* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək. – Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli. 2. zərf Çarəsiz, imkansız. Çıxılmaz vəziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq. – …Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Vəliyev. Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / əlacsız3 1. ƏLACSIZ (əlacı olmayan) Heç yerdə ədalət burdakı qədər gücsüz, əlacsız olmamışdı (Mir Cəlal); LAƏLAC Axırı laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məmmədhəsən əmi bir ulağ aldı (C.Məmmədquluzadə); BİƏLAC [Cahangir bəy:] ...indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... (N.Vəzirov); ÇARƏSİZ Mən susur, çarəsiz qalıb darıxa-darıxa Davuda qulaq asır, arabir do təəssüflə başımı tərpədirdim (H.Abbaszadə); ÇAR-NAÇAR Pərviz: Biz çar-naçar gedib yatdıq (M.İbrahimov); LABÜD Axırı labüd qalıb dedim: – Canım, sabahadək gözlə, teleqram vurum, pul gəlsin (Ə.Haqverdiyev); NAÇAR Görürsən ki, bu günün naçarı neçə gündən sonra qeyri bir dərdə mübtəlanın qolundan tutub, əncam üçün bu yerlərə səfa tapmağa gətiribdir (B.Bayramov); NAƏLAC Kərbəlayı Məhəmmədvəli: Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin (N.Vəzirov). 2. əlacsız bax sağalmaz
Azərbaycan dilinin sinonimlər lüğəti / əlacsız1 1. неизлечимый, неисцелимый; 2. беспомощный, безвыходный; 3. беспомощно;
Azərbaycanca-rusca lüğət / əlacsız2 I прил. 1. неизлечимый, неисцелимый. Əlacsız xəstəlik неизлечимая болезнь 2. вынужденный (о деле, положении, вопросе и т.п.). Əlacsız hərəkət etmə вынужденное действие II нареч. вынужденно. Əlacsız razı olmaq вынужденно согласиться; əlacsız qalmaq, olmaq оказаться в безвыходном положении, əlacsız qaldıqda в крайнем случае
Azərbaycanca-rusca lüğət / əlacsız1 s. 1. (dərmansız, sağalmaz) cureless, incurable, not to be cured, irrecoverable; 2. (düzəlməyən, çarəsiz) irremediable; not to be amendable, not to be repairable; 3. (çıxış yolu olmayan) desperate, hopeless; ~ qalmaq to be* in desperate / hopeless situation; to have* no way out
Azərbaycanca-ingiliscə lüğət / əlacsız1 илажсуз (1. прил. илаж (дарман) авачир, сагъ тежер; 2. нареч. чарасуз, имкансуз).
Azərbaycanca-ləzgicə lüğəti / əlacsız