Sualtı əkinçilər (roman)
Sualtı əkinçilər (rus. Подводные земледельцы) - Aleksandr Belyayev tərəfindən 1930-cu ildə elmi-fantastika janrında yazılmış roman.
Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir. Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər.