əjdahası sözü azərbaycan dilində

əjdahası

Yazılış

  • əjdahası • 89.7436%
  • Əjdahası • 10.2564%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rodos əjdahası
Rodos əjdahası — əfsanəyə görə 1340-cı illərdə, səlibçilərin hökmranlığı dövründə, Rodos adasının əhalisinə divan tutan və Müqəddəs Stefan dağının (Monte Smit) ətəyində yaşayan kiçik ölçülərə malik əjdaha. Bu əjdaha, iddialara görə, çox təhlükəli idi və çox adam öldürmüşdü, hətta Hospitalyerlər ordeninin böyük magistri Elion de Vilnyöv öz əsgərlərinə onunla döyüşməyi qadağan etmişdi. Lakin əfsanəyə görə Dyedonne de Qozon adlı cəngavər onun əmrinə tabe olmayaraq, öz vətəni Taraskonda xüsusi şarnirlər üzərində yığdırdığı taxta əjdaha modeli üzərində öz döyüş texnikasını uzun müddət təkmilləşdirdi və 1342 və ya 1345-ci ildə Rodosa geri qayıtdı. Özü ilə 2 nəhəng it götürərək əjdahanı tapdı və onu öldürərək yerli əhalinin canını qurtardı və əjdahanın başını qala divarlarının üzərinə sancdı. Alimlər bu əfsanəni artıq bir neçə yüz ildir tədqiq edirlər və bəziləri güman edirlər ki, qeyd edilən canlının kiçik ölçüləri nəzərə alınarsa, bu hekayə əslində hansısa real canlının öldürülməsindən bəhs edir, amma sonradan xalq folklorunda o əjdahaya çevrilib. Belə bir versiya var ki, Lambton qurdu haqda əfsanə məhz Rodos əjdahası haqda əfsanənin təsiri ilə yaranıb. Hələ qədim dövrlərdə Rodos adasında fövqəltəbii ilanlar və əjdahalar haqda əfsanələr dolaşırdı. Siciliyalı Diodor (e.ə. təxm. 90 — 30-cu illər) bənzər əfsanədən bəhs edir: “Sonra Rodos torpağında fövqəltəbii ölçülərə malik ilanlar peyda oldular və onlar çoxlu insanı məhv etdilər.
Xəzər əjdahası
Xəzər əjdahası və ya № 24 kvadratı fenomeni — Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazası rayonunun kod adı. 1955-ci ildə ABŞ senatoru Riçard Rassel Suraxanı rayonuda olarkən burada UNO-nu müşahidə edib. Bundan sonra ABŞ casusları bu rayonu izləməyə başlayırlar və o amerikalılar tərəfindən "Xəzər əjdahası" adını alır. 1950-ci illərdən etibarən neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O. Şmid adına SSRİ E. M. Yerin Fizikası İnstitutunun əməkdaşları daima "Xəzər əjdahası"nı müşahidə ediblər. Dünyanın bir çox qabaqcıl ölkələrinin № 24 kvadratına öz sərbəst girişləri vardır. "Richard Russell sighting". ufxufo.org. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28. "Bakının yaxınlığında yadplanetlilərin bazası var?
Çin əjdahası
Çin əjdahası — Çin folklorunda və Çin mifologiyasında əfsanəvi məxluq. Əjdahaların tısbağa, balıq və xəyali varlıqlar kimi bir çox heyvana oxşayan formaları var, ancaq onlar daha çox dörd ayaqlı ilan kimi təsvir olunurlar. İn və Yan terminologiyasında əjdaha yandır, Çin feniksi isə ini tamamlayır. Çin əjdahaları ənənəvi olaraq, mərhəməti və əzəmətin qüdrətini simvolizə edir, xüsusi olaraq isə suyu, yağışı, tufanı və daşqını idarə etmək gücünə malikdir. Əjdaha həmçinin gücü, qüvvəni və buna layiq olan insanlar üçün uğuru simvolizə edir. Bununla belə, Çin imperatoru imperiyanın gücünü göstərmək üçün əjdahadan istifadə edirdi. Çinin gündəlik danışıq dilində hörmətli və məşhur insanları əjdaha ilə, bacarıqsız və nailiyyətləri olmayan insanları isə soxulcan kimi ehtiram göstərilməyən varlıqlarla müqayisə edirlər. Bir çox Çin atalar sözü və idiomlarında əjdahaya aid nümunələr var, məsələn: Ümidli birinin oğlu əjdaha olacaq (望子成龍,wàng zǐ chéng lóng, yəni, oğlunun bir əjdaha çevrilməsi ümidi ilə). Tarixən əjdaha Çin imperatorunun simvolu olub. Çjou sülaləsində beş-caynaqlı əjdaha Səma Oğlunu , dörd caynaqlı əjdaha zadəganları (zhuhou, seigneur), üç caynaqlı əjdaha isə nazirləri (dafu) təsvir etmək üçün təyin olunmuşdu.
Kolxida əjdahası
Kolxida əjdahası — qədim yunan mifologiyasından olan personaj. Onun öz adı əksər mənbələrdə qeyd olunmur. Tayfon və Exidnanın oğlu olmuşdur. O, Kolxidada bir palıd ağacının yanında oturub qızıl yunu qoruyurdu. Onu Medeyanın dərmanları ilə yatızdırmışdılar ki, Yason yununu oğurlaya bilsin. Daha sonra əjdaha feaklar adasında məskunlaşdı və Diomed tərəfindən öldürüldü. Rasionalist interpretasiyasına görə, bu, sadəcə olaraq kolxlar arasında müqəddəs yerin mühafizəçisinin adıdır.
Spagetti əjdahası kilsəsi
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət. Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər. 2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir. Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.
Uçan Spagetti Əjdahası
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət. Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər. 2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir. Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.
Pitin əjdahası (animasiya, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi. movies.disney.com/petes-dragon-2016 — Pitin əjdahasının rəsmi saytı Pitin əjdahası — Internet Movie Database saytında.
Pitin əjdahası (film, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi. == Xarici keçidlər == movies.disney.com/petes-dragon-2016 — Pitin əjdahasının rəsmi saytı Pitin əjdahası — Internet Movie Database saytında.

"əjdahası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əjdahası nədir? #əjdahası sözünün mənası #əjdahası nə deməkdir? #əjdahası sözünün izahı #əjdahası sözünün yazılışı #əjdahası necə yazılır? #əjdahası sözünün düzgün yazılışı #əjdahası leksik mənası #əjdahası sözünün sinonimi #əjdahası sözünün yaxın mənalı sözlər #əjdahası sözünün əks mənası #əjdahası sözünün etimologiyası #əjdahası sözünün orfoqrafiyası #əjdahası rusca #əjdahası inglisça #əjdahası fransızca #əjdahası sözünün istifadəsi #sözlük