əksinə sözü azərbaycan dilində

əksinə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əksinə • 72.8640%
  • Əksinə • 27.1004%
  • ƏKSİNƏ • 0.0356%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 40.27 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 75.38
2003 •••••••••••••••• 56.69
2004 ••••••••••• 40.76
2005 •••••••••••••• 49.93
2006 ••••••••• 32.43
2007 •••••••••• 36.37
2008 •••••• 21.19
2009 ••••••••••• 40.80
2010 •••••••••••• 42.12
2011 •••••••••• 36.46
2012 •••••••••• 37.52
2013 •••••••••••••••• 60.10
2014 ••••••••••••• 46.16
2015 •••••••••••••• 52.23
2016 •••••••••• 36.44
2017 ••••••••••• 37.88
2018 •••••••• 29.67
2019 ••••••••• 33.10
2020 •••••••••••• 44.95

əksinə sözünün leksik mənası və izahı

  • 1 zərf. 1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur. – …Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. Vəziyyəti büsbütün əksinə məna edirsiniz. M.S.Ordubadi. □ Əksinə getmək – ziddinə getmək (hərəkət etmək), düşmənçilik etmək. Zavallı anacığım!… Tamam da sənin əksinə gedir. S.S.Axundov. 2. Deyilənin və ya nəzərdə tutulanın, gözlənilənin və s.-nin tam tərsinə; biləks (bəzən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki azalmadı, əksinə, daha da artdı. Maşının sürətini azaltmaqdansa, əksinə, daha da artırdı. – Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın idi… S.S.Axundov. Əksinə, rəiyyətin “əlaltı və nankor” hərəkəti şeytan-şuğulun pıçıltısı ilə bəyin qulağına çatdı… S.Rəhimov. Tofiq isə əksinə, alçaq boylu sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / əksinə

əksinə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. ƏKSİNƏ Bu barədə [Zeynal] açıq danışmaq istəməsə də, iradəsinin əksinə gedir, bir-bir açıb deyirdi (B.Bayramov); BƏRƏKS Dünya dağılsa da, pozub əlimlə; Şüurum yazana bərəks getmərəm (M.Rahim); QARŞI Surxay öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü (İ.Əfəndiyev); TƏRSİNƏ Bu çərxi-fələk tərsinə dövran edir indi (M.Ə.Sabir). 2. ƏKSİNƏ (deyilənin və ya nəzərdə tutulanın tam tərsinə) [Nizami:] Əksinə, dünya çox eniş-yoxuşludur (M.S.Ordubadi); BİLƏKS Mələk: Lakin sizi ayırmaq deyil, biləks, əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qovuşdurmaq istərdim (H.Cavid); TƏRSİNƏ Babakişi: Tərsinə, bizdən çox Nikolayın yıxılmağına .. camaatı sevinir (S.Rəhimov); ZİDDİNƏ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əksinə

əksinə sözünün antonimləri (əks mənalı sözlər)

əksinə sözünün rus dilinə tərcüməsi

  • 1 напротив, наоборот, наперекор

    Azərbaycanca-rusca lüğət / əksinə
  • 2 I нареч. 1. напротив, наперекор. Əksinə getmək идти наперекор 2. наоборот (совершенно иначе, не так, как можно ожидать). Bəzən əksinə olur иногда бывает наоборот, siz hər şeyi əksinə deyirsiniz вы все говорите наоборот II послел. против, вопреки, в противоречии с чём-л. Əksinə hərəkət etmək kimin, nəyin действовать против кого, чего, əksinə danışmaq kimin, nəyin выступить против кого, чего III в знач. част. наоборот, напротив … (вовсе нет, совсем нет). Əksinə, mən sizə kömək etmək istəyirəm … напротив, я хочу вам помочь, bura pisdirmi? – əksinə, çox yaxşıdır! здесь плохо? – наоборот, очень хорошо (прекрасно) IV в знач. мод. сл. наоборот, напротив (в противоположность сказанному). O heç vaxt işə gecikmir, əksinə, hamıdan tez gəlir он никогда не опаздывает на работу, наоборот, приходит раньше всех; əksinə olaraq kimin, nəyin в противоположность, вопреки к ому, чему. Gözlənildiyinin əksinə olaraq вопреки ожиданиям (ожидаемому)

    Azərbaycanca-rusca lüğət / əksinə

əksinə sözünün inglis dilinə tərcüməsi

  • 1 z. 1. (əleyhinə) against; contrary (to); vice versa; küləyin ~ against the wind; gözlədiyimin ~ contrary to my expectations; 2. (ziddinə) in defiance (of); təli matın ~ olaraq in defiance of the instructions; 3. (tərsinə) other way round, the wrong way round; on the contrary; O hər şeyi əksinə edir He / She does everything the wrong way round; O, heç nə qazanmadı, əksinə, olanını da itirdi He / She gained nothing, on the contrary he / she lost all that he / she had; bir kəsin / bir şeyin ~ getmək to run* counter to smb. / smth.; ~ çıxmaq to be* against to smb. / smth.

    Azərbaycanca-ingiliscə lüğət / əksinə

əksinə sözünün fransız dilinə tərcüməsi

əksinə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. аксина, терсина, зиддиз; // əksinə getmək аксина фин, акси гьерекат авун, мидявал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / əksinə

əksinə sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#əksinə nədir? #əksinə sözünün mənası #əksinə nə deməkdir? #əksinə sözünün izahı #əksinə sözünün yazılışı #əksinə necə yazılır? #əksinə sözünün düzgün yazılışı #əksinə leksik mənası #əksinə sözünün sinonimi #əksinə sözünün yaxın mənalı sözlər #əksinə sözünün əks mənası #əksinə sözünün etimologiyası #əksinə sözünün orfoqrafiyası #əksinə rusca #əksinə inglisça #əksinə fransızca #əksinə sözünün istifadəsi #sözlük