •••••••••••••••• 1.80
2012 •••••••••••••••••• 2.07
2013 •••••••• 0.88
2014 •• 0.17
2015 ••• 0.34
2016 ••••• 0.52
2018 ••••••••• 1.05
2019 •••• 0.42
2020 ••••• 0.53

əhəngdaşı sözünün leksik mənası və izahı

  • 1 is. Tərkibində əhəng olan çöküntü süxur – inşaat materialı. Əhəngdaşını yandırıb əhəng alırlar. Əhəngdaşından tikilmiş ev. – Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, gil və s.-ni göstərmək olar. M.Qaşqay.

    Azərbaycan dilinin izahlı lüğəti / əhəngdaşı

əhəngdaşı sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. известняк (осадочная горная порода, состоящая преимущественно из кальцита), известковый камень. Əhəngdaşının parçaları куски известняка, çaxmaqlı əhəngdaşı кремнистый известняк, bərk əhəngdaşı крепкий известняк, sıx əhəngdaşı плотный известняк II прил. известняковый, известковый. геол. Əhəngdaşı karstı известняковый карст, əhəngdaşı süxurları известковые породы

    Azərbaycanca-rusca lüğət / əhəngdaşı

əhəngdaşı sözünün ləzgi dilinə tərcüməsi

"əhəngdaşı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əhəngdaşı nədir? #əhəngdaşı sözünün mənası #əhəngdaşı nə deməkdir? #əhəngdaşı sözünün izahı #əhəngdaşı sözünün yazılışı #əhəngdaşı necə yazılır? #əhəngdaşı sözünün düzgün yazılışı #əhəngdaşı leksik mənası #əhəngdaşı sözünün sinonimi #əhəngdaşı sözünün yaxın mənalı sözlər #əhəngdaşı sözünün əks mənası #əhəngdaşı sözünün etimologiyası #əhəngdaşı sözünün orfoqrafiyası #əhəngdaşı rusca #əhəngdaşı inglisça #əhəngdaşı fransızca #əhəngdaşı sözünün istifadəsi #sözlük